Həlimlik və güzəşt

 
Həlimlik və güzəşt

HƏLİMLİK VƏ GÜZƏŞT

Ey insan, sözlərimə dəqiq fikir ver bu iki sifətin sahibi hesab-kitabsız cənnətə daxil olar. Bu iki sifət elə şərafətlidir ki, Mütəal Allah özünü bu sifətlərlə tə᾽rif etmişdir. Peyğəmbər və övliyaların bu barədəki, qissələri lap çoxdur və burada onları zikr etməyə imkan yoxdur. Hədislərdə gəlib ki, insan helmsiz abid ola bilməz. Allah helmli insanı sevər. Həlimlik mö᾽minin sifətlərindədir.İntiqam almağa qüdrəti olan kəs qəzəbli vaxtı öz hiddətini cilovlayarsa Allah qiyamət günündə onu tam razı salar, qəlbini imanla doldurar və onu əmin-amanlıqda qərar verər. Onu məxsus ehtiramla çağırıb, deyər hər hansı hurul-eyni seçirsən seç və ona şəhid savabı verər.

Allah yanında bəndənin içdiyi qurtumların ən qiymətlisi qəzəbinin tüğyan etdiyi vaxt onu səbr və ya helm ilə udduğu qurtumdur.

Qəzəb və hiddətini saxlayan kimsənin Allah dünya və axirətdə izzətini artırar. Və qiyamət günü Allah bütün məxluqatı bir yerə cəm etdikdən sonra bir səs gəlir: Fəzilət əhli haradadırlar? Onların arasından bir iddəsi baş qaldırdıqdan sonra mələklər onları qarşılayıb soruşarlar: Fəzilətiniz nədir? deyərlər: Bizimlə əlaqəni kəsənlərlə rabitəni kəsmədik, bizi məhrum edənləri məhrum etməzdik və bizə zülm edənləri bağışlayardıq. Bu zaman onlara deyilər: Düz dediniz, hesab-kitabsız cənnətə daxil olun.

Qələbənin zəkatı güzəştdir.İnsanların daha çox qüdrətlisi güzəştə getməlidir. Güzəşt etmək bəndənin izzətini artırar. Güzəşt edin ki, Allah da sizi izzətli etsin.

Gərək sənə zülm edəni bağışlayasan ki, Allah taala da onun hökmlərinə müxalifət göstərməklə etdiyin zülmlərindən keçsin və qabaqda qeyd olunan yüksək məqamlara çata biləsən. Ey insan, nəbada qəzəblənəsən, bu qəzəblənən insanın iman və əqidəsindəki zəifliyi göstərir. Hədislərdə deyilb ki, sirkə balı korladığı kimi qəzəb də imanı xarab edər. Qəzəb küfrün dirəklərindən biridir. Qəzəb bütün şər işlərin köküdür. Qəzəb hikmət sahibinin qəlbini öldürər. Öz qəzəbini cilovlaya bilməyən kimsə əqlinə sahib ola bilməz. Lə᾽nətlənmiş iblis deyibdir: Qəzəb mənim tor və tələmdir ki, onunla insanların yaxşılarını behiştdən və onun yolundan kənar edərəm. Qəzəbin qarşısını almaq üçün bir neçə yol göstərib:

1-Şeytandan uzaq olmaq üçün Allaha pənah aparmaq.

2-Mütəal Allahı zikr edib yada salmaq. Hədisdə deyilib ki, Tövratda belə yazılmışdır: “Ey adəm oğlu qəzəblənəndə məni zikr et ki, mən də qəzəblənəndə səni zikr edim (bağışlayım), səni həlakətə saldıqlarımın arasında qərar verməyim. Sənə bir zülm olunarsa mənim zəfərimi gözlə ki, mənim zəfərim sənə, özün intiqam almağından çox xeyirlidir”.

3-Qəzəblənən vaxt, şəxs ayaq üstədirsə otursun, oturmuşsa uzansın, yaxud ayağa dursun.

4-Qəzəbləndiyin yeri dəyişmək. Bir gün Şeytan Həzrət Musaya dedi: Qəzəbləndiyin vaxt öz yerini dəyiş ki, yoxsa səni fitnəyə salaram.

5-Soyuq su ilə dəstəmaz və ya qüsl almaq.

6-Qəzəb olunan şəxs qəzəblənənin əqrəbasından biridirsə öz əlini onun bədəninə sürtsün ki, qəzəbi yatar.

7-Su içmək.

8-Üzüm yemək qəzəbi yatırar.

9-Bu duanı -Əllahummə əzhib ənni ğəyzə qəlbi və əcirni min muzillatilfəitən, əs᾽əlukə cənnətəkə və əuzu bikə mənəşşərəkəti, əllahummə səbbitni ələlhuda vəssəvab, vəc᾽əlni raziyən mərziyyən ğəyrə zallin və la muzillin (ya Rəbb məndən qəlbimin azğınlığını dəf et, məni fitnələrin zəlalətindən qurtar, səndən öz cənnətini istəyirəm, tələlərə düşməkdən sənə pənah gətirirəm, ya Rəbb məni hidayət və doğru yol üstə sabit qədəm et, həm məni razı et həm də məndən razı ol və məni nə əyri yola uğrayan, nə də uğradanlardan et) desin. Hədislərdə deyilib hər kim başqalarına olan qəzəbini cilovlayarsa Allah qiyamətdə onu qoruyar, eyiblərini örtər və behişt onun üçündür.


Geri dön

★Azerbaijan girl★

  • 11 mart 2012 23:40
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
Alah razi olsun twkler

Shokoladka

  • 10 mart 2012 20:54
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
_TUNAR_MAMEDOV_ Chox sagol,oxudum maraqli idi tsk

--------------------


Su Perisi

  • 10 mart 2012 14:22
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
ya Rəbb məndən qəlbimin azğınlığını dəf et, məni fitnələrin zəlalətindən qurtar, səndən öz cənnətini istəyirəm, tələlərə düşməkdən sənə pənah gətirirəm, ya Rəbb məni hidayət və doğru yol üstə sabit qədəm et, həm məni razı et həm də məndən razı ol və məni nə əyri yola uğrayan, nə də uğradanlardan et

--------------------

ANGEL LOVE

  • 10 mart 2012 14:12
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk xebere gore.....

--------------------

peri_BIEBER

  • 10 mart 2012 14:00
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
TŞK EDİRƏM.GÖZƏL İDİ XƏBƏR

J ♥ S

  • 10 mart 2012 13:57
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Sitat: _Dinquwun_AnasI_
twk oxumaga deydi ellerinize sagliq .


cox gozeldi elbetde

--------------------
J & S ∞♥....

KRiPToS

  • 10 mart 2012 13:48
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Təşəkkürlər oxudum,maraqlı idi smile

--------------------

Niqul

  • 10 mart 2012 13:41
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
COX SAGOL DOSII.ALLAH RAZI OLSUN smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

✰Dгeaм✰

  • 10 mart 2012 13:40
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

AysU_DilarE

  • 10 mart 2012 13:38
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
twk oxumaga deydi ellerinize sagliq

--------------------

CLEVER GIRL

  • 10 mart 2012 13:35
  • Məqalə: 0
  • Şərh: 243
  • Bal:
{awards}
ILK SERH MENDEN .OXUDUM MARAQLI IDI.TESEKKURLER winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}