İlahi

 
İlahi

Kim Əli ismi ilə hansı işə qoysa qədəm
Göstərər mütləq həmən şəxsə ulu tanrı kərəm
Kim o mövalaya ki sidq ilə təvəssül qılsa
Yetəcək məqsədi mənzulə olar xatiri cəm
Kim Əlinin tuta bilmişsə fəzilət yolunu
... Ruzi məhşərdə yetişməz ona bir zərrədə qəm
Ona kim aşiqisə mən o kəsin aşiqiyəm
Mənə yetsin onun aşiqnə yetən dərdi ələm
Dil açıb söylərəm icz ilə bunu şamu-səhər
Əli aşiqlərinin dərdini ya rəbb mənə ver

Həzrəti Adəmi xəlq etdi xuda cənnətdə
Qərqi qıldı onu hər naz ilə hər nemətdə
İlk peyğəmbərə bir nemət edilmişdi haram
Ona da meyl edərək gördü özün zillətdə
Şahi mərdanə salındı nəzər ey dil özünə
Nələri etdi haram caiz olan surətdə
Onu dərk etməyə insandakı əql acizdi
O səbəbdəndi Əli eşqi olur fitrətdə
Kim onun ismini hörmətlə əgər yad eylər
Tanrı dünyada və üqbada onu şad eylər

Ümməti həzrəti Nuhi necə inkar etdi
Xeyli incitdi əziyyət verərək xar etdi
Həqqə dəvət nə qədər oldusa da qövmi inad
Çəkmədi küfürdən əl zülmidə israr etdi
Ümmətindən elədi sonda şikayət həqqə
Həqqidə tufana aləmləri düçar etdi Bəs
Əli neylədi kim zülm eləmişdirsə ona
Əhv qılsın dedi qoy tanrı istixvar etdi
Cəhd edin söylədi düşmənləri siz əhv eləyin
Yalnız onları unutmaqlıq ilə məhv eləyin

Nəzər et həzrəti Musayi pəlimullahə
Həqqidən əmr alır üz tutduğu an dərgahə
Əmrin icrası üçün harını yardım diləyir
Bəlkə təsir edələr taifeyi gümrahə
Vəxti hicrətdə Əli təkcə özün etdi sipər
Kimsə çatmaz bu şücaətdə o şahənşahə
Şövq ilə atdı şirin canın ölüm bəstərinə
Yetməyə zərrə xətər ta ki həbibullahə
Kim ki canın qıya bilmirsə əgər cananə
Baxsın ibrət gözü ilə o şəhi mərdanə

Sahibi höhyil izam söylənilib İsayə
Anası hamilə vatında girib əqsayə
Əmri gəldi ona ki çıx bu müqəddəs evdən
Gətirirsən bir ulul əzmi bu gün dünyayə
Fatimə binti Əsəd Kəbədə azad oldu
Qucaq açdı ev özüyçin doğulan mövlayə
Mən kiməm dərki qılım ki nədi sirri bu işin
Nə fəzilətdi verilmiş bu şəhi balayə
Bunu yalnız bilirəm ki kim Əliyə qul olar
Ərseyi məhşərə bir izzət ilə qəbul olar

Əbdi dərlər o kəsə tanrıya kim çakərdir
Bu ada layiq əzəldən bəri peyğəmbərdir
Sordular kimdi Muhəmməd Əlidən söylədiki
O şaha ruzi əzəldən bu Əli nokərdir
Qələm acizdi sənin vəsvüvi qılsın şahım
Şənüvə hər nə gözəl sözdə desəm bifərdir
Mən sənə qul olana qul kimi layiq deyiləm
Biri Səlmanu Abuzər birisi Qəmbərdir
Bir təsəlli sənə bu zikri qalıbdır Azer
Əli aşiqlərinin dərdini ya rəbb mənə ver

İlahi


Geri dön

Shokoladka

  • 10 mart 2012 20:52
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Chox sagol Allah razi olsun...

--------------------


★Miss Love★

  • 10 mart 2012 15:08
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Allah razi olsun xebere gore cox sagol

J ♥ S

  • 10 mart 2012 15:03
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
cox gozeldi yazana ve bu xeberi yerlewdirene tewekkur....

--------------------
J & S ∞♥....

Qunduz1

  • 10 mart 2012 14:49
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
Super. Halal olsun bini yazana.
Twk

DEMET_AKALIN

  • 10 mart 2012 14:39
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ELLERINIZ DERD GORMESIN

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 58

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}