'Torpaq çərşənbəsi' haqda bilmədikləriniz

 
'Torpaq çərşənbəsi' haqda bilmədikləriniz

Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur. Məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər.

Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan “Torpaq” çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Bununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatırladır, paxlava isə mərkəzinə qoyulmuş fındıqla mifik mənasını özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, fındıq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlər onu bəzəyirlər. Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət cəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.

Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir. Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən amam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar.


Geri dön

EnD of TiMe

  • 14 mart 2012 15:46
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
bilmediklerimi oyrendim..twk

enigmatic_girl

  • 14 mart 2012 01:27
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
dogrudan da bezilerini bilmirdim....

--------------------

A_S_G

  • 14 mart 2012 00:23
  • Məqalə: 0
  • Şərh: 233
  • Bal:
{awards}
yazıya görə çoxsagol

--------------------
Pis fikirlər sizi əhatə etdikdə, sadəcə gülümsəyin və düşünün:"Siz varsiniz və kim üçünsə lazimsiniz"...

.♣.Chrysalis.♣.

  • 13 mart 2012 23:15
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
MARAQLI XEBER IDI

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

xedice27

  • 13 mart 2012 20:44
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
tesekkur edirem

✰Dгeaм✰

  • 13 mart 2012 20:37
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Kecirmesem de sagol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}