Dəyişmərəm

 
Dəyişmərəm

Dəyişmərəm dünyada yüz mahnıya, nəğməyə,
Sevgilimin sadə bir "Sevirəm" kəlməsini.
Dəyişmərəm baharın yüz kərə gəlməsinə,
Onun bir qış günündə görüşə gəlməsini.
Vermərəm yüz maralın yüz ürkək baxışına,
İstəklimin boylanıb arxamca baxmasını.
Vermərəm yüz medala, fəxri ada, ünvana,
Onun bir çiçək dərib yaxama taxmasını.
Hanı səadət, sevinc,
Onun bir gülüşünə əvəz ola, tay ola ?
Hanı rahatlıq, dinclik,
Narahat varlığıma ondan rahat pay ola ?
Günəş varmı yarımın,
Yanar gözləri kimi nur səpə zülmətimə ?
Ən böyük sərvətdir o,
Ən böyük dövlətdir o,
Düşübdür qismətimə !
Belə sevinc, səadət, belə duyğu, düşüncə
Dünyada kim görüb, kim ?
Onun bir təbəssümlə bəxş etdiyi məlhəmi
Edə bilməz yüz həkim !
Dəyişmərəm yarımın əlini, ayağını,
Təbiətdə ən gözəl güllərin göyçəyinə.
Vermərəm sevgilimin dilini, dodağını,
Ən zərif dağ gülünün ən zərif ləçəyinə.
Mənim istəkli dünyam, mənim təbiətim o !
Mənim nəğməli qəlbim, mənim şeriyyətim o !
Onun üçün hər dərdə, hər möhnətə hazıram,
Şair olmasam belə,
Sevgi məktublarımı şer dilində yaziram.
Onun hər bir dərdinə, cəfasına dözərəm,
Bir gün getsə gözümdən,
Düşməyərək dözümdən,
Bütün yer kürəsini ayaqyalın gəzərəm.
Əgər ərşə yüksəlib o qaşları ayparam,
Bir gün qərar tutsa da kəhkəşanlar içində.
Sevdamın gözləriylə onu dərhal taparam,
Odlu, parlaq, füsunkar bir ulduz biçimində...

Yazar:Serxan Abbasov

Dəyişmərəm


Geri dön

Nuray2012

  • 9 aprel 2012 20:21
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol gozel seirdi

--------------------

VIPTOZ

  • 11 mart 2012 23:41
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
coooooooooox super yazilib.bir anliq ele bildim menim dilimden yazilib.ureyimde sevgime olan sozlerim burada eksini tapib.cox sagolun

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

enigmatic_girl

  • 11 mart 2012 14:37
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm marqli idi...tesekkurler....

--------------------

Kucuk kiz

  • 11 mart 2012 13:07
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
SENI SEVIYORUM kelimesini su hayatin hic bir seyine deyisemem...........!

al yazmalim:))

  • 11 mart 2012 13:03
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
maraqlidi tskkk

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

★Miss Love★

  • 11 mart 2012 12:43
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli ve gozel weir idi тewekkurler

senani seven qiz

  • 11 mart 2012 12:40
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
Dəyişmərəm dünyada yüz mahnıya, nəğməyə,
Sevgilimin sadə bir "Sevirəm" kəlməsini.
Dəyişmərəm baharın yüz kərə gəlməsinə,
Onun bir qış günündə görüşə gəlməsini.

--------------------
'Qeyri-mümkün'' - dedi qürur. ''Risklidir'' - dedi təcrübə. ''Mənasız'' - dedi məntiq. ''Yenə də sınağa dəyər'' - dedi ürək.

Shokoladka

  • 11 mart 2012 12:34
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Dəyişmərəm dünyada yüz mahnıya, nəğməyə,
Sevgilimin sadə bir "Sevirəm" kəlməsini.
Dəyişmərəm baharın yüz kərə gəlməsinə,
Onun bir qış günündə görüşə gəlməsini.
Ilk serh menden.Oxudum suuuuper tsk=)

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}