Ev bitkilərinə necə qulluq etmək lazımdır? (III hissə)

 
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (III hissə)

Kaktus

Kaktus becərilib böyüdülməsi üçün ən az diqqət tələb edən güldür. Kaktus bitkiləri müxtəlif formalarda və rəngdə olur. Kaktus istənilən günəşli,çox quru ərazidə böyüdülə bilər. Bəzi kaktuslar daha çox böyüyərək 1-3 m hündürlüyündə ola bilir. Çoxillik bitkdir və şirəlidir. Şirəli kaktus bitkisinin suyu özündə saxlayan yarpaqları, gövdəsi və kökü olur ki, su olmadığı vaxtlarda yaşaya bilir. Suyu tərkibində saxlayarkən gövdə şişir, su istifadə ediləndə tədricən sıxılır. Ən yaxşı böyütmək üsulu hazır sağlam kaktus almaqdır. Tikanları zədələmiş, göyərmiş,əyri, formasız kaktusu almayın. Kaktus həmçinin toxumdan yetişdirilə bilər və bilmək lazımdır ki, kaktus bir ilə cücərir. Bir neçə ilə daha da böyüyür, ancaq zərərverici cücülərdən qorumaq lazımdır.

Aloe Vera

Aloe Vera bitkisi həmçinin tibbi Aloe adlandırılır, şirəli bitkidir. Aloe ən yaxşı becərilən ev bitkisidir. Gül bir qədər az sulamağı və qayğı tələb edir, ancaq əgər temperatur çox soyuq olsa ölə bilər. Əkmək üçün evinizin dekoruna uyğun, dibində dəliklər açılmış dibçək seçin. Aloe Vera tam günəşi üstün tutur, ancaq yüngül kölgəyə dözəcək. Sulayın, ancaq imkan verməyin ki, torpaq həddindən artıq yaş olsun. Böyüməsi üçün gübrədən istifadə etmək ən yaxşısıdır. Bitki böyüyəndə çox yüksək, ağır ola bilər.

Aloe Vera bitkisi əksər həşərat, zərərvericilərə davamlıdır, ancaq bəzi bitki bitlərindən qorumaqda fayda var. Aloeni çoxaltmaq istəyirsinizsə,onu kənarlarından yavaşca dartaraq çıxarın və başqa qaba əkin. Aloeni iki həftədən bir sulayın. Aloenin xarab olmuş yarpaqlarını gövdəni zədələmədən kəsin. Bunu etdikdə gül ölü saplağı saxlamaq üçün enerji itirmir. Yarpaqların quruması onu göstərir ki, siz gülü az sulayırsınız. Gülü sulayarkən çalışın suyu torpağa tökün, saplağa tökülən su onu qaraldır və çürüyür. Aloenin yarpaqlarına baxın, əgər büzüşübsə, su tələb edir. Rütubət və soyuq hava bu gülün düşmənidir.

Ətirşah

Ətirşah geniş yayılmış ev bitkilərindən biridir. Bu gülü ayrıca və ya başqa güllə birlikdə əkə bilərsiniz. Bu bitki yüngül şaxtalara qarşı dözümlüdür, ancaq böyüdülməsi üçün ideal hərarət 70 dərəcədir. Ətirşah çox günəş parıltısını üstün tutur.

Bu gülü toxumlardan və ya kəsib əkməklə böyüdə bilərsiniz. Əlavə olaraq, kompost (qatışıq üzvi gübrə) və gübrə böyüməni maksimallaşdırır. Ətirşahın parlaq ağ, qırmızı və ya çəhrayı çiçəkləri olur. Fasiləsiz çiçəklənməni təmin etmək üçün güllər solandan sonra çiçəkləri kəsmək yaxşıdır.

Əksər ətirşahlar təxminən 18 ay yaşayır. Onları evdə gül açmağa məcbur etmək bir az çətin ola bilər, çünki onlar tez-tez mürgüləmə dövrü keçirir və yavaş-yavaş böyüyürlər. Transplantasiyadan sonra onları günəşli, amma sərin otaqda yerləşdirin. Həddən artıq çox sulamayın. Ayda bir dəfə gübrə verin. Əgər siz kəsdiyiniz ətirşahın tez böyüməsini istəyirsinizsə, onu 2-4sm uzunluqda kəsin. Sonra bunları çox nəm torpağı olan dibçəyə basdırın. Torpağı nəm saxlayın və onlar kök atacaqlar. Ətirşah həşəratlara və xəstəliklərə meylli deyildir.


Geri dön

zehra13

  • 12 mart 2012 14:05
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
emel etmeye calisacagiq smile

_BiRiCiK_

  • 11 mart 2012 09:38
  • Məqalə: 143
  • Şərh: 3304
  • Bal:
{awards}
maraqlı məlumatlardir.Təşəkkürlər.

--------------------

enigmatic_girl

  • 10 mart 2012 00:43
  • Məqalə: 2097
  • Şərh: 12944
  • Bal:
{awards}
tesekkurler...

--------------------

...BARSA FANATI....

  • 9 mart 2012 21:35
  • Məqalə: 605
  • Şərh: 11802
  • Bal:
{awards}
melumata gore twkrrrrrrrrr...........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 16
Qonaqlar: 73
Cəmi: 108

 

Top 10 Müəllif

·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 37
Cəmi: 293
 
azer_
Xəbərləri: 36
Cəmi: 536
 
SiYiNeMe
Xəbərləri: 34
Cəmi: 909
 
Sαmmyyy_✰
Xəbərləri: 30
Cəmi: 350
 
Islam_awki
Xəbərləri: 28
Cəmi: 106
 
EsKeR_BaLaM
Xəbərləri: 27
Cəmi: 69
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 26
Cəmi: 225
 
ヅKapriznaya Dəlişkaヅ
Xəbərləri: 23
Cəmi: 221
 
Light_Of_God
Xəbərləri: 22
Cəmi: 75
 
★Glamurka AnGeL★
Xəbərləri: 20
Cəmi: 72