ALLAHın izni

 
ALLAHın izni

Bismillahir Rəhmanir Rəhim

Qədim zamanlarda ALLAHa çox yaxın olan, imanlı bir qoca yaşayırdı. O, İslamın gözəllikləri haqda şəhər əhalisinə danışardı.

Bir gün qoca “Bismillah” sözü (ALLAHın adı ilə) haqda danışdı. Bu söz ilə hər bir işinə başlayan insanın o işdə necə uğur qazandığını, onun xeyir tapdığını danışdı.

O dedi ki, “Bismillah” deyən insan ALLAHın nəzəri altında olur və ALLAH həmişə onun yolunu açıq edir. Bu gözəl söhbəti eşidən bir qız,

ALLAHın möcüzələrinə heyran olur və “Bismillah” deyərək müsəlmanlığı qəbul edir. Həmin şəhər balaca bir yer idi, orada hakimiyyətdə şah dururdu.

Bir gün qızın atası onun müsəlman olduğunu öyrənir. Qəzəblənərək hər cür yolla onu bu dindən döndərmək istəsə də öz arzusuna çatmır.

Qız ALLAHın bu gözəlliklərini atıb cahil dünyaya qatılmaq istəmirdi. Nəhayətdə, atası qızına dərs verməyə qərara gəlir. Belə ki, atası şahın yanında

yüksək vəzifədə işləyirdi və o qorxurdu ki, şah bilsə onu işindən atar və şəhərdə rüsvay edər. Buna görə də o qızına çox dəyərli bir üzük verir və

onun bərk-bərk qoruyub saxlamasını əmr edir. Üzük vacib sənədlərə vurulan möhür idi. Qız “Bismillah” deyərək üzüyü götürür və yaxşı bir yerdə gizlədir.

Ancaq atası onu güdərək yerini öyrənir və üzüyü oğurlayaraq çaya atır. O, bilir ki, şah üzüyü istəyəndə onu tapmayacaq və atası da onu qızına verdiyini

söyləyəcək, şah qəzəblənərək qızını zindana atacaq, qız isə ALLAH tərəfindən atıldığını görəcək və tövbə edərərək İslamı atacaq. Səhər açılır...

Şahın sarayına balıqçılar gəlir, atası gözəl iri balıq alır və onu qızına verərək axşam yeməyinə bişirməyi əmr edir. Qız balığı götürür,

Bismillah” deyərək onu yarır, bu zaman möcüzə ilə qarşılaşır... Balığın içindən atasının verdiyi üzüyü görür. Qız olanları başa düşür.

Üzüyü cibinə qoyaraq: “ALLAHım, Sənə şükürlər olsun!” deyir. Axşam olur. Şah atasından üzüyü istəyir, atası isə onu əmanət olaraq qızına verdiyini deyir

və onu şahın yanına çağırır. O əmin idi ki, qız üzüyü verə bilməyəcək və onu zindana atacaqlar. Ancaq qız “Bismillah” deyərək

üzüyü şaha təqdim edir. Atası bir söz deyə bilməyərək, bu möcüzəni görüb yerində donub-qalır. Sonra qızından bütün haqq-hesabı öyrənir.

Nəhayətdə isə özü də “Bismillah” deyir və müsəlmanlığı qəbul edir.

Odur ki, daim bir işinizə başlayanda ALLAHın iznilə, ALLAHın adı ilə başlayın. Onda əmin ola bilərsiz ki, ALLAH sizi yarı yolda qoymaz və çətinliyə salmaz.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:54
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:37
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
hamiya izin olsun inwallah

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

only-girl

  • 16 fevral 2011 18:10
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
hamiya izin olsun inwallah

--------------------

Just For Legend

  • 21 dekabr 2010 20:37
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli melumata gore cox sag ol

--------------------

Yusif

  • 7 noyabr 2010 18:04
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 1 noyabr 2010 20:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur

Kisa_Kiss

  • 1 noyabr 2010 13:53
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
[b]Allah razi olsun[/b]

--------------------

Afran007

  • 31 oktyabr 2010 00:09
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Allah razi olsun

saxi

  • 30 oktyabr 2010 21:59
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
ALLAH SENDEN RAZI OLSUN TESHEKKUR EDIREMM !!!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 110

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}