Əsgərlikdə olan sevdiyimə

 
Əsgərlikdə olan sevdiyimə

Sən mənim ən müqəddəs sirrimsən, o qədər gizlətmişdim ki, səni, özüm belə səni necə sevdiyimi xatırlamırdım. Qaçırdım səndən.
Heç kəsə demədim səni, getdiyin gündən illər keçdi, amma ondan sonra yaşadıqlarım əsrlər kimi gəlir mənə.
Bəzən də sanki sən getdiyin gündən sonrakı günləri həyatımın bir hissəsindən hesab edə bilmirəm.

Qürurumu əzdim, əzdim, əzdim, amma daha əzə bilmirəm, sənə bərk.bərk sarıla bilmirəm.
Səndən sonra mən çəki itirdim, o çox bəyəndiyin saçlar tökülüb azaldı, ağladım, bütün acıları göz yaşlarım apardı. Sən özünlə hər şeyimi apardın.
Amma Eybəcərləşdim, indi güzgüyə baxanda mən o gözəlliyi görmürəm, onu da aparmısan ki, məni heç kim sevməsin.


Sən sevmişdin məni? Bu suala cavab tapa bilmirəm.
Ürəyimi səndən başqasına da vermək istədim, verdiyimi sandım, xoşbəxt olmaq istəyirəm dedim, amma alınmadı.
Allah şahiddi, o bütün yaşadıqlarımı bilir, səndən başqasına da sevirəm dedim, amma sevmədim.

Çünki onda səni tapa bilmədim, heç kim verə bilməz yerini, mən sənin var olmayacağını qəbul etmişdim.
İndi də səninlə xoşbəxt ola biləcəyimizə inanmıram, sən sevmirsən məni çünki.
Gözüm həmişə səni axtarırdı, amma qorxurdum səni görməkdən... Səni gördüm, sanki Allahım səni mənə göstərdi ki, ürəyimdə sənə olan hisslərimə aid qərar verim.
Qərar verdim, amma bu qərar başqasını da incitdi, ən çox da məni, sənin məni incitdiyin kimi mən də başqasını incitdim.


Hələ də sənə qarşı isti nələrsə var, amma bu istilik səni isitmir. Sənin sirr olduğunu belə heç kim bilmir.
Sən başqa idin, bütün oğlanlardan fərqli idin, öz taxtın var idi məndə, o yer sənin yerindi, qayıt və doldur.


Geri dön

VIPTOZ

  • 12 mart 2012 23:35
  • Məqalə: 1
  • Şərh: 4302
  • Bal:
maraqliydi.menimde sevgilim esgerdir ve 19 gunu qalib.yolunu sebirsizlikle gozleyirem tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Shokoladka

  • 12 mart 2012 16:53
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Beyendiyiniz ucun sevindim.Serhlere gorede tsk=)

--------------------


Ku-ku

  • 12 mart 2012 16:51
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}

Sən sevmişdin məni? Bu suala cavab tapa bilmirəm.
Ürəyimi səndən başqasına da vermək istədim, verdiyimi sandım, xoşbəxt olmaq istəyirəm dedim, amma alınmadı.
Allah şahiddi, o bütün yaşadıqlarımı bilir, səndən başqasına da sevirəm dedim, amma sevmədim.

--------------------

enigmatic_girl

  • 12 mart 2012 13:06
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmmm maraqli xebere gore tesekkurler....

--------------------

nar_18

  • 12 mart 2012 13:00
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
qeshen xeber idi beyendim teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

★Miss Love★

  • 12 mart 2012 12:24
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
cox gozel xeber idi canim beуendim ellerine sagliq))

PELIN_ATABAY

  • 12 mart 2012 10:16
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
Çünki onda səni tapa bilmədim, heç kim verə bilməz yerini, mən sənin var olmayacağını qəbul etmişdim.
İndi də səninlə xoşbəxt ola biləcəyimizə inanmıram, sən sevmirsən məni çünki.
Gözüm həmişə səni axtarırdı, amma qorxurdum səni görməkdən... Səni gördüm, sanki Allahım səni mənə göstərdi ki, ürəyimdə sənə olan hisslərimə aid qərar verim.
Qərar verdim, amma bu qərar başqasını da incitdi, ən çox da məni, sənin məni incitdiyin kimi mən də başqasını incitdim.

--------------------

Russiya_girl

  • 12 mart 2012 09:59
  • Məqalə: 2
  • Şərh: 762
  • Bal:
{awards}
Qürurumu əzdim, əzdim, əzdim, amma daha əzə bilmirəm, sənə bərk.bərk sarıla bilmirəm.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 58
Cəmi: 89

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}