Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (9-ci hissə)

 
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (9-ci hissə)

HÜSNÜ-XÜLQ (GÖZƏL ƏXLAQ VƏ RƏFTAR)

Ey insan, (Allah sənin əxlaqını gözəlləşdirsin) gözəl əxlaq sahibi olasan ki, onun hər iki dünyada böyük faydaları var. Onun nə qədər fəzilətli olmağı barədə Allahın, peyğəmbərlərin ən şərəflisini (Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)) onunla mədh və tə᾽rif etməsi sənə kifayət edər.

Hədislərdə var ki, gözəl əxlaq dinin yarısıdır. İnsana əta olunan ən fəzilətli sifətdir. Qiyamətdə insanın “mizan”ına ondan fəzilətli şey qoyulmayacaq. Gözəl əxlaqı olan kəs gündüzləri oruc tutub gecələri ibadət və Allah yolunda cihad edənin əcr və savabını qazanır.

Günəş buzu əritdiyi kimi gözəl əxlaq da xətaları məhv edər. Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan aparar.

İslam ümmətinin çoxu həqiqətdə təqva və gözəl əxlaqına görə cənnətə daxil olacaq. Qiyamət günündə Allah taala cəhənnəmin (odun) gözəl əxlaq sahibinin ətinə yeməsindən həya edər. Gözəl əxlaq ömrü artırar.

Hədislərdə hətta yəhudi ilə də gözəl rəftar etməyə əmr olunmuşdur. Mən əxlaqın gözəl və qəribə tə᾽sirlərini görmüşəm. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Siz heç vaxt öz malınızla bütün insanların vəziyyətini yaxşılaşdıra bilməzsiniz, çalışın açıq üz və gözəl əxlaq ilə onlarla rəftar edin”.

Həzrət Əli əleyhissalam buyurmuşdur: “Bütün insanlarla gözəl əxlaqla rəftar et ki, bundan sonra onlardan ayrı düşsən də sənə məhəbbət bəslərlər, öləndə sənin üçün: “Biz Allah tərəfindənik və ona tərəf qayıdacağıq” deyərlər. Çalış öləndən sonra da camaat sənin arxanca: “şükr olsun aləmlərin pərvərdigarı olan Allaha” deməsinlər”.

İmam Sadiq əleyhissalamdan gözəl əxlaqın nəyə deyildiyini soruşduqda Həzrət buyurdu: “Yumşaq və mülayim davran, danışığını gözəlləşdir və din qardaşlarınla gülərüzlə və mehriban rəftar et”.

Həzrət başqa bir hədisdə belə buyurub: “Mö᾽minlərlə gözəl rəftar etmək odur ki, onlara xoş və gülərüz göstərəsən. Müxaliflərlə isə mülayim danışasan ki, onlar imana gəlsinlər. Əgər imana gəlməyəcəyindən ümidin üzülsə o zaman özünü və mö᾽min qardaşlarını onun şərrindən gözlə”. “İnsanlara xoş sözlər deyin”. ayəsinin təfsirində İmam Həsən Əsgəri əleyhissalamdan nəql olunur ki, İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Bütün insanlara xoş söz deyin, istər mö᾽min olsun, istər qeyri-mö᾽min. Mö᾽minlər üçün üzü açıqlıqla və qeyri-mö᾽minlərlə onların imana gəlməyi gözəl və mehriban danışsın, çünki faydası olmadığı halda özünü və mö᾽min qardaşlarını onların (qeyri-mö᾽minlərin) şərindən qorumuş olar”.

Allah düşmənləri ilə mülayim rəftar etmək özünün və mö᾽min qardaşlarının xeyrinə ən fəzilətli sədəqədir.

Ey insan, məxsusən əhl-əyalın ilə bəd rəftar etməkdən özünü gözlə. Hədisdə var ki, bədrəftarın yeri hökmən cəhənnəmdir. Sirkə balı xarab etdiyi kimi bədrəftar da imanı aradan aparar.

Mə᾽azın dəfnində yetmiş min mələk hazır olsa da ailəsində bə᾽zi əxlaqi nöqtələrə riayət etmədiyi üçün qəbir sıxıntısı ilə qarşılaşdı.


Geri dön

★Azerbaijan girl★

  • 9 mart 2012 23:12
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
thnakssssssssssssssss

✰Dгeaм✰

  • 9 mart 2012 20:25
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

Maisy

  • 9 mart 2012 20:04
  • Məqalə: 2
  • Şərh: 65
  • Bal:
{awards}
Cox sag ol.Lazimli xeberdir.

DEMET_AKALIN

  • 9 mart 2012 19:36
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
Ellerine sagliq

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Delya_91

  • 9 mart 2012 18:52
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun Tunar

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Bella...

  • 9 mart 2012 18:52
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
Sitat: TeaDoR
http://www.boxca.com/abhuf0dgzz61/Cascada-Summer_of_Love.mp3.html

hec dexli var?

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

J ♥ S

  • 9 mart 2012 18:52
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Günəş buzu əritdiyi kimi gözəl əxlaq da xətaları məhv edər. Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan aparar.
cox gozeldi hamsini oxudum smile tewekkurler....

--------------------
J & S ∞♥....

Bella...

  • 9 mart 2012 18:39
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
oxumuwam yenede tewekkurler,ellerine saglik
ALLAH razi olsun...

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}