Azərbaycan idmançısı ermənini məğlub edərək ikiqat Avropa çempionu oldu

 
Azərbaycan idmançısı ermənini məğlub edərək ikiqat Avropa çempionu oldu

Belqradda keçirilən Avropa çempionatının beşinci günündə yunan-Roma güləşçiləri güclərini sınayıblar. Azərbaycan millisinin dörd "klassiki" yarışıb, ancaq bunlardan ikisi medal qazana bilib.

2010-cu il Avropa çempionu Elçin Əliyev (55 kq) ilk görüşdə Roman Amoyana (Ermənistan) qalib gəlib. 1/4 finalda Əliyev Dmitro Xarkonu (Ukrayna), yarımfinalda Fatih Üçüncünü (Türkiyə) məğlub edərək finala çıxıb. Həlledici görüşdə Əliyev Macarıstan təmsilçisi Peter Modosa qalib gələrək ikiqat Avropa çempionu olub.

Çempionatın debütantı Kamran Məmmədov (60 kq) ilk görüşdə Es Uymoneni (Finlandiya), 1/8 finalda Artur Mkrtıçyanı (Ermənistan), 1/4-də Tarik Belmadanini (Fransa) məğlub edib. Yarımfinalda o, İvo Angelova uduzub. Bürünc medal uğrunda mübarizədə Məmmədov Rusiya təmsilçisi Arslan Abdulinə məğlub olub.

Şalva Qadabadze (96 kq) 1/8 finalda Alo Tomu (Gstoniə), sonrakı mərhələdə Kaloyan Dinçevi (Bolqariya) məğlub edib. Yarımfinalda isə Qadabadze Mindauqas Ezerskisin (Litva) öhdəsindən gələ bilməyib. Təsəlli görüşündə Damian Fedorovişi (Polşa) məğlub edərək bürünc medal qazanıb.

Məsud Həşimzadə (120 kq) 1/8 finalda İvan İvanovu (Bolqariya), 1/4-də Miloş Spasiçi (Serbiya) məğlub etsə də, finalın bir addımlığında dayanıb - Xasan Baroyev (Rusiya) Həşimzadəni məğlub edib. Bürünc medal uğrunda mübarizədə isə o, ukraynalı Yevgeni Orlova uduzub.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin hesabında 2 qızıl və 5 bürünc medal var.


Geri dön

Dalga

  • 12 mart 2012 16:49
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
Tebrikler.Allah hemiwe bawimiza ucu elesin

--------------------

Kamil Seyidli

  • 12 mart 2012 13:34
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
hər bir idmançımıza uğurlar! sizə də ki təşəkkülər

--------------------
" Дождъ" Максим

✿Victoria✿

  • 12 mart 2012 09:01
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
UGURLAR HEMISE BIZIMLE OLSUN INSALLAH

--------------------

Elvin007

  • 11 mart 2012 22:28
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
Halal OLsun Bizim Uwaqlara Tebrik edirem Onlari!(*_*)

--------------------
▼►►Proqramming◄◄▼

A_S_G

  • 11 mart 2012 20:35
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
{awards}
Biz həmişə erməniləri udmuşuq və udacağıq

--------------------
Pis fikirlər sizi əhatə etdikdə, sadəcə gülümsəyin və düşünün:"Siz varsiniz və kim üçünsə lazimsiniz"...

Shokoladka

  • 11 mart 2012 20:25
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Halaldi..Tebrikler=))))

--------------------


✰Dгeaм✰

  • 11 mart 2012 20:19
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Tebrikler,hemise bele olun,ermenileri udun.Ve tez bir zamanda torpaqlarimizi alin.Amin.

VIPTOZ

  • 11 mart 2012 20:17
  • Məqalə: 1
  • Şərh: 4302
  • Bal:
{awards}
bu xeberi bayaq esitmisdim.cox sevindim onlari bizim himnimizi dinlemeye mecbur temekden gozel hec ne ola bilmez.INSALLAH HER ZAMAN ONDE OLARIQ.VE TORPAQLARIMIZI DA TEZ BIR ZAMANDA QAYTARMAGA NAIL OLARIQ TSK

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

★Azerbaijan girl★

  • 11 mart 2012 19:53
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrr

★Miss Love★

  • 11 mart 2012 19:53
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
тebrikler,ugurlari daim olsun,xebere gore sagol

Lena_119

  • 11 mart 2012 19:46
  • Məqalə: 0
  • Şərh: 303
  • Bal:
{awards}
tebriklerrr.ermeniler day ozderini oldurseler yaxwidi eeeee. wink tewekkurler...

--------------------
Bilmirem.....1-ce onu bilirem ki,bezen tanimadigimiz insanlar,bize,bizdende yaxin olurlar.......

Bella...

  • 11 mart 2012 19:36
  • Məqalə: 2
  • Şərh: 401
  • Bal:
{awards}
hmmm tebrikler...
xebere gore tewekkur

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}