Sual-Cavab: Sual 12

 
Sual-Cavab: Sual 12

Sual 12:
İmam Hüseyn (ə) öz düşmənlərindən su istəmişdirmi?

Cavab:
Aşura gününün birinci yarısında köməkçiləri, ailəsi və özü susuzluqdan əzab çəkən imamın (ə) düşməndən su istəməsi haqqında mö`təbər mənbələrdə heç bir mə`lumat yoxdur. Susuzluq mövzusu məddahların təsvir etdiyi səviyyədə heç bir mənbə`də göstərilməyib. İmamın (ə) Aşura günü oxuduğu şe`rlər, dilindən qopan sözlər misilsiz izzət və şərəfi təcəssüm etdirir. İmamın (ə) məşhur bir bəyanına nəzər salmaqla hər şey aydın olur:

“Agah olun ki, zinazadə oğlu zinazadə (İbn Ziyad) bizi iki yol arasında qoydu. Ya siyrilmiş qılıncla döyüşə girməli, ya da Yezidə bey`ət etməklə zillət libasına bürünməliyik. Amma zillət bizdən çox uzaqdır. Allah, Onun rəsulu, mö`minlər, pak ağuşda böyüyənlər və qeyrətli kişilər rəva bilməzlər ki, biz alçaq adamlara itaəti izzətli ölümdən üstün tutaq.”

Bə`zi əzadarlıq məclislərində imam Hüseyn (ə) inqilabının izzət və şərafəti sönük təsvir olunur. Sanki insanlarda imamın halına acımaq hissi təlqin edilir. İnsanları həyəcanlandırmaq üçün həqiqətə uyğun olmayan səhnələr canlandırılır.

Bu sayaq əsassız və yalan mə`lumatlara bir misal çəkək: İmam (ə) ibn Sə`din yanına gedib üç şey istədi. Onun ikinci istəyi bu oldu: “Mənə bir az su verin, ciyərim susuzluqdan yanır” İbn Sə`d imamın istəyini alçaqcasına rədd etdi.”
(“Əlmuntəxəb”, s. 439)

Bəli, belə sözlər daşı da ağlatmağa qadir olsa, imamın izzət və şərəfinə zərbə vurur.


Geri dön

★Miss Love★

  • 11 mart 2012 11:24
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
deуerli xebere gore cox sagol

peri_BIEBER

  • 11 mart 2012 10:37
  • Məqalə: 0
  • Şərh: 260
  • Bal:
{awards}
TWK EDIREM ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 42

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}