Niyə yaşayırıq,necə yaşayırıq?

 
Niyə yaşayırıq,necə yaşayırıq?

Pəncərə önündə əyləşmiş, yenicə oyanmış baharın təcəssümü olan güllü çiçəkli həyətin seyrinə dalmışkən fikirlər dolanır beynimdə. Gözlərimi evimizin onünde qarşı-qarşıya dayanmış iki yaraşıqlı evə dikmiş, düşünürəm. İki il öncə baş vermiş hadisə yadıma düşür və məni dərin düşüncələrə aparır.
İki il öncə bu iki qarşı-qarşıya dayanmış yaraşıqlı villaların birində sevinc, digərində hüzün var idi. Eyni gündə biri evin başçısını beyin qanamasından itirmiş, digərində isə dünyaya bir qız uşagı göz açmışdı. Birində doğum xəbəri digərində ölüm xəbəri var idi. Biri dunyaya hələ yenicə gəlmiş, digəri isə artıq dünyanı tərk etmişdi.

"Dünya belə dünyadır" dedim içimdən. Dünya gələnlərlə və gedənlərlə doludur. Hər an, hər saniyə biri gəlir, biri gedir. Biri həyata daha yenicə başlamış, digəri çoxdan bitirmişdir. Sonra özüm-özümdən soruşdum:

"O niyə öldü, bu niyə doğuldu?" Adətən gəlməyi ilə getməyi bir olan qonağa deyirik: "Niyə gəldin, niyə gedirsən?"

Bu dünya evinə gəlməyimizlə getməyimiz bir olduğuna görə, biz niyə gəlmişdik niyə gedirik? Bizim burda nə işimiz var? Həyatın mənası nədir? Doğulduq, ölümə doğru gedirik. "Niyə yaşayırıq?" sualını özümüzdən soruşduqmu heç? Doğrudan, niyə yaşayırıq?

Həyatımızı nələrin, kimlərin uğruna və hansı məqsədlər üçün xərcləyirik? Və nəticədə qazancımız nədir?

Dünyada nə toplayırıqsa, mal, övlad, insanlar, hamısını qoyub getdiyimizə görə, sonda bizə qalan nə?

Dünyada müəyyən etdiyimiz hədəflər uğrunda çırpınır və həyatımızdan xərcləyirik. Onda gəlin, öncəliklə hədəf olaraq özumüzə bunu sorqulayaq? Niyə yaşayırıq? Sevdiyimiz her hansı bir sənətə yiyelene bilmək üçünmü, universitet imtahanlarında yüksək bal toplayıb yaxşı fakulteye girmək üçünmü,yoxsa o sevdiyimiz insan üçünmü, həyat yoldaşımız, uşaqlarımız üçünmü? Nə üçün?

William Marston adlı bir psixoloq "Yaşamaqdan məqsədiniz nədir?" deyə sorğu keçirmişdir. Sorğunun nəticəsində insanların 94%-nin gələcəyə ümidlə bu günü yaşadıqları müəyyən olmuşdur. İnsanların çoxu gözlədikləri bir şeyin olmasını, istəmədikləri birinin ölməsini, uşaqlarının böyüməsini, gələcək ili, bir dünya səyahətinə çıxa bılmək fürsətini və s. gözləyirlərmiş. Əminəm ki, bu gözlədiklərinə bu gün qovuşsaydılar yenə də özlərinə arzulayacaq yeni şeylər taparlar.


Məsələn uşağının böyüməsini gözləyən daha sonra nəvəsinin olmasını və onun da böyüməsini gözləyir. Bu hər birimizdə var. Daim gələcəkdə gözəl şeylər olması ümidi ilə gələcəyin gəlməsini və bizə gözəllikləri gətirməsini gözləyirik. Gələcək isə hər gün gəlib keçir. Amma bizim gələcəkdən gözlədiklərimiz heç bitmir. Hər zaman daha uzaqlara baxır və işlərimizi ertələyirik. Bu gün nələri əldən buraxdığımızı düşünmədən gələcəkdə bir şeylər əldə edərik deyə xəyallar qururuq.

Dunya həyatının necə olduğunu avtobusda gedərkən öyrəndim. Pəncərənin yanında oturub hər zamankı kimi yanimdan keçən mənzərələri, ağacları, insanları seyr edirdim. Məsələn, avtobus getdikcə irəlidə bir agac görünür gözümüzə, bizə doğru gəlir, bir anda bizimlə yan-yana olur və keçib gedərək arxamızda qalır. Ağac eslində durur, gedənsə bizik. Bu yaşıma qədər qarşılaşdığım, dostluq qurduğum, paylaşdığım insanlar, heyvanlar, yağışlar, çiçəklər, girib çıxdığım işlər, oxuduğum kitab, seyr etdiyim quşlar çoxdan gəlib keçdi. Həyatimiz bu cür gəlib keçən şeylərlə doludur. Biz dururuq, başqaları gəlib keçir? Xeyr. Əslində gəlib keçən bizik. Bizim həyatımızdır.


Elə buna görə də həyatımızda nələri hədəf aldığımızı, özümüzü nələrin uğrunda xərclədiyimizi bilməyimiz vacibdir. Məsələn özündən keçib uşaqları üçün yaşayanlar; bəzən elə bir gün gəlir ki, uşaqlarınız sizi qapının önündə qoyur. Ya da omrümüzü həsr edib böyütdüyümüz, oxutduğumuz övladımız birdən dünyasını dəyişir. Sevdiyi insan üçün yaşayanlar; sevib, bağlandığınız insan da bir gün sizi yolun ortasında qoya bilər. Həyat yoldaşı üçün yaşayanlar; bir anda həyat yoldaşınızın ölüm xəbərini eşitsəniz və bir anda ca dul qalsaniz necə olardı? ona xərclədiyiniz həyatınız da bir anda uçmuş olardı. Ya da pul üçün, yeni bir ev, yeni bir maşın üçün yaşayanlar; bir yanğin çıxıb bütün eviniz yana bilər, bir oğru maşınınızı oğurlaya bilər və ya xəstəxana xərci olaraq bütün sərvətinizi itirə bilərsiniz.

Bunların heç biri baş verməsə də bir gün mütləq ətrafımızdakı hər şeyi məcburən terk edəcəyik. Deməli uğrunda yaşadığımızı düşündüyümüz hər şey çürük budaqlardan başqa bir şey deyilmiş. Çünki bunların hamısı dünyəvidir. Bu halda "Dünyəvi ünsürlər uğrunda yaşamağa deyer gerçək deyerlər sayılmaz. İnsan yaşamağa dəyər gerçək dəyərləri ancaq, Yaradicisinin gerçək istəklərini anlayaraq tapa bilər.


Tanrı bizləri yalnız ona ibadət etmək üçün yaratdı. Bu halda bizim elimizden çıxan hər işden eyni zamanda ibadət də çıxmalıdır. Məsələn, bəzilərimiz qarşımıza həkim olmağı məqsəd qoyuruq. Dünyadaki məqsədinə sadəcə hekimliyi oturdan bir insan universitetə girmək üçün bütün dərs kitablarını udarcasına oxuyar. Universitetə girər və tibb fakultesində illərcə dirsək çürüdər. Ömrünü sataraq axırda həkim olar və ölərkən de sadəcə həkim olaraq ölər. Çünki o sadəcə həkim olmağı, müayinə otağı, ağ xalatı, divarda diplomu bir də ona ehtiyacı olan xəstələrinin olmasını istəmişdir.

Halbuki hekimlikdən öncə bir insan və bir quluq. Öncə qul olmağımız gərəkdir. Həkimliyi ya da başqa bir sənətə yiyələnməyi istəyərkən sadəcə onu istəmək yetərli deyil. "Bunu niyə istəyirik?" deyə özümüzdən soruşmalıyıq. Dünyaya həkim olmaq və həkim olaraq ölmək üçün gəlmədiyimizə görə, atdəğımız hər addımda, əl atdığımız hər işdə bir ibadət olmalıdır. Bu nece olur? Məqsədimiz gözəl bir həkimdən öncə yaxşı bir qul olmaq olarsa gördüyümüz hər işdə ibadət olar. Bu zaman həkimlik əsl məqsədə xidmət edən bir vasitə olar ancaq. Bu da bizi esl hədəfə çatdırar. Əsl hədəfimiz itaət və ibadət olsa qul oldugumuzu görərik və hər işimizi bu niyyətlə edərik.

Qabları yuyarkən "Anam küsməsin, həyat yoldaşım hirslənməsin" deyə yusanız sadəcə qab yumuş olarsınız və ömrünüzün 15 dəqiqəsini boş yerə xərcləmiş olarsız. Ancaq bu işi ibadət niyyətiylə, İlahi rıza üçün etsəniz bu zaman yuduğunuz qablar əsl hədəfə çatmaq üçün bir vasitəyə çevrilər.
Ortalıq darmadağın bir vaxtda evə gəlirsiniz və o dəqiqə dağınıqlığı aradan qaldırmağa çalışırsınız. Ortalığı toplayıb səliqəyə salırsınız. Qabları yuyub bir-bir düzürsünüz. Kainatdakı nizam da bir qüdrət sayəsindədir.


Bu zaman Allahın "Kuddüs" adını xatırlayırıq. Hüceyrələrimizdən kainata qədər uzanan bir təmizləmə işi var ki bu da Kuddüs olan Zatı işarə edir. Körpənizə qulluq edərkən, əl üzünüzü yuyarkən və s.
daim bu adın təcəllisini görə bilərsiniz.

Deməli "Niyə yaşayırıq?" sualı həyatımız üçün çox önəmlidir. Həyatımızın esası olan bu suala verdiyimiz cavab üzərində ömrümüz qurulur, davam edir və sona çatır. Bu halda elə hədəflərimiz olmalıdır ki, biz ölüncə çürük budaqlara dönməsin, bizi yarı yolda qoymasın. Həyatımız dunya ilə sərhədlənməsin, çünki, bizlər sadəcə dunya həyati ilə əlaqəli deyilik.

Niyə yaşayırıq,necə yaşayırıq?


Yazar:Serxan Abbasov


Geri dön

Dinar Mamedova

  • 14 mart 2012 09:50
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
Məsələn uşağının böyüməsini gözləyən daha sonra nəvəsinin olmasını və onun da böyüməsini gözləyir. Bu hər birimizdə var. Daim gələcəkdə gözəl şeylər olması ümidi ilə gələcəyin gəlməsini və bizə gözəllikləri gətirməsini gözləyirik. Gələcək isə hər gün gəlib keçir. Amma bizim gələcəkdən gözlədiklərimiz heç bitmir. Hər zaman daha uzaqlara baxır və işlərimizi ertələyirik. Bu gün nələri əldən buraxdığımızı düşünmədən gələcəkdə bir şeylər əldə edərik deyə xəyallar qururuq.

--------------------

✰GlaMurKa✰

  • 12 mart 2012 18:35
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
coxxx maraqli idi cox sag olunnnn

..::Only_Life::..

  • 12 mart 2012 18:14
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
maraqlidi tesekkurler

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

Shokoladka

  • 12 mart 2012 17:24
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Axira kimi oxudum maraqli idi tsk=)

--------------------


..:MeleK kiz:..

  • 12 mart 2012 16:21
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
maraqli yazidi

Ku-ku

  • 12 mart 2012 16:08
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
"Dünya belə dünyadır" dedim içimdən. Dünya gələnlərlə və gedənlərlə doludur. Hər an, hər saniyə biri gəlir, biri gedir. Biri həyata daha yenicə başlamış, digəri çoxdan bitirmişdir. Sonra özüm-özümdən soruşdum:

--------------------

enigmatic_girl

  • 12 mart 2012 15:24
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Bu Serxan kimdise qeseng yazir))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 77
Cəmi: 106

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 505
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}