Su için - daha sağlam yaşamaq üçün!

 
Su için - daha sağlam yaşamaq üçün!

Məlumata görə, orqanizmdə su azlıq təşkil etdikdə qan qatılaşır və bu da orqanlara oksigen və qida maddələrinin az miqdarda daxil olmasına gətirib çıxarır. Alimlər müəyyən ediblər ki, insan bədəninin 2/3-si sudan ibarət olduğu halda, əslində biz çox az su içirik. Odur ki, hər bir insanın özünü yaxşı hiss etməsi üçün gündə 2,5 litr suya ehtiyacı var.

İndi isə gəlin suyun həyatımızdakı roluna nəzər salaq.

Susuz qalmaq maddələr mübadiləsinin ləng getməsinə səbəb olur. Bədəndə suyun miqdarı azaldıqca bu zaman orqanizmdəki yağların miqdarı və çəki artır. Lazımi miqdarda su içmək qan təzyiqinin qarşısını alır. Susuz qalmaq yorğunluğun başlıca səbəbidir. Bədəndə suyun azalması diqqətin pozulmasına yol açır. Bir stəkan su gecəyarı baş qaldıran aclıq hissini aradan qaldırır. Gündə 8-10 stəkan su içmək kürək və əzələ ağrılarını azaldır. Su uşaq əmizdirən analarda südü çoxaldır.

Daha çox su içməyin müxtəlif yolları var. Məsələn, gecə yatarkən daim yanınızda bir stəkan su qoyun. Oyanan kimi onu içməklə gününüzə başlayın. Su qrafininizə limon, xiyar, alma dilimləri ataraq suyunuzu dadlı edin. İş yerindəki masanızın üzərində mütləq bir şüşə su saxlayın. Evdə televizora baxarkən, paltar ütüləyərkən yanınızda bir stəkan su saxlayın. Həm də daim eyni həcmdə su içmək üçün gündə nə qədər su içdiyinizi ölçün. Mümkünsə, üzərində ölçü olan qrafindən istifadə edin. Daim su içməyi özünüzə xatırladın. Məsələn, hər saatdan bir zəngli saatı qurun, soyuducunun üzərinə su içməyinizi xatırladacaq qeydlər edin. Nəhayət, su içmək üçün susamağı gözləməyin.

Orqanizminizin lazımi miqdarda su ilə təmin olunub-olunmadığını anlamağın ən səmərəli üsulu sidiyə diqqət yetirməkdir. Sidiyin açıq rəngdə olması bədənin suya olan ehtiyacının düzgün ödənildiyinin, tünd rəngdə olması isə orqanizmin kifayət qədər su ilə təmin olunmadığının göstəricisidir.


Geri dön

J ♥ S

  • 16 mart 2012 15:15
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
su xeyirlidi ama su icmek yada cay icmek hec yadima bele duwmur)))) xebere gore tewekkurler bundan sonra icerem...))))0

--------------------
J & S ∞♥....

tontonun anasi

  • 12 mart 2012 10:33
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
suyun cox xeyri oldugunu bilirem AMA COX AZ SU ICIREM CAYA USTUNLUK VEREM

--------------------

★Miss Love★

  • 11 mart 2012 22:28
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
xebere gore sagol amma menim su ile elede aram уoxdu

..::Only_Life::..

  • 11 mart 2012 21:55
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
tesekkurler melumata gore

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

A_S_G

  • 11 mart 2012 20:56
  • Məqalə: 0
  • Şərh: 233
  • Bal:
{awards}
Bilirəm suyun insan həyatında çox böyük rolu var
faydalı xəbərə görədə minnətdaram

--------------------
Pis fikirlər sizi əhatə etdikdə, sadəcə gülümsəyin və düşünün:"Siz varsiniz və kim üçünsə lazimsiniz"...

Shokoladka

  • 11 mart 2012 20:32
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Maraqli xeber idi tsk=)

--------------------


VIPTOZ

  • 11 mart 2012 20:27
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
bilmediklerimi oyrendim.ama insan susamadigizaman su ice bilmir.tsk ezyete gore

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

★Azerbaijan girl★

  • 11 mart 2012 19:56
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
hmmm twklerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

Bella...

  • 11 mart 2012 19:53
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
melumatim var yenede tewekkur,ellerine saglik

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

enigmatic_girl

  • 11 mart 2012 19:37
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hmmm maraqlidir...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}