Qiyamət günü tərəzinin ağır gəlməsinə səbəb olan əməllər-1

 
Qiyamət günü tərəzinin ağır gəlməsinə səbəb olan əməllər-1


Bir sıra əməllər vardır ki, onlar insanın əməl tərəzisinin ağır gəlməsinə səbəb olacaq.

1. Allahın vəhdaniyyətinə və Peyğəmbərin nübüvvətinə şəhadət vermək

Insanın əməl tərəzisini ağırlaşdıran əməllərdən birincisi Allahın vəhdaniyyətinə, rübubiyyətinə və Peyğəmbərin peyğəmbərliyinə şəhadət verməkdir. Allahın vəhdaniyyətini, yeganəliyini və Peyğəmbərin nübüvvətini ürəkdən qəbul etməyən insanın əməli heç vaxt ağır gəlməyəcək.

Həzrət Əli(ə) nəhcül-bəlağədə belə buyurur: Şəhadət veririk ki, şəriki olmayan tək Allahdan başqa layiqli mə’bud yoxdur. Şəhadət veririk ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. (Səmimi qəlbdən və saf niyyətlə verilmiş) bu iki şəhadət (gözəl) sözləri və (bəyənilmiş) əməlləri yüksəldir. (Allah dərgahında qəbul olunar. Sözdə və əməldə ibadətin qəbulu da bu aydın iki əsasın deyilməsi və inanılmasından asılıdır.) Bu iki şəhadətin qoyulduğu tərəzinin gözü yüngül olmaz və iki şəhadətin götürüldüyü tərəzinin gözü ağır gəlməz (bu iki şəhadətə iman olmasa heç bir əməl qəbul olunmaz).

Deməli Qiyamət günü insanın tərəzisinin ağır gəlməsinin ən əsas şərtlərindən biri Allahın vəhdaniyyətinə və Peyğəmbərin nübüvvətinə ürəkdən şəhadət verməkdir.

2. Insanın batini (daxili) təmiz olması

Qiamət günü tərəzinin ağır gəlməsinə səbəb olan əməllərdən ikincisi budur ki, inanın daxili zahirindən gözəl olmasıdır. Insan öz zahirinə, paltarına, saçlarına, üz-gözünə fikir verib, özünü səliqəyə salıdığı kimi gərək daxilinə də fikir versin. Çalışmalıdır ki, onun qəlbi təmiz olsun. Əgər bir insanın qəlbi təmiz olmasa, onun əməl tərəzisi ağır gələ bilməz. Bir insan evdən çıxarkən güzgüyə baxıb özünü səliqəyə salaraq, geyiminə fikir verdiyi kimi vacibdir ki, həmişə öz daxilini də səliqəli saxlasın. Ümumiyyətlə insanın daxili zahirindən gözəl olmalıdır. Insanın iki cür qiyafəsi var. Bir qiyafə budur ki, insanlar bir-birinin zahirini görürlər. Yəni bu insanın zahiri qiyafəsidir. Bu qiyafənin quruluşu insanın özündən asılı deyil. Çünki Allah insanı belə yaratmışdır. Gözəl və ya eybəcər olmaq insanın öz əlində deyildir. Amma insanın ruhunun qiyafəsinin gözəl və ya çirkin olması öz əlindədir. Məcazi mənada desək qələm insanın öz əlindədir. Istəsə bunu gözəl çəkər, istərsə çirkin. Ona görə də hədislərdə vardır ki, insanın ruhunun qiayfəsi cisminin qiyafəsindən gözəl olarsa, həmin şəxsin əməl tərəzisi ağır gələcək.

Böyük alimlərdən biri deyir: Tələbə vaxtlarımda mədrəsədə dostlarımdan biri ilə bir otağda qalırdıq. Bir gün söhbət edərkən söhbətimiz şirin oldu. Belə qərara gəldik ki, hansı birimiz dünyadan tez getsək, digərimizin yuxusuna gəlib orada nələr baş verdiyi haqda xəbər verək. Belə şərt kəsib razılaşdıq. Bu söhbətin üstündən uzun müddət keçdi. Etdiyimiz bu söhbət tamamilə mənim yadımdan çıxmışdı. Belə oldu ki, mənim həmin dostum dünyasını dəyişdi. Mən bunu gördükdə onunla etdiyim söhbəti xatırladım və gözləyirdim ki, tezliklə yuxuma gələcək və mənə hər şeyi danışacaq. Günlər keçdi həftələr dolandı lakin ondan bir xəbər çıxmadı. Üstündən altı ay keçəndən sonra yuxuma gəldi. Salamlaşıb görüşdükdən sonra dedim: Yadındadırmı biz şərt bağlamışdıq ki, kim tez ölsə digərinə xəbər versin? O mənə dedi: Mən sənə verdiyim həmin vədəyə görə yuxuna gəlmişəm. Mənim heç bir söz danışmağa ixtiyarım yoxdur. Amma sənə bir kəlmə söz deyib gedəcəyəm. O da budur ki, çalışın o dünyaya gedəndə insan surətində gedəsiniz. Çünki orada hər nə verirlərsə yalnız insana verirlər.

Hədislərdə vardır ki, bəzi insanlar Qiyamət günü it, donuz və müxtəlif surətlərdə gələcəklər. Bu qiyafələr ruhun qiyafəsidir. Həmin insanlar öz əməlləri nəticəsində ruhlarının qiyafəsini dəyişdirib heyvan surətinə salırlar. Buna görə də insanın daxili zahirindən gözəl olmalıdır.

3. Quran oxumaq

Insanın əməl tərəzisinin ağır gəlməsinə səbəb olan əməllərdən üçüncüsü Quran oxumaqdır. Hədislərdə vardır ki, hər kim Quran öyrənib oxuyarsa və oxuduğu ayələrə əməl edərsə bu əməl Qiyamət günü həmin şəxsin əməl tərəzisinin ağırlaşmasına səbəb olacaq.

قَالَ رَسُولُ الله(ص): إِن اَرَدْتُم عِيشَ السُّعَداء وَ مُوتُ الشُهَداء وَ النَّجَاةَ يَومَ الْحَشر... فَادْرِسُوا القُران فَإِنَّهُ كَلامُ الرَّحْمان... وَ رُجْحَانٌ فِى الْمِيزان

Həzrət Peyğəmbər(s) buyurur: Xoşbəxtlər kimi yaşayıb, şəhidlər kimi ölmək və Qiyamət günü nicat tapmaq istəyirsinizsə, Quran öyrənin... Həqiqətən Quran Rəhman olan Allahın kəlamıdır... Quran əməl tərəzisini ağırlaşdırar.

4. Böhtan atılan və qeybəti danışılan şəxs

Qiyamət günü insanın əməl tərəzisinin ağır gəlməsinə səbəb olan şeylərdən bir də odur ki, bu dünyada insanın özünün bu işdən xəbəri olmayıb. Bu əməl insanın öz əməli hesab olunmur. Bu əməl qiyamət günü üzə çıxacaq və insanın tərəzisinin gözünə əlavə ediləcək. O budur ki, hansı insana böhtan atılıb arxasınca danışılırsa və insanın bu söz-söhbətlərdən xəbəri olmayıb. Bu böhtanlar və qeybətlər həmin şəxs üçün müsbət sayılacaqdır.

قَالَ رَسُولُ الله(ص): يُجاءُ بِالْعَبْدِ يَومَ القِيامَة فَتُضَع حَسَناتُهُ فِى كَفَّةٍ وَ سَيِّئاتُهُ فِى كَفَّةٍ فَتَرجِحُ السَّيِّئات, فَتَجِئُ بِطاقَةً فَتَقَعُ فِى كَفَّةِ الْحَسَنات فَتَرْجَحُ بِها. فَيَقُول يَا رَبّ مَا هَذِهِ الْبِطاقَة؟ فَما مِن عَمَل عَمِلْتُهُ فِى لَيْلِى اَو نَهارِى وَ قَد اسْتُقبِلتُ بِه. قَالَ: هَذا ما قِيلَ فِيكَ وَ اَنْتَ مِنْهُ بَرِئٌ فَيَنْجو بِذلِك

Bu barədə Həzrət Peyğəmbər belə buyurur: Qiyamət günü bir bəndəni pis və yaxşı əməllərini ölçmək üçün gətirəcəklər. Onun yaxşı əməllərini tərəzinin bir gözünə, pis əməllərini isə digər gözünə qoyacaqlar. Onun pis əməlləri ağır gəldikdə ümüdsüz qalacaq. Elə bu zaman yarpağa bənzər bir şeyi gətirib onun yaxşı əməllərinin üzərinə əlavə edəcəklər. Onun yaxşı əməlləri ağırlayacaq. Həmin şəxs təəccüblə deyəcək: Ey mənim Rəbbim, bu nədi idi belə? Axı mənim dünyada gecə və gündüz etdiyim bütün əməllərin hamısı tərəzinin gözünə qoyulmuşdur. Mənim bundan artıq bir əməlim qalmamışdır. Allah-təala buyuracaq: Bu yarpağ dünyada sənin dalınca danışılan sözlər, qeybət və böhtanlardır. Sənin isə bunlardan xəbərin yox idi.

Məlumdur ki, hər kəsin arxasınca danışılırsa və qeyğətini edirlərsə, Qiyamət günü mütləq həmin danışanlardan bunun əvəzi alınacaq. Belə ki, arxasıyca danışan insanların yaxşı əməllərindən gətirib barəsində qeybət olunan insanın tərəzisinin yaxşı əməllər ounan gözünə qoyulacaq.

Qiyamət günü tərəzinin ağır gəlməsinə səbəb olan əməllər-1


Geri dön

Russiya_girl

  • 11 mart 2012 11:30
  • Məqalə: 2
  • Şərh: 781
  • Bal:
Allah razı olsun.

★Miss Love★

  • 11 mart 2012 11:15
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
xeberi cox beуendim sonacanda oxodom,cox sagol

B_A_H_A_R

  • 11 mart 2012 10:31
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX GOZEL XEBER IDI BEYENDIM

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

peri_BIEBER

  • 11 mart 2012 10:23
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

PELIN_ATABAY

  • 11 mart 2012 10:15
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
Məlumdur ki, hər kəsin arxasınca danışılırsa və qeyğətini edirlərsə, Qiyamət günü mütləq həmin danışanlardan bunun əvəzi alınacaq. Belə ki, arxasıyca danışan insanların yaxşı əməllərindən gətirib barəsində qeybət olunan insanın tərəzisinin yaxşı əməllər ounan gözünə qoyulacaq.

--------------------

...BARSA FANATI....

  • 11 mart 2012 09:14
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
....ALLAH RAZI OLSUN.....


.....TSKKKK...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}