Cenevrə 2012: Opel Astra OPC

 
Cenevrə 2012: Opel Astra OPC

Opel Astra avtomobilləri ailəsi o qədər genişdir ki, yeni modellərin nümayişi üçün Avropanın bir neçə avtoşousunda iştirak etmək lazım gələr. Cenevrə avtoşousunun qismətinə ən güclü Astra modelinin nümayişi düşüb: 280 at güclü OPC modifikasiyası işıq üzü görüb.

280 at gücünə malik turbinli benzin mühərrikinin həcmi 2,0 litr təşkil edir. Altı pilləli mexaniki transmissiyası, özübloklanan mexaniki differensialı, Brembo əyləcləri və mexatron şassisi olan avtomobilin maksimal sürəti saatda 250 kilometrdir. Əyləc mexanizmləri və ön dayaqlar hetçbekə əvvəlki Insignia OPC modelindən qalıb. Həmçinin spoylerlər, deflektorlar, 20 düymlük təkər diskləri və OPC versiyalarının göy firma rəngi də qeyd edilməlidir.

Salonda sürücü üçün xüsusi konstruksiyalı oturacaqlar nəzərdə tutulub. Onların hazırlanmasında orqanik plastik təbəqələrdən istifadə olunub ki, bu da ənənəvi karkaslı oturacaqlarla müqayisədə kütləni 45% azaltmağa imkan verib. Yeni oturacaqları 18 istiqamətdə tənzimləmə imkanları var. Avtomobilin kandarı Astra GTC ilə müqayisədə 17 mm, adi Astra modeli ilə müqayisədə isə birdən-birə 40 mm aşağı endirilib. Opsional qaydada pnevmatik tənzimləyicisi olan oturacaqlar da təklif olunur. Salonun üzlüyü üçün müxtəlif rəng kombinasiyalarında üç növ dəri və parça təklif olunur.


Geri dön

kEnd4i KiVIRCiK

  • 23 mart 2012 15:20
  • Məqalə: 0
  • Şərh: 113
  • Bal:
xoss gelmediiii opeldenn hec xosumm gelmirrr yenede ccoxx saoll wink

enigmatic_girl

  • 11 mart 2012 13:32
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
qeseng masina oxsuyur... wink

--------------------

★Miss Love★

  • 11 mart 2012 11:22
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
xebere gore sagol

peri_BIEBER

  • 11 mart 2012 10:34
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
TWK AMMA MAWINLARA MARAGIM YOXDU

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}