Günün tarixi (10.03.2012)

 
Günün tarixi (10.03.2012)

Miladi: 10 mart 2012
Hicri: 17 Rəbiul-axir 1433

İlin 70-ci günü
İlin sonuna 295 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.49
Günəş - 06.59
Zöhr - 12.54
Əsr - 16.37
Məğrib - 18.56
İşa – 20.12

1735 - Səfəvi dövləti və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsın tərəfindən imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını (Bakı, Salyan, Dərbənd) tərk etdilər. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya yardım etmək barədə öhdəlik götürdü.

1873-cü ildən Azərbaycanda Milli Teatr Günüdür. Bu tarixdə Mirzə Fətəli Axundovun “Lənkəran Xanının Vəziri” tamaşası səhnəyə qoyulub.

1876-cı ildə Aleksandr Qrem Bell və köməkçisi Tomas Uotson ilk dəfə telefonda danışmağı sınaqdan keçiriblər

1878-ci ildə Mirzə Fətəli Axundov vəfat edib

1910-cu ildə Hollivudda çəkilən ilk film “İn Old Californiya” nümayiş edildi

1915-ci ildə balerina Qəmər Almaszadə anadan olub

1919-cu ildə Çində köləlik ləğv olundu

1920-ci ildə Azərbaycan Qızıl aypara cəmiyyəti yaradılıb

1926-cı ildə Rusiya bəstəkarı Aleksandr Zasepin anadan olub

1939-cu ildə Moskvada ilk dəfə televiziya yayımı başlayıb

1940-cı ildə Xalq artisti, xanəndə Canəli Əkbərov anadan olub

1948 - SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. Azərbaycanın rəhbəri M.Bağırovun Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldıldı. 100 minə yaxın azərbaycanlının tarixi torpaqlarından deportasiyasını həyata keçirən bu qərarların təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan idi. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı.

1957-ci ildə “Əl-Qaidə” təşkilatının qurucusu Usame bin Laden anadan olub

1958-ci ildə amerikalı aktrisa Şeron Stoun anadan olub

1981-ci ildə kamerunlu futbolçu Samuel Eto anadan olub

1992-ci ildə Azərbaycan Milli olimpia komitəsi yaradılıb

2004-cü ildə Azərbaycanın Xalq artisti Nəsibə Zeynalova vəfat edib

2011-ci ildə Xalq artisti Sona Aslanova Amerikada vəfat edib


Geri dön

enigmatic_girl

  • 10 mart 2012 15:27
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
1878-ci ildə Mirzə Fətəli Axundov vəfat edib
Allah rehmet elesin birz onun 200illiyini kecirdik....

--------------------

peri_BIEBER

  • 10 mart 2012 13:30
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
TŞKLƏRRRR.MARAQLI İDİ

CLEVER GIRL

  • 10 mart 2012 13:04
  • Məqalə: 0
  • Şərh: 243
  • Bal:
{awards}
TESEKKURLER smile

nar_18

  • 10 mart 2012 11:33
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli tarixdi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

✿Victoria✿

  • 10 mart 2012 09:56
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
1873-cü ildən Azərbaycanda Milli Teatr Günüdür. Bu tarixdə Mirzə Fətəli Axundovun “Lənkəran Xanının Vəziri” tamaşası səhnəyə qoyulub.

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}