Niyə məni heç kəs anlamır, amma hər kəs sevir?

 
Niyə məni heç kəs anlamır, amma hər kəs sevir?

Albert Einstein (1879-1955)

Məktəbə getməyim niyə lazımdır ata?.."
Sərt görünüşlü ata, səkkiz yaşındakı oğulunu təpədən süzdü.
"Albert, quru cahil biri olaraqmı böyümək istəyirsən yoxsa?.."
"Quru cahil də nə demək?.."
Yaxşı döşənilmiş geniş salonun o biri ucundan bir qəhqəhə yüksəldi. Ata ilə oğul birlikdə, böyük piano başındakı anaya döndülər.
"Ah Herman, bilmirsənmi, o oyunda Albertlə başa çıxa bilməyəcəyini?"
"Doğrusunu istəsən nə demək istədiyini anlaya bilmirəm" deyə kəkələdi əri.
Köhnə bir Macar xalq mahnısını çalmağı davam etdirən Qadın Eynşteyn,
"Haydı, haydı bilməzlikdən gəlmə, bilmirəmmi sanki, Alberti sual soruşmaqdan imtina etdirmək üçün, sualına sualla cavab vermək taktikasını! Amma görürsən ya, getmir! "dedi.
Albert yavaş-yavaş anasının yanına getdi ; düymələr üzərində gəzən usta barmaqlar ona bir anda nə soruşduğunu unutdurmuşdu. Piano mahnı oxuyurdu sanki! İki düyməyə sərtcə vuraraq mahnını nöqtələyən ana, taburetində döndü, oğulunu qolları arasına aldı. Uşağın tünd gur dalğalı saçlarının üstündən ərinə gülümsədi ;
"Görürsən ya, Alberti sual soruşmaqdan saxlamanın bir yolu var; mənim musiqim!"
Ata da gülümsədi, bir şey deməyə qalmadan, oğlan anasının qucağında dönərək,
"Sual soruşmaq pis bir şeymi?" deyə soruşdu.
Bu dəfə gülmə sırası atasında idi ;
"İşdə bu da sənə! Boşuna öyünmə, sənin musiqisinin də onu dayandıracağı yox."
Ana ərini eşitməzlikdən gələrək, oğuluna döndü ;
"Sual soruşmanın heç bir pis yanı yox şirinim. Yetər ki sualların qarşındakını hörmətdən salmağa, ya da qırmağa istiqamətli olmasın!."
"Amma mən elə bir şey etmirəm anacan . Bilmədiyim o qədər çox şey var ki, soruşaraq öyrənmək istəyirəm, hər şeyi öyrənmək istəyirəm."
Ana qürurla gülümsədi ; ata isə bir az durğunlaşdı,
"Yaxşı, dediyin kimi həqiqətən hər şeyi öyrənmək istəyirsənsə balam, məktəbə niyə getməyin lazım olduğunu necə soruşa bilərsən? Məktəb, sualların cavablanıldığı yer deyilmi?" deyə araya girdi.
"Deyil atacan!" dedi uşaq. "Cavablamaq belə qalsın, sual belə soruşdurmurlar insana. Məktəbdən xoşum gelmir. Həbsxanadaymışam kimi sanki. Müəllimlər gözətçilərdən fərqsiz; sıralar arasında gedib gələn gözətçilər!"
Ər arvad narahat gözlərlə baxışdılar. Albertin bu günahlandırmalarına nə deyə bilərdilər ki!...
Hər şeyi sorğulayan bu uşaq, irəlidə böyük elmi atılamların yanında özəntisiz, ərdəmli müdrik şəxsiyyətiylə də bütün dünyanın maraq mərkəzi olacaqdı.


Albert Eynşteyn, Almaniyanın Ulm şəhərində dünyaya gəldi. Yəhudi mənşəli ailəsi, mədəni fəaliyyətlərlə zəngin bir həyat içindəykən, onun ilk illərdəki inkişafı qayğı verici idi. İçinə qapalı, yoldaşlarının arasına qatılmaqdan xoşlanmayan bu uşaq, xüsusilə danışmasındakı gecikməklə ailəni təlaşa düşürmüşdü. Mühəndis əmisinin yaxın əlaqəsi olmasa, təhsilindən tamamilə imtina edəcəkdi. Amma, xüsusilə, Həndəsə marağını çəkmişdi.

Daha sonraları; "Həndəsənin cadusuna girməyən kimsənin, nəzəri elmdə atılım etməsi gözlənilməməli" deyirdi.

Təqvimlər 1905-ci ili göstərirdi ;

Berlində imtiyazlar dairəsində vəzifəli bir gənc adam vardı. Hələ iyirmi altı yaşında idi...
"Albert" deyə çağırardılar onu...

Çətinliklərlə keçən təhsil həyatı geridə qaldığında, həyata dünyagörüşüylə dünya səviyyəsində bir şöhrətə çatmışdı.
"Hörmətli Eynşteyn..." deyə xitab edilməyə başlandı...


"Məkan dediyimiz şey, xaricdə mövcud deyil. Bizim məkanda idrak etdiyimiz obyektlər, əslində varlıqların öz quruluşundan xarici quruluşuna, yaxud, xarici quruluşundan öz quruluşuna doğru düzülmə içində bir bütündür və zaman da daxil olmaqla bu düzülüş içində iştirak edən, birini o birinə görə müqayisə etmə metodundan başqa bir şey deyil..."

şəklindəki ifadələri, bütün düşüncələri alt-üst etmişdi. "Gördüyümüz obyeklərin, enerjinin sıxlaşmış halı" olduğunu şərhi, əsrlər boyunca klasshik fizikada qəbul görən, maddənin, quruluş daşlarının birləşməsiylə meydana gəldiyi anlayışını çürütdü. Görülən obyektlərin, kütləsəl strukturlarının olmadığı ortaya çıxdı. Maddə, əslində enerjinin bir sıxlaşma forması idi. Dəyişmə tərzi ilə düstura edilən enerjinin maddə şkalasındakı görünüşü, görmə vasitəsinə bağlı idi.

Əslində, bizim bu anda gördüyümüz obyektlərin və ya boşluq deyə qəbul etdiklərimizin atom altı səviyyədə bir-birindən heç bir fərqi yoxdur və məhdudlaşdır bir-birindən ayrılmış da deyil. Bu, Təməl, sərhədsiz bir bütünlüyün varlığını da sübut edər. Mistik əsərlərdə vurğulanan "Kainat şüurlu və canlı bir quruluşdur; beş duyğu qeydləriylə qəbul edilən aləmlər gerçəkdə xəyaldır" sözü, illərcə əvvəl öz həqiqətini bilən kəslər tərəfindən təsbit edilmişdir.


Geri dön

Just For Legend

  • 21 dekabr 2010 20:23
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
maraqli melumata gore cox sag ol

--------------------

Ulya

  • 1 noyabr 2010 21:19
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox gozle yazidi.

sevgi yalandir

  • 31 oktyabr 2010 11:40
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 41
Cəmi: 70

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 20
Cəmi: 31
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 12
 
AyliN BunyaminovA
Xəbərləri: 11
Cəmi: 402
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 134
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}