Sual-Cavab: Sual 15

 
Sual-Cavab: Sual  15

Sual 15:
Doğrudanmı, III Yəzdəgirdin qızı Şəhrəbanu imam Səccadın (ə) anasıdır?

Cavab:
Mö`təbər tarixə istinad etdiyini düşünən axır dövrün bə`zi müəllifləri belə yazır: “Fatimənin anası Şəhrəbanu imamın (ə) göstərişi ilə onun atına süvar olub Kərbəladan çıxdı və Reyə getdi. Sonralar Seyyid Əbdüləzimin məqbərəsi yaxınlığında dəfn olundu.”
(Molla Ağa Dərbəndi, İksirül-ibadat fi israruşşəhadat, c. 3, s. 110)

Eyni mənbədə oxuyuruq: “Xalq arasında belə danışılır ki, dağın zirvəsində qadın örtüyünə oxşar bir şey görünür. Ona kimsə yaxınlaşa bilmir. Hətta bətnində oğlan uşağı olan qadın ona yaxınlaşmaq qüvvəsində deyil.”

Bə`ziləri belə hesab edə bilərlər ki, belə əfsanələrin saxtalığı aşkardır və bu mövzunu araşdırmağa dəyməz. Amma xalq arasında belə şayiələr çox olduğundan uyğun mövzunun araşdırılmasını zəruri bildik.

Müxtəlif mənbələrdə imam Səccadın (ə) anası on altı adla xatırlanmışdır. Kimi onu Cahanşah, kimi Məryəm, kimisi də Fatimə adlandırır. Şiə mənbələrində “Şəhrəbanu” adı daha məşhurdur. Bu ad ilk dəfə “Həbairud-dərəcat” kitabındakı bir rəvayətdə zikr olunur. Eyni hədisi Kuleyni “Kafi” kitabında nəql edir. Mö`təbər hesab olunmayan bu rəvayətdə deyilir: Yəzdəgirdin qızı Ömərin yanına gətirilərkən Mədinə qızları onun tamaşasına durmuşdular. Bu qız məscidə daxil olarkən ətrafı işıqlandırdı… Əmirəl-mö`minin (ə) Ömərə buyurdu: “Ona ixtiyar ver, qoy müsəlmanlardan özünə ər seçsin.” Ömər qıza bu imkanı verdi. Qız imam Hüseynə (ə) yaxınlaşıb, Əlini Hüseynə uzatdı. Həzrət Əli (ə) ondan adını soruşdu. Qız dedi: “Cahanşah”…Sonra həzrət oğlu Hüseynə (ə) buyurdu: “Bu qızdan sənin üçün yer üzünün ən yaxşı şəxsi doğulacaq.” Bir vaxt bu xanım imam Səccadı (ə) dünyaya gətirdi. Ona “İbnəl-xeyrəteyn” (iki seçilmişin oğlu) deyirdilər…

Bu rəvayəti nəql etmiş iki şəxsin heç biri mö`təbər hesab edilmir. Bundan əlavə, rəvayətin mətninə iradlar bildirilmişdir. Məsələn, Yəzdəgird şahın qızının əsir düşməsi çox şübhəlidir. Onun Ömər zamanında imam Hüseyn (ə) ilə izdivacı da inandırıcı görünmür. Bu rəvayətdən başqa heç bir yerdə imam Səccad (ə) “İbnəl-xeyrəteyn” adlandırılmayıb.

Elə düşünürük ki, bu rəvayəti düzəltməkdə məqsəd, İranın Sasanilər sülaləsini mə`sum imamlara bağlamaq olmuşdur. Tarix kitablarının heç birində Yəzdəgirdin övladlarının əsir düşməsi barədə mə`lumat yoxdur.

İmam Səccadın (ə) anası haqqında ən mühüm sənəd Mənsurun Məhəmməd ibn Əbdüllaha yazdığı məktubdur. Məktubda deyilir: “Həzrət Peyğəmbərin (s) vəfatından sonra sizin aranızda imam Səccaddan (ə) üstün şəxs olmayıb, hansı ki, o, kəniz övladı idi.”
(“Əlkamilü fittarix”, c. 2,s 570)

Maraqlıdır ki, Mənsurun bu sözlərinə nə Məhəmməd, nə də başqaları e’tiraz etməmişdir.
Əgər imam Səccadın (ə) anası iran şahzadəsi olsaydı, təbii ki, Mənsura cavab verilərdi.

Demək olar ki, bütün şiə mənbələrində imam Səccadın (ə) anasının doğuş vaxtı vəfat etdiyi bildirilir. Nəql olunur ki, imam Səccadı (ə) həzrət Əlinin (ə) kənizlərindən biri böyütmüşdür. Həzrət (ə) yalnız bu kənizi ərə verdikdən sonra camaat onun imamın anası (ə) olmadığını anlamışdı.
(“Biharul-ənvar”, c. 46, s. 8)

Beləcə, mö`təbər mənbələrə əsasən imam Səccadın (ə) anası adından və əsil-nəsəbindən asılı olmayaraq Kərbəlada olmamışdır.
Deyilənlərdən bu da mə`lum olur ki, Reyin şərqində dağda “Şəhrəbanu bibi” adı ilə tanınan ziyarətgahın imam Səccadın (ə) anası ilə heç bir əlaqəsi yoxdur. Bu məqbərənin sonradan tikilməsinə digər bir sübut uzun illər Reydə yaşamış Şeyx Səduqun bu barədə heç bir mə`lumat verməməsidir.
Olsun ki, həmin məqbərədə Şəhrəbanu adlı hər hansı mö`minə bir qadın dəfn olunmuşdur. Xalq isə adlar üst-üstə düşdüyündən bu məqbərənin imam Səccadın (ə) anasına aid olduğunu güman etmişlər.


Geri dön

EnD of TiMe

  • 15 mart 2012 13:39
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
tesekkurler...

Niqul

  • 14 mart 2012 11:46
  • Məqalə: 5
  • Şərh: 675
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DOSIM winked

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

✿Victoria✿

  • 14 mart 2012 10:08
  • Məqalə: 257
  • Şərh: 3371
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

111_Shawmn Michaelais_111

  • 14 mart 2012 09:58
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
Allah razi olsun

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 27
Cəmi: 49

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}