Bezdim

 
Bezdim


Bezdim qaranlıq dünyamda işıq axtarmaqdan..

Bezdim hər şey yaxşıdır deyib yalan danışmaqdan..

Hər keçən gecəni gözü yaşlı, hər açılan səhəri məcburi gülüşlə qarşılamaqdan bezdim..

Bezdim gözdən yaş gələ-gələ gülümsəməkdən..


Bezdim yollara baxan həsrət dolu baxışlardan..

Bezdim yalanlardan..qəm-qüssədən..keçməyən kədərdən..

Bezdim üzümə gülüb arxamca danışan insanlardan..

Bezdim arxadan vurulan zərbəyə “Həyatdır..bunları yaşamasam addımlamaram!” deməkdəan..

Çirkli havanı udmaqdan, nəfəs almaqdan belə bezdim...


Nalayiq hərəkətləri, sözə gedən, yaxşılığı itirən, böyük-kiçik yerini bilməyən insanları görməkdən bezdim...

Gündə 5 dəfə azan eşitmək yerinə, haram musiqiyə qulaq asan dildə "Müsəlman” olan məxluqları görməkdən hətta nifrət etməkdən belə bezdim...

Gözə girmək üçün bəndənin önündə yaxşı olmağı, ALLAHın qabağında isə günahkar olmağı seçən qullardan bezdim...

Əsgərliyi dildə Kişilik məktəbi sayan, hərbi bileti pulla alan, özü “neqodniy” ola-ola başqalarına ağıl dərsi keçən,”Sən səhəri “podyomla” , mən isə iki təkərlə açacam”- deyən mama uşaqlarının “hörməti” dostoynıy oğlanlardan üstün olduğunu görməməzlikdən gəlməkdən bezdim..

Bahar arzusunda olub, həyat fəsillərimi ancaq Qış kimi keçirməkdən bezdim..

Atılmış valideynlərin o məsum baxışlarına baxıb utanmaqdan bezdim..


Kimsəsiz uşaqların bir nəvaziş üçün ağlamaqlarını eşitməkdən bezdim...

Tində durub təsbeh fırladan,özlərinə “mən cəyiləm” deyən cahil, axmaq oğlanları müşahidə etməkdən bezdim..

Sevgi boş şeydi deyib, sevgiyə görə qürurlarından keçən ağılsızlara gülməkdən bezdim...

İnsanların ac, heyvanların tox olduğunu bilməkdən bezdim..

Narkoman Həcilərin, alkoqolik Məşədilərin, şeytanın hiyləsinə düşən “möminlərin” Din haqda çox bilmiş kimi danışdıqlarına qulaq asmaqdan bezdim...

Axmaqların alim, savadsızların həkim, biliksiz müəllimlərin, Fatihə sürəsindən başqa heçnə bilməyən Din xadiminin, itin ət - insanın sümük yediyi,hər gün fəlakət baş verən, minlərlə şəhid verən,Yas məclisinin ehsanında kabab yeyilən,Dini bölən,ALLAHın önündə eyni olan bəndələri təbəqəyə bölən, oxuyan çöldə - pul verən onun yerinə universitetdə oturan, dünya malı ilə hörmət qazanan insanların zəmanəsini, bu yolda qurulan həyat qanunları ilə yaşamaqdan bezdim sadəcə..Acı amma həqiqətlər ilə dolu olan səhv yollarda addımlamaqdan bezdim..Məcburam..Məcbur olmaqdan bezdim...


Geri dön

Ulya

  • 1 noyabr 2010 20:57
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox gozel yaziya gore twk

crazy in love

  • 30 oktyabr 2010 21:14
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
XEBER COX MARAQLIDIR...TWK

--------------------
H.O.S.T.&EMO girl

sevgi yalandir

  • 30 oktyabr 2010 20:49
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 87

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 446
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}