Təvəssül duası

 
Təvəssül duası

TƏVƏSSÜL DUASI

Məşhur ravi Mühəmməd ibni Babvey bu duanı Imamlarımızdan nəql edib və buyurur: Həmişə bu duanı oxuyandan sonra elə bir hacətim olmadı ki yerinə yetirilməmiş olsun!

Bismillahir–rəhmanir–rəhim

Ilahi mən Səndən istəyirəm və Sənin dərgahına üz gətirirəm Həzrət Mühəmməd (s) vasitəçi gətirirəm!.
Ey Əbəl Qasim! Ey Rəsulullah! Ey rəhmət Imamı! Ey bizim ağamız və mövlamız! həqiyətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vasitəçi və şəfaətçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah yanında uca məqamlı olan! Allah yanında bizə şəfi ol.! Ey Əbəl Həsən! Ey Əmirəl mö”minin! Ey Əliyyəbnə Əbi Talib! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ya Fatimeyi Zəhra! Ey Mühəmmədin qızı! Ey Rəsulu əkrəmin gözünün nuru! Ey bizim seyyidəmiz! Ey bizim ixtiyar sahibimiz!
Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Mühəmməd! Ey Həsən ibni Əli! Ey Müctəba! Ey Rəsulullahın oğlu! Ey Allahın xalqa hüccəti!. Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol.
Ey Əba Əbdillah! Ey Hüseyn ibni Əli! Ey şəhid! Ey Rəsulullahın oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əbəl Həsən! Ey Əli ibni Hüseyn! Ey Zeynəlabidin! Ey Rəsuli əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Cəʹfər! Ey Muhəmməd ibni Əli! Ey Baqir! Ey Rəsuli əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Əbdillah! Ey Cəʹfər ibni Mühəmməd! Ey Sadiq! Ey Rəsul əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əbəl Həsən! Ey Musəbnə Cə”fər! Ey Kazim! Ey Rəsuli əkrəmin oğlu! ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əbəl Həsən! Ey Əliyyəbnəl Musər Riza! Ey Rəsuli əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! . Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Cəʹfər! Ey Mühəmməd ibnə Əli! Ey Təqi! Ey Cəvad! Ey Rəsul əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol.
Ey Əbəl Həsən! Ey Əliyyəbnə Mühəmməd! Ey Hadi! Nəqi! Ey Rəsul əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! . Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Mühəmməd! Ey Həsən ibni Əli! Ey Zəkiyy Əskəri! Ey Rəsul əkrəmin oğlu!. Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Həsənin caneşini! Ey Ilahi caneşin olan hüccət! Ey Qaiməl Müntəzəril Məhdi! Ey Rəsul əkrəmin oğlu.! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol.
Ey mənim ağalarım və ixtiyar sahiblərim, mən sizi Allah dərgahına yaxınlaşmaq üçün vasitəçi etdim, Ey mənim imamlarım ehtiyac və yoxsulluğ günü (Qiyamət) üçün zəxirəm və sizin vasitənizlə Allaha təvəssül etdim, sizi Allah dərgahında şəfaətçi etdim, bəs mənim üçün Allah yanında şəfi olun,! Allah yolunda günahlarımdan mənə nicat verin,! Həqiqətən mənim Allah dərgahına getmək üçün vasitəçilik fəqət sizə məhəbbət bəsləyib, sizə təqərrüb etməklə Allah yanında nicat tapmağa ümid bəsləyirəm. Bəs Allah yanında mənim ümidim olun!, Ey mənim ağalarım,! Ey Allah övlüyaları! (Allahın salavatları onlara həmişə olsun) Və Allah onlara zülm edən, Allah düşmənlərinə əvvəldən axıra kimi lə”nət etsin. Amin ya Rəbbəl aləmin!.


Geri dön

...BARSA FANATI....

  • 11 mart 2012 09:26
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
....TSKKKKKKKKKKKKKKKKKKKKKKKK...

Shokoladka

  • 10 mart 2012 20:31
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurler..Allah razi olsun

--------------------


ANGEL LOVE

  • 10 mart 2012 20:08
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun..............

--------------------

... Deryam ...

  • 10 mart 2012 19:58
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

Su Perisi

  • 10 mart 2012 19:05
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Amin ya Rəbbəl aləmin!.

--------------------

A_S_G

  • 10 mart 2012 17:30
  • Məqalə: 0
  • Şərh: 233
  • Bal:
{awards}
təşəkkürlər mənalı yazıya görə

--------------------
Pis fikirlər sizi əhatə etdikdə, sadəcə gülümsəyin və düşünün:"Siz varsiniz və kim üçünsə lazimsiniz"...

peri_BIEBER

  • 10 mart 2012 16:45
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
twk edirem/ALLAH razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}