Cenevrə 2012: Yeni üçqapılı Audi A3

 
Cenevrə 2012: Yeni üçqapılı Audi A3

Uzaq 1996-cı ildə işıq üzü görmüş Audi A3 kompakt premium modelləri Azərbaycan bazarında böyük rəğbətlə qarşılanmasada, artıq bütün dünyada 1,8 milyon nüsxədən artıq tirajla satılıb, hazırda İnqolştadt firmasının satışlarının 20%-indən çoxu A3-ün payına düşür. İsveçrədə debüt etmiş yeni üçqapılı model də lüks C seqmentində almanların mövqelərini möhkəmləndirəcək.

Dizaynerlər yeni modelin dizaynına çox ehtiyatla yanaşıblar, belə ki, A3-ün əsas rəqibləri olan BMW 1-Series və Mercedes-Benz A-class modellərinin dizaynı onunla müqayisədə daha cəsarətli görünür. Amma dizaynerlərin bu yanaşmasının müsbət tərəfləri də var: avtomobilin siması daha sanballı və müasir görkəm alıb, xarici görünüşünə görə onu asanlıqla tanımaq olur. Dam örtüyünün profilindəki dayaqlarda dəyişikliklər sayəsində avtomobilin dinamikası artıb.

Daha önəmli məsələ ondan ibarətdir ki, konstruksiyasında son dərəcə yüksək möhkəmliyə malik poladdan və alüminiumdan geniş istifadə edilməsi sayəsində qolf-klass heçtbekinin baza versiyasının çəkisi 80 kq azalıb (indi onun kütləsi 175 kiloqrama bərabərdir). Eyni zamanda, avtomobilin ölçüləri böyüyüb: indi onun uzunluğu 4237 mm (+34), eni 1777 mm (+12), hündürlüyü 1421 mm (dəyişməyib), təkər bazası isə 2601 mm (+23) təşkil edir. Yeni model MQB modul platformasında hazırlanıb, ön tərəfdə McPherson tipli, arxada isə çoxrıçaqlı asqı quraşdırılıb. Ötürücüdə dəyişiklik edilməyib, amma gələcəkdə alıcılara quattro firma transmissiyası (çoxdiskli hidravlik bəndləyici ilə) təklif olunacaq.

Hələlik yeni A3 üçün üç mühərrik nəzərdə tutulub. Baza mühərriki qismində 1,4 litr həcmə və 122 at gücünə malik TFSI (fırlanma momenti 200 Nm) təklif olunur. Həmçinin 1,8 litr həcmə və 180 at gücünə malik TFSI mühərriki (fırlanma momenti 250 Nm) və 2,0 litr həcmə və 143 at gücünə malik turbodizel mühərriki (fırlanma momenti 320 Nm) təklif olunur. Standart komplektasiyaya altı pilləli mexaniki transmissiya daxildir, iki bəndləyicisi olan yeddi pilləli S Tronic robotu isə benzin mühərrikli top-versiyaya quraşdırılır.

Yeni üçqapılı Audi A3 hetçbeki alman dilerlərin salonlarında bu ilin yayında peyda olacaq.


Geri dön

kEnd4i KiVIRCiK

  • 23 mart 2012 15:22
  • Məqalə: 0
  • Şərh: 112
  • Bal:
xoss geldii alacammm bu masinda xeberre gore coxx saoolllll what

...BARSA FANATI....

  • 11 mart 2012 09:10
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
XOSUM GELIR BU MASINDAN...TSKK...

Yıldız

  • 11 mart 2012 01:18
  • Məqalə: 4
  • Şərh: 166
  • Bal:
{awards}
təşəkkürlər

peri_BIEBER

  • 11 mart 2012 00:17
  • Məqalə: 0
  • Şərh: 260
  • Bal:
{awards}
audiden cox xowum gelir twk

Shokoladka

  • 10 mart 2012 21:18
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Pis deyil tsk...

--------------------


enigmatic_girl

  • 10 mart 2012 21:18
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmmmmm kohne masina oxsayir...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 48
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 155
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 33
Cəmi: 34
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}