Rüku və səcdənin fəlsəfəsi

 
Rüku və səcdənin fəlsəfəsi

Namazın ən mühüm rüknlərindan sayılan rüku və səcdə Allaha daha da yaxınlaşmaq üçün böyük rol oynayır. Rüku Allah qarşısında əyilib ehtiram göstərməklə bərabər Məbuda təzim edib Onun böyüklüyünü etiraf etməkdən ibarətdir. Necə ki, keçmişdə adi camaat padşahlara təzim əlaməti olaraq onların qarşısında əyilir, sonsuz ehtiramlarını bildirirdilər.

Səcdə isə əbdin (bəndənin) alnını torpağa qoyub Məbudun (Allahın) qarşısında zəlilliyini göstərməsi, özünün sonsuz dərəcədə zəif və fəna olduğunu bildirməsindən ibarətdir. “Məbuda təzim” və “əbdin zəlilliyi” ibadətin ruhunu göstərir. Bu iki dəyər hər hansı bir ibadətdə cəm olsa, həmin ibadət kamil və həqiqi sayılar. Allah-təala ictimai ibadət olan namazda rüku və səcdəni cəmləşdirib onların vasitəsilə namazın qədr-qiymətini daha da çoxaltmışdır.“Minhacus-sadiqin” kitabında deyilir: “Bəni Səqif” tayfası həzrət Məhəmmədin (salləllahu ələyhi və alihi və səlləm) yanına gəlib xahiş etdi ki, Allah-təaladan namazdan rüku və səcdənin götürülməsini istəsin. Çünki cahiliyyət dövründə yaşamış bu təkəbbürlü və lovğa insanlara Yaradanın qarşısında təzim etmək ağır gəlirdi. Həzrət fikrə dalıb bu barədə vəhyin nazil olmasını gözlədi. Nəhayət, “İsra” surəsinin 74-cü ayəsi nazil oldu:
وَ لَوْ لَا أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيًْا قَلِيلا

“Əgər səni sabitqədəm etməsəydik, az qalırdı ki, onların sözünə meyl edəsən.”
Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) bu ayənin ciddi bir xəbərdarlıq olduğunu bilib həmin tayfanın xahişini rədd etdi. Rəvayətlərin birində belə deyilir: İslam peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: “Rüku və səcdə olmayan dində xeyir yoxdur.” Ola bilsin ki, hədisdə zikr olunan “din” namaz mənasındadır. Meyitə qılınan namaz (meyit namazı) əslində duadır. Çünki bu namazda rüku və səcdə yoxdur. Hər bir insanın vücudunun dərinliyində zati bir təkəbbür var. Bunun dərmanı yalnız namazda olan ruku və səcdədir. Çünki insanın ən şərəfli üzvü onun sifətidir. İnsanın sifəti başqa məxluqların sifətindən üstündür. Allah-təala insanın surətini ən üstün şəkildə yaratdığına görə Özünə “Afərin” buyurmuşdur. “Tin” surəsinin4-cü ayəsində buyurulur:
لَقَدْ خَلَقْنَا الْانسَانَ فىِ أَحْسَنِ تَقْوِيم


‏“Həqiqətən, biz insanı ən gözəl surətdə yaratdıq.”
Şair belə deyir:Qadir Allah səni yaradan zaman,
Özünə “afərin” söyləmiş inan.
Bəşərin ağıl və düşüncə qüvvəsinin cəmləşdiyi alın nahiyəsi insan üzünün ən fəzilətli hissəsi sayılır. Alını torpağa qoymaq insanın son dərəcə acizliyini göstərir. Buna əsasən də səcdə elə bir kəs üçün olmalıdır ki, Onun əzəməti, ucalığı, böyüklüyü və rəhməti hər yeri bürüsün. Bu da yalnız Allah-təalaya məxsusdur. Mələklərin Adəmə (ələyhissalam) səcdə etməsinə gəldikdə isə həmin səcdə Adəm (ələyhissalam) yox, Allah üçün və Allahın əmrinə əsasən olmuşdur. Sadəcə Adəm (ələyhissalam) qiblə rolunu oynamışdır.Yəqub (ələyhissalam) və oğlanlarının Yusif peyğəmbərə (ələyhissalam) səcdə etmələrinə gəldikdə isə bu səcdə şükür səcdəsi ünvanında idi. Yəni, Allah-təala bu neməti (Yusifi (ələyhissalam)) yenidən onlara bağışladığı üçün Allaha şükür səcdəsi etdilər. Səcdədə bəndə öz faniliyini izhar edir. “Taha” surəsinin 55-ci ayəsində buyururlur:
مِنهَْا خَلَقْنَاكُمْ وَ فِيهَا نُعِيدُكُمْ وَ مِنهَْا نخُْرِجُكُمْ تَارَةً أُخْرَى

“Sizi ondan (torpaqdan) yaratdıq və ona da qaytaracağıq. Sonra yenidən (qiyamət günü) ondan dirildəcəyik.”
Yaxud “Bəqərə” surəsinin 28-ci ayəsində belə buyururlur:
كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَ كُنتُمْ أَمْوَاتًا فَأَحْيَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يحُْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُون‏

“Nə üçün Allaha inanmırsınız, bir halda ki, siz ölü idiniz və Allah sizi diriltdi. Sonra sizi yenə də öldürəcək, sonra yenə də dirildəcək. Axırda isə Ona tərəf qaytarılacaqsınız.” Birinci səcdədə alnımızı torpağa qoymağın mənası budur ki, “İlahi! Biz torpaqda ölü idik.”Başımızı səcdədən qaldırmağın mənası isə budur ki, “İlahi! Sən bizi torpaqdan yaratdın.” İkinci səcdənin mənası budur ki, “İlahi! Sən yenə də bizi torpağa qaytaracaqsan.” Başımızı qaldırmağın mənası isə budur ki, “İlahi! Sən bizi torpaqdan yenidən dirildəcəksən.”Rüku bəndənin Məbuda olan təzimini bildirir və əvvəldən axıra kimi bir mərhələdən ibarətdir. Buna görə də rüku həqiqətin eyni sayılır. Səcdə bəndənin fənalığını izhar etməkdən və bəndənin zəlilliyini bildirməkdən ibarət olduğu üçün iki mərhələdən (“bədvi”fəna və “ovdi” fənadan) ibarətdir.
“Bədvi” fəna, yəni həmişə Allah-təala olmuş və Ondan başqa heç bir şey olmamışdır. Bu “bütün aləmi yoxluqdan vücuda gətirmişdir” həqiqətinə işarədir.
“Ovdi fəna” isə bütün mövcudatın faniliyinə işarədir. Belə ki, Allahdan başqa hamı məhvə məhkumdur. Necə ki, Qurani-Kərim bu barədə buyurur:
كلُ‏ُّ شىَ‏ْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ

“Onun zatından başqa hamı məhv və həlak olacaqdır.”
Yaxud “Ər-Rəhman” surəsinin 26-27-ci ayələrində buyurulur:
كلُ‏ُّ مَنْ عَلَيهَْا فَانٍ وَ يَبْقَى‏ وَجْهُ رَبِّكَ ذُو الجَْلَالِ وَ الْاكْرَام‏

“Onun (Yer kürəsinin) üzərində olan hər bir şey məhv olacaqdır. Cəlal və Kərəm Sahibi olan Allah isə əbədidir.”
Bəzi ayələrə əsasən, bütün yaranmışlar, o cümlədən günəş, ay, ulduzlar və s. Allaha səcdə edirlər. İnsanlardan başqa bütün mövcudların səcdə etməsi təkvini ibadət və itaət mənasındadır. Səcdənin özü ayrılıqda müstəqil bir ibadət sayılır. Necə ki, namazın şərtlərindən biri olan “təharət” müstəqil bir ibadətdir. Daha dəqiq desək, səcdə namazın eynidir. Səcdə, bəndənin Allah-təalaya ən yaxın halıdır. Digər tərəfdən şeytanın ən çətin halı məhz müsəlmanın səcdə vəziyyətində olmasıdır. Çünki şeytan səcdəni tərk etdiyinə görə Allah dərgahından qovulmuş və uzaqlaşdırılmışdır. Rəvayətdə buyurulur:“Rükusu və səcdəsi olmayan namaz, namaz deyildir.”

Rüku və səcdənin fəlsəfəsi


Geri dön

milana-88

  • 12 mart 2012 00:36
  • Məqalə: 6
  • Şərh: 430
  • Bal:
twklerrrrrrrrrrrrrrrrrrrrrrr winked

--------------------
♛ Her seyin sonu yaxshi bitir.Eger neyinse sonu pis bitibse,demeli hele Son deyil !!! ♛

Priya

  • 11 mart 2012 22:35
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Yazı için sağol.Allah razı olsun.Müsəlman olduğum üçün Allahıma şükr edirəm.

--------------------




..::Only_Life::..

  • 11 mart 2012 21:55
  • Məqalə: 263
  • Şərh: 908
  • Bal:
{awards}
tesekkurler ALLAH razi olsun

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

kelli

  • 11 mart 2012 20:48
  • Məqalə: 0
  • Şərh: 225
  • Bal:
{awards}
Allah razi olsun

A_S_G

  • 11 mart 2012 20:44
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
{awards}
Şair belə deyir:Qadir Allah səni yaradan zaman,
Özünə “afərin” söyləmiş inan

--------------------
Pis fikirlər sizi əhatə etdikdə, sadəcə gülümsəyin və düşünün:"Siz varsiniz və kim üçünsə lazimsiniz"...

Shokoladka

  • 11 mart 2012 20:26
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun chox sagol

--------------------


✰Dгeaм✰

  • 11 mart 2012 20:20
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah senden razi olsun dinar mamedova.Sen cox savab is gordun.Tesekkurler.

★Azerbaijan girl★

  • 11 mart 2012 19:53
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah razi olsun twkler

Bella...

  • 11 mart 2012 19:41
  • Məqalə: 2
  • Şərh: 401
  • Bal:
{awards}
“Həqiqətən, biz insanı ən gözəl surətdə yaratdıq.”
ALLAH razi olsun,ellerine saglik.

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 59
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 43
Cəmi: 630
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 35
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}