Sənsiz heç üzülmədim

 
Sənsiz heç üzülmədim

Əvvəllər hər an sənin ətrini hiss etmək istərdim. Mənə daima yaxın olasan deyə, illərlə səni qəlbimin üstündə daşıdım. Əllərimə dost etdim səni, onlarla həmdəm oldun gecə-gündüz, yaz-qış.

Haqqında söylənilən pis şeyləri diqqətə almadım, şişirdirlər dedim. Çünki səni dəlicəsinə sevirdim. Səndən ayrılmayacağımı, Ayrılarsam xoşbəxt ola bilməyəcəyimi düşünürdüm. Amma indi ayrıyıq. Düzünü desəm heç yadıma da düşmürsən.

Hətta səndən ayrıldığıma görə o qədər sevinirəm ki, bunu sən təsəvvür edə bilməzsən.

Xilas oldum səndən!

Bəli, səndən tam mənası ilə xilas oldum...

Maddi cəhətdən çətinlik çəkdiyim zamanlarda belə sənin üçün pul ayırırdım. Heç ağlımdan çıxmır, oğlum şokolad istəmişdi; amma mən almamışdım. Buna səbəb sən idin. Çünki şokolad alsaydım səni o gün görə bilməyəcək, ətrini hiss edə bilməyəcəkdim. Həmin gün oğlum evə ağlayaraq getmişdi.

Səninlə ilk qarşılaşdığımız günü xatırlayıram. Kaş ki, o günü heç yaşamasaydım! Çox sevdiyim dostlarımdan biri tanış etmişdi məni səninlə. O həqiqətən məni sevsəydi məni səninlə tanış edərdimi?

Bilirsənmi, o dostum 1 ay əvvəl ağciyər xərçəngi səbəbiylə gənc yaşda vəfat etdi. Geridə onu çox sevən həyat yoldaşını və iki körpə balasını atasız qoydu. Dostumun həyatını məhv etdiyin kimi qalanlarının da həyatını məhv etməyə davam edirsən.

Tanış olduğumuz gün sənə nə üçün əlimi toxundurduğumu, səni nə üçün dodaqlarımla oxşadığımı hələ də bilmirəm. Dəyişiklik istəyi, yoxsa bir axtarışmıydı?! Səninlə bir dəfə görüşməyin məni səndən asılı edəcəyini heç düşünməmişdim. Kaş ki, sənin zərərlərini mənə vaxtında izah edən biri olaydı.

Gərçi müəllimim məni səninlə məktəbin tualetində yaxalayanda sənin zərərlərin barədə bir az mənə nəsihət vermişdi. Göstərdiyi qırtlağı dəlinmiş, ayağı kəsilmiş xəstə şəkillərinin təsiri tez keçdi. Sən hər yerdə qarşıma çıxdın dostlarımla qol-qola. Gənclik həvəsi ilə, kişiliyin şanından qəbul edildiyin üçün, sənin zərərlərini heç düşünmədim və səninlə yoldaşlığımı davam etdirdim.

Hər səyər yuxudan oyanıb təmiz və dərin bir nəfəs aldıqdan sonra səni görmək istəyirdim. Dostlarımla birgə təmiz havanı səninlə kirlədirdik. Niyə ətrafa qətran, tüstü, zəhər yayırdıq? Bunu anlamaq mümkün deyil! Təmiz hava ilə nəfəs almaq varkən, nə üçün tüstü sovururduq ciyərlərimizə?

Bir gün nəfəs almaqda çətinlik çəkdiyimi hiss etdim. Ancaq bir yandan da öz özümü qandırmağa davam edirdim. "Nə vaxt olsa ataram, Əhməd məndən daha çox çəkir, ona niyə bir şey olmur, bir şey olsaydı onda bu qədəer insan çəkməzdi" deyə düşüncələr hiss etdirmədən illərimi, hətta özümü də alıb aparırdı...

Əvvəllər nə vaxt bir stəkan çay içsəm, əlimdə sənin pis ətrini hiss edərdim. Daha sonra ətrinə də alışmışdım. Bunu ətrafımdaki digər insanlar hiss etsə də mən artıq hiss etmirdim. Dişlərim yavaş-yavaş saralır, üzərində qətran təbəqəsi əmələ gələrək getdikcə qaralırdı. Buna görə də siqaret çəkməyən dostlarımın yanında rahat danışa və gülə bilmirdim.

Birdən öskürəklər başladı. Bu öskürəklər sonumun yaxınlaşdığını xəbər verirdi. Həyatımı alt üst edən bu öskürəkləri soyuqdəyməylə, qriplə əlaqələndirir, sənin səbəb olma ehtimalını görməzdən gəlirdim. Bu qədər inkar, səbəb axtarma, görməzdən gəlmələr səni nə qədər çox sevdiyimi göstərmirmi? Bu bağlılığım olmasaydı illərlə mənimlə birlikdə ola bilərdinmi?

Axşam olanda körpə uşaqlarımı düşünmədən əlimə alırdım səni. Bir gün kiçik qızım "Ata səni çox sevirəm, at bu siqareti, o bizdən daha qiymətlidir?" dediyində, səndən uzaq durmağın vacibliyini anlamışdım. Artıq eyvanda görüşürdüm səninlə, amma uşaqlarıma pis örnək olduğumu düşünürdüm hərdən.

Bir gün ayağımda bir yara əmələ gəldi. Uzun zaman keçse de yara sağalmaq bilmirdi. Həkim səni atmasam ayağımın kəsilə biləcəyini dedi. Bu ilk ciddi siqnal idi. Mən isə "Azaldıram, gələn həftəyə cəkmiyəcəm" deyə özümü aldatmağa davam etdim.

Hal hazırda süni nəfəsalma cihazına bağlı olaraq yaşayıram. Ayağımı qurtardım; amma ağciyərlərimi xilas edə bilmədim. Sənin qurduğun tələ səbəbindən ağciyərlərimin o kiçicik kisəcikləri partlayıb, artıq doğru-düzgün nəfəs ala bilmirəm. Müalicə xərcləri də məni tamamilə bitirib artıq. Sənin bu qədər ciddi zərər verəcəyin ağlıma gəlməzdi.

İndi enerjisi bitmiş bir oyuncaq kimiyəm. Daralan damarlarımdan qan az keçdiyi üçün orqanlarım normal bəslənmir. Öz sonumu özüm hazırladım, əllərimlə özümü təhlükəyə atdım.

Xilas oldum səndən, amma çox gecikdim!

Bundan sonrakı həyatımı sənin zərərlərini digərlərinə izah etməklə keçirəcəm. mənim düşdüyüm tələyə başqalarının düşməməsi üçün çalışacam. Sənin nə qədər pis olduğunu hər kəs biləcək. Sənə nifrət edirəm, keçmiş dostum!!!

Yazar:Serxan Abbasov

Sənsiz heç üzülmədim


Geri dön

Priya

  • 11 mart 2012 15:33
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
Aktual mövzuya toxunmusunuz.Çox insanların sevgilinisinə çevrilən lənətəgəlmiş,birmənalı şəkildə çoxlarının evini yıxıb.İnşaallah hamıya ibrət ular yazınız.Təşəkkür.

--------------------




Qunduz2

  • 11 mart 2012 14:54
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
{awards}
Hmmmmmmmmmmmmmmmmmmmmm fellow

enigmatic_girl

  • 11 mart 2012 14:44
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmmm maraqlidir.... recourse

--------------------

angel gunay

  • 11 mart 2012 13:37
  • Məqalə: 31
  • Şərh: 823
  • Bal:
{awards}
Bundan sonrakı həyatımı sənin zərərlərini digərlərinə izah etməklə keçirəcəm. mənim düşdüyüm tələyə başqalarının düşməməsi üçün çalışacam. Sənin nə qədər pis olduğunu hər kəs biləcək. Sənə nifrət edirəm, keçmiş dostum!!!

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

Deniz

  • 11 mart 2012 13:17
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Superrrr, it is so beautiful.... <3

Narka E-ZaDe

  • 11 mart 2012 13:07
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
Xilas oldum səndən, amma çox gecikdim! no

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

★Miss Love★

  • 11 mart 2012 12:33
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
cox maraqli ve lazimli xeber idi,menim papamda siqareтden isтifade edir ne qeder caliwsamda тergide bilmirem ona,amma indi уawlilar bir уanda qalsin mekтebde oxuуan uwaqlarda bundan isтifade edir,ne deуesen Allah qorusun

★Adriana★

  • 11 mart 2012 12:30
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
maraqli xeberdir cox sagolun

--------------------

Shokoladka

  • 11 mart 2012 12:26
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Ilk serh menden beyendim axira kimide oxudum tsk=)

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 49
Cəmi: 80

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 874
 
Limon qoxusu
Xəbərləri: 52
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 22
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 20
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}