Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (10-ci hissə)

 
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (10-ci hissə)

İNSAF VƏ MÜRÜVVƏT

Ey insan, bunlara riayət et və heç vaxt tərk etmə ki, insana nicat verənlərdəndir. Mürüvvəti olmayan kimsənin dini olmaz. Allahın xəlqə ən böyük vacib etdiyi şey insanın xalq arasında insaflı olmasıdır.

İnsaf yə᾽ni özün üçün bəyəndiyini başqalarına da məsləhət bilmək və bəyənmədiyini isə onlara bilməməkdir.

VƏ᾽DƏ VƏFA ETMƏK

Ey insan, (Allah sənə vəfa etsin) və᾽də verdinsə hökmən ona vəfa et ki, buna həm Qur᾽anda həm hədislərdə çox tə᾽kid edilibdir. Allah Qur᾽anda buyurur: “Öz əhdinizə vəfa edin ki, bu barədə mütləq sorğu-sual olunacaq”.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurubdur: Allaha və qiyamətə imanı olan kimsə verdiyi və᾽də vəfa etsin.

Həzrət Sadiq əleyhissalam buyurubdur: Mö᾽min bir kimsənin öz mö᾽min qardaşına verdiyi və᾽d bir nəzirdir ki, başqa bir şeylə əvəz olunmaz. Və᾽də vəfa etməyən şəxs Allaha vəfa etməmiş və Allahın qəzəbinə uğramışdır. Və᾽də vəfa etmənin əzəmətini Qur᾽anda Mütəal Allahın İsmail peyğəmbəri “və᾽də vəfa edən” sifətilə mədh etməsi göstərir.

Və᾽də vəfa etməməyin barəsində gələn tə᾽kidləri kənara qoysaq, bizə yalnız Mütəal Allahın bu sözü “Ey iman gətirənlər görmədiyiniz bir şeyi niyə deyirsiniz? Bunu dilə gətirməyiniz Allah yanında çox böyük günahdır” kəlamı kifayətdir. Hədislərdə var ki, İsmail peyğəmbər bir şəxsə müəyyən bir yerdə görüşməyi söz verdi. Lakin o şəxs bunu unutdu. İsmail peyğəmbər onu həmin yerdə bir il gözlədikdən sonra gəlib çıxdı.

Başqa bir hədisdə var ki, İsmail peyğəmbər hətta günəşin şiddətli vaxtları belə və᾽dəsini pozmamaq üçün kölgəyə tərəf getmədi. Daha başqa bir hədisdə isə deyilir ki, o, gözlədiyi bu müddət ərzində yalnız ağac qabığı ilə qidalanarmış.

Ey insan, (Allah sənin günahını bağışlasın) və᾽də vəfa etmədə sən də o cür ol, əgər qadir deyilsənsə çalış özünü ona bənzədəsən. Heç vaxt qüdrətin çatmadığı bir şeyi və᾽d vermə. Çünki və᾽di sındırmaq insana ardır. Şair gözəl demişdir: “Və᾽d verməkdən qabaq yox deməyin yaxşıdır, amma bəli deyib sonra vəfa etməməyin çox pisdir. Əgər peşman-lıqdan qorxursansa yox ilə başlamağın məsləhətdir”.


Geri dön

Shokoladka

  • 12 mart 2012 19:53
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Allah razi olsun.

--------------------


PELIN_ATABAY

  • 12 mart 2012 10:18
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
Ey insan, (Allah sənin günahını bağışlasın) və᾽də vəfa etmədə sən də o cür ol, əgər qadir deyilsənsə çalış özünü ona bənzədəsən. Heç vaxt qüdrətin çatmadığı bir şeyi və᾽d vermə. Çünki və᾽di sındırmaq insana ardır. Şair gözəl demişdir: “Və᾽d verməkdən qabaq yox deməyin yaxşıdır, amma bəli deyib sonra vəfa etməməyin çox pisdir. Əgər peşman-lıqdan qorxursansa yox ilə başlamağın məsləhətdir”.

--------------------

Russiya_girl

  • 12 mart 2012 10:03
  • Məqalə: 2
  • Şərh: 781
  • Bal:
{awards}
Alah razi qalsin coxx sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 25
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}