Hikmət sahiblərinin, zahidlərin dediklərindən

 
Hikmət sahiblərinin, zahidlərin dediklərindən

İbn Abbasdan soruşdular: “Günlərin ən yaxşısı, ayların ən yaxşısı və əməllərin ən yaxşısı hansıdır?” Dedi: “Günlərin ən yaxşısı Cümə günüdür. Ayların ən yaxşısı Ramazan ayıdır. Əməllərin ən yaxşısı isə beş namazı əvvəl vaxtında qılmaqdır.” Bu sualı Həzrət Əlidən (ə) də soruşdular, buyurdu: “Məğribdən məşriqəcən bütün alimlərdən bu sualı soruşsanız bu cavabı verəcəklər. Amma mən deyirəm ki, əməllərin ən yaxşısı Allah dərgahında qəbul olunanı, ayların ən yaxşısı tövbə etdiyin ay, günlərin ən yaxşısı isə imanla Allaha tərəf getdiyin aydır.”

Deyirlər ki, bir kişi bir filosofun yanına gedib dedi: “Filan dostunuz sizin barənizdə xoşagəlməz bir söz dedi.” Filosof dedi: “Qardaş! Sən mənim yanıma gələndən mənim haqqımı üç dəfə tapdalayıb mənə zülm etdin; dostumu mənim gözümdən saldın, pak qəlbimi bulaşdırdın, özün də sui-zənnə uğradın. (Yəni, bilmirəm düz deyirsən, ya yox və bu söz gəzdirməkdə məqsədin nədir?!)”

Deyirlər Ənuşirəvanın evində bir lövhə tapdılar ki, onda beş sətir yazı yazılmışdı:
1) Oğlu olmayanın gözünün nuru yoxdur.
2) Qardaşı olmayanın bazu sümüyü yoxdur.
3) Evlənməyən ləzzət nə olduğunu bilməz.
4) Pulu olmayanın məqamı olmaz.
5) Bunların heç birinə sahib olmayanın qəm-qüssəsi olmaz.

Həzrət Əli (ə) buyurub: ”Təqvalıların xüsusiyyətləri bunlardır; doğru danışmaq, əmanətdarlıq, əhdə vəfa, fəxr etməmək, səbr, sileyi-rəhm, kimsəsizlərə qarşı mərhəmət, qadınlarla az uyğunlaşmaq (yəni, batil və lazımsız işlərdə onlarla az müvafiqət etmək), ehsan, xoşxasiyyətlilik, təmkin, Allaha yaxınlaşdıran işlərdə elm və bilik ardınca getmək.”

Həzrət Əli (ə) vəsiyyətində buyurur: “Yaxşı olar ki, süfrə başında on iki şeyə riayət olunsun; yeməyin halal və haram olmasını bilmək, “Bismillah” demək, şükr etmək, Allahın təqdirinə razılıq, ağırlığı ayağın üzərinə salmaq, üç barmaqla yemək, öz qabağından yemək və yeməkdən sonra barmaqları yalamaq, tikələri kiçik götürmək, yeməyi yaxşı çeynəmək, başqalarına az baxmaq və yeməkdən sonra əlləri yumaq.”

Hippokrat deyib: “O kəsdən olma ki, aşkarda şeytana lənət edib gizlində ona itaət edirlər.”

Pluton deyib: “İnsanların ən zəifi öz sirrini saxlaya bilməyən, ən güclüsü isə öz qəzəbini boğan kəslərdir. İnsanların ən səbirlisi öz yoxsulluğunu gizlədəndir.Cahil özü özünün düşmənidir, başqasının dostu necə ola bilər?! Kişini əsəbləşdiyi vaxt yoxla, nəinki xoşhal olan zaman. Bir də qüdrət vaxtı yoxla, nəinki zillət vaxtı.”

İmam hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Dünyaya məhəbbət bəsləmək qəm-qüssəni artırar, zahidlik və pərhizkarlıq isə qəlb və bədənə aramlıq bəxş edər.”

Səfvan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həsənə (ə) heybət və gözəl davranışımı, Hüseynə (ə) isə səxavət və mehribanlığımı (əta etdim).”

Peyğəmbər (s) buyurub: Mənim ümmətimin cəhənnəmə getməsinə səbəb olacaq əsas şey ağız və cinsiyyət üzvü arasındakı nahiyədir. Onları cənnətə aparacaq ümdə şey isə xoş xasiyyət və günahlardan çəkinməkdir.

Allah-təala buyurub: “And olsun Öz izzət və cəlalıma! Bəndəmin qəlbində nə iki qorxu, nə də iki arxayınlıq hissi yerləşdirmərəm! Dünyada Məndən qorxan şəxsə axirətdə qorxu yoxdur və onun qəlbini aramlıqla dolduraram. Dünyada məndən qorxmayıb özünü qəzəbimdən amanda hiss edən şəxsin qəlbini isə axirətdə qorxu ilə dolduraram və onun üçün heç bir aramlıq yoxdur.”

Camaatın onun qarşısında itaətkarcasına dayanmasından xoşlanan kəs cəhənnəm atəşində öz yerini hazırlayıb.

Allah bir kəsə xeyir vermək istəsə ona ləyaqətli bir dost yetirər, həmin dost da ona Allahı unudarsa Allahı xatırladar, yad edən zaman isə daha da kömək edər.

Behiştin xoş ətri beş yüz illik yoldan hiss olunur. Lakin bu iy ata-anaya əziyyət edənlərin və qohum-əqrəbalardan əlaqəni tamamilə kəsənlərin burnuna dəyməz.

Əgər bir alim və yaxud bir tələbə hər hansı bir müsəlmanlar yaşayan kənddən, yaxud da şəhərdən keçərsə və hətta dayanmadan bir tərəfindən daxil olub digər tərəfindən xaric olarsa və yaxud da orada dayanaraq heç bir su və azuqədən istifadə etməzsə də Allah qırx gün onlardan qəbir əzabını götürər.

Səhl ibn Səd deyir: “Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: “Mənə elə bir əməl öyrət ki, həm Allah yanında, həm də camaat nəzərində sevimli olsun. Buyurdu: “Dünyaya könül bağlama, Allah yanında əziz olarsan. Camaatın da malına göz dikmə, camaat səni sevsin.”

Qiyamət günü Allah mənim ümmətimin hər birinə qanadlar verər ki, qəbirlərdən behiştə doğru pərvaz etsinlər, orada istədikləri şəkildə dövrə vursunlar və müxtəlif nemətlərdən bəhrələnsinlər. Məlaikələr onlardan soruşar: “Siz kimin ümmətindənsiniz?” Cavab verərlər: “Məhəmməd (s) ümmətindən.” Soruşarlar: “Siz Allah, sizin dünyadakı əməliniz nə idi?” Cavab verərlər: “İki xüsusiyyət səbəb oldu ki, Allah Öz fəzl və rəhməti ilə bizə bu məqamı əta etdi; xəlvətdə də olsaq Allah qarşısında günah etməkdən çəkinərdik və aza da qane olardıq.” Məlaikələr deyər: “Bəli, siz bu məqama layiqsiniz.”


Geri dön

Su Perisi

  • 10 mart 2012 15:59
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
Hippokrat deyib: “O kəsdən olma ki, aşkarda şeytana lənət edib gizlində ona itaət edirlər.”

--------------------

★Azerbaijan girl★

  • 9 mart 2012 20:48
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun twklerrrrrrrrrrrrr

Delya_91

  • 9 mart 2012 20:24
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun,oxudum,deyerli xeberdir

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

✰Dгeaм✰

  • 9 mart 2012 20:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}