Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (7-ci hissə)

 
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (7-ci hissə)

QƏNAƏT

Ey insan, qənaət etməyi unutma ki, həm bədənin rahat olar həm də hər iki dünyada izzətli olarsan. Ona riayət etməməyin başqalarının qarşısında alçalmağına, axirətdə isə əzab-əziyyətə düçar olmağına səbəb ola bilər. Qənaət dedikdə ailəni imkan olduğu surətdə çətinliyə salmağı nəzərdə tutulmur. Çünki hədislərdə ailədə bolluq yaratmaq savab bir iş kimi qeyd olunmuşdur. Buna riayət etməmək vacib nəfəqənin (ev xərci) tərk olunmasına səbəb olar. Məqsəd budur ki, bacardıqca gücün çatanla razılaşıb öz qazancına münasib olaraq xərcləyəsən. Əgər sərvətlisənsə israfa yol verməmək şərtilə mümkün qədər ailənin maddi ehtiyaclarını artıqlaması ilə tə᾽min et. Bütün işlərini düzgün tədbirlə idarə et ki, nə xəsislərdən nə də israf və bədxərclik edənlərdən sayılasan.

Əgər kasıbsansa qənaət et, qəza-qədərə razı ol və heç kimə öz sirrini açıb, kasıb olduğunu bildirmə. Dünyapərəst və dar düşüncəli adamlar bunu bilən kimi istehza ilə səni təhqir edərlər.

Şair nə gözəl deyib: “İnsanların ən yaxşısı qənaət edib öz kasıbçılığını gizlədəndir. Qənaət bizə izzət verər, ondan izzətli bir şey yoxdur”.

Ey insan, (Allah sənin abır-həyanı qorusun) təcrübəmdən deyirəm ki, sirri başqasına açmaq fəqirliyi artırar, adamı alçaldar, Allahın qəzəbinə səbəb olar. Çətinliyini başqasına açmaqla sənə məhəbbət göstərməyini və ya bir şey verməyini istəmə. Ruzi əvvəldən Allahın hikməti üzrə ayrılmışdır. Abrını (həyanı) tökməklə onu artırmaq olmaz, nə də iffət və izzətin onun azalmasına səbəb olar. Əksinə, bə᾽zən sirri açmaq Allahdan onun məxluqatına şikayətlənməyə gətirib çıxarar və onun qəzəblənməyi ilə həm dünyada vəziyyətin daha da çətinləşər, həm də axirətdə əzaba düçar olarsan. Hədisləri mülahizə etsən Allah taalanın qüdsi hədisdəki bu kəlamı sənə kifayət edər: “And olsun izzət və cəlalıma, Məndən ümidini üzüb başqasına üz gətirəni mütləq naümid edəcəyəm, insanlar arasında ona zillət paltarı geydirəcəyəm və Öz fəzlimdən onu uzaqlaşdıracağam”.


Geri dön

★Azerbaijan girl★

  • 9 mart 2012 23:22
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
super Allah razi olsun elerine saglik

...BARSA FANATI....

  • 9 mart 2012 18:17
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
xebere soz ola bilmez...twkrrr...

✰Dгeaм✰

  • 9 mart 2012 17:11
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

✿Victoria✿

  • 9 mart 2012 17:01
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
Ey insan, qənaət etməyi unutma ki, həm bədənin rahat olar həm də hər iki dünyada izzətli olarsan. Ona riayət etməməyin başqalarının qarşısında alçalmağına, axirətdə isə əzab-əziyyətə düçar olmağına səbəb ola bilər.
ALLAH RAZI OLSUN COX GOZEL IDI

--------------------

★Adriana★

  • 9 mart 2012 16:07
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------

J ♥ S

  • 9 mart 2012 15:48
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
Allah razi olsun cox gozel yazilmiwdi tewekkurler....

--------------------
J & S ∞♥....

Ku-ku

  • 9 mart 2012 14:57
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}

Şair nə gözəl deyib: “İnsanların ən yaxşısı qənaət edib öz kasıbçılığını gizlədəndir. Qənaət bizə izzət verər, ondan izzətli bir şey yoxdur”.

--------------------

A_S_G

  • 9 mart 2012 14:52
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
{awards}
Əgər kasıbsansa qənaət et, qəza-qədərə razı ol və heç kimə öz sirrini açıb, kasıb olduğunu bildirmə.
Gözəl yazıya görə təşəkkürlər

--------------------
Pis fikirlər sizi əhatə etdikdə, sadəcə gülümsəyin və düşünün:"Siz varsiniz və kim üçünsə lazimsiniz"...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}