Həyatdan nə öyrəndim?

 
Həyatdan nə öyrəndim?

Taleh sandığımız şeyin etdiyimiz seçimlərdən ibarət olduğunu öyrəndim…

İnsanın özünü dəyişdirməsi belə nə qədər çətinkən, qarşımdakını dəyişdirməyə çalışmamağı, qəbul edə bilmədiyim yerdə çəkib getməyi öyrəndim…

Dəyişdirə bilməyəcəyim şeyləri qəbul etməyi öyrəndim…

Gerçək bir gələcək üçün keçmişi bağışlamağı öyrəndim…

Əslində yalnız bağışlamağı öyrəndim, hər şeydən əvvəl özünü bağışlaya bilməyi…

İlk sevgimin əslində uşaqlıq sevgim olduğunu, hər son sandığım sevgimin də əslində son sevgim olmadığını, insanın dəfələrlə aşiq ola biləcəyini öyrəndim…

Sevginin ömrü kəpənək ömrü qədər olduğunu, onun da ümumiyyətlə pambıq ipliyinə bağlı olduğunu öyrəndim…

Sevginin ən iztirab verəninin belə sevgisiz qalmaqdan daha az ağrıtdığını öyrəndim…

Birini həqiqətən sevmənin onu azad buraxmaq olduğunu öyrəndim…

Kimsəni sevgiyə məhkum etməməyi öyrəndim…

Nə qədər müvəffəqiyyətli, zəngin oluruqsa olaq ən böyük müvəffəqiyyətin ürəkdən sevə bilmək, ən böyük zənginliyin sevdiyin qədər sevilmək olduğunu öyrəndim…


Həyatdan nə öyrəndim?

Anamın nəsihətlərinin nə qədər doğru olduğunu, həqiqətən qaşların küsə biləcəyini və bir tel ağ saçı qopardığınızda 10 dənəsinin, digərinin cənazəsinə gələ biləcəyini öyrəndim…

Bazar ertəsinin rejimə başlamaq üçün doğru bir gün olmadığını öyrəndim…

Sağlam yaşamaq üçün sağlamlığını itirməyi gözləməmək lazım olduğunu öyrəndim…

Davamlı eyni şeyləri edib fərqli nəticələr gözləmənin dəlilik olduğunu öyrəndim…

Tək müvəffəqiyyətsizliyin sınamamaq, xəyal qurmamaq və cəsarət etməmək olduğunu öyrəndim…

Həyatın kiçik oynaya bilməyəcək qədər qısa olduğunu və böyük xəyallar qurmağı öyrəndim…

Vəsaitləri və doğru tərifi bilsəniz də, müvəffəqiyyətin tək doğru diaqnozunun bitmiş nəticələr olduğunu öyrəndim…

Həyatda ən əhəmiyyətli şeyin ailə olduğunu və bir gün daha çox ana, ata deyə bilmənin dünyalara əvəz olduğunu öyrəndim…

Həyatda "kaşki"lərimi "yaxşıki" lərlə dəyişdirməyi öyrəndim…

Sonunda ölüm olmadığı müddətcə, heç bir şeyə çox çox kədərlənməmək lazım olduğunu, ən böyük sandığımız acıların belə qalıcı olmadığını və hər şeyə baxmayaraq həyatın yaşamağa dəyər olduğunu öyrəndim…


Geri dön

Just For Legend

  • 21 dekabr 2010 20:52
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
maraqli melumata gore cox sag ol

--------------------

Ulya

  • 1 noyabr 2010 20:52
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
thanks

sevgi yalandir

  • 30 oktyabr 2010 20:45
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 59
Cəmi: 83

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}