Namazın sonundakı salamları kimə göndəririk?

 
Namazın sonundakı salamları kimə göndəririk?

Əgər salamın zahirinə nəzər salsaq, görərik ki, bu salamlar namazqılan tərəfindən bəyan edilir. Həqiqətdə isə bu salamlar Allah tərəfindən göndərilmişdir və namazqılan tərəfindən bəyan edilir. Həqiqətdə namazqılan Allah Təalanın bir növ tərcüməçisidir.

Bu tofiq Allah tərəfindən namazqılana verilir ki, Allahın kəlamlarını insanlara çatdırsın. İmam Əli (ə) bu sualın cavabında buyurmuşdu: “İmam Allahın sözlərinin tərcüməçisidir. Və əhli camaata deyir ki, siz axirət əzabından amandasınız”.

Adətən namazqılan namazın axırında üç salam verir. Birinci salamı Həzrət Peyğəmbərə (s) göndəririk. İkinci salamda isə özünə və başqa namazqılanlara və Allahın saleh bəndələrinə salam göndərir. Bəs saleh əməl sahibləri kimlərdir?

1. Peyğəmbərlər (ə). Allah Təala Peyğəmbərləri (ə) salehlərdən hesab edir və buyurur: “Zəkəriyya, Yəhya, İsa, İlyas - salehlərdəndirlər”. (“Ənam” 85).

İmam rəhmətlik (r) buyurur: “Namazqılan səcdədən özünə gələndə varlıqlara salam verər. Bu salam qeybdən gələnin və səfərdən gələnin salamıdır. Bu qayıdışdan sonra əvvəl Peyğəmbərə (s) salam verər, bundan sonra bu səfərdə onunla bir yerdə olan başqa varlıqlara - Allahın mələklərinə, peyğəmbərlərə (ə) və rəsullara (ə) salam göndərər. Onların salamatlığını Allahdan istəyər”.

2. Möminlər. Allah o kəsləri ki, Allaha və Qiyamət gününə iman gətiriblər, əmr be-məruf və nəyh-əz-munkər edərlər, xeyir işlərdə tələsirlər, salehlərdən hesab edər. (“Ali-İmran” 114).

3. Mömin cinlər. Cinlər iki cür olur: imanlı olanları və olmayanları. Ona görə də bəziləri saleh və bəziləri saleh deyildirlər. (“Cin”11).

Deməli, deyə bilərik ki, salehlər dedikdə Allahın bütün layiqli bəndələri nəzərdə tutulur. Burada ümumi saleh bəndələr nəzərdə tutulur ki, onlara salam göndərilir.

Ancaq üçüncü salam. Bəzi hədislərin dediyinə görə burada salam göndərdiyimiz kəs - mələklərdir, bəzilərində isə peyğəmbərlərin (ə) olduğu söylənilir. Ona görə belə deyə bilərik ki, Allah birinci salamda Həzrət Peyğəmbərə (s), ikinci salamda bütün salehlərə - peyğəmbərlərə (ə), mələklərə və saleh bəndələrə salam göndərər. Üçüncü salamda isə bunların hamısına salam göndərər.

Peyğəmbəri-Əkrəm (s) meracdakı namazı haqqında buyurur: “Özümə və Əhli-beytimə (ə) salam göndərdim. Gördüm ki, mələklər, peyğəmbərlər (ə) arxamda sıraya düzüldülər. Mənə xitab gəldi: “Ey Muhəmməd! Onlara salam göndər. Ona görə dedim: “Əssəlamu əleykum və rəhmətullahi və bərəkətu”. Bu zaman vəhy gəlir ki, salam Mənəm, sən və nəslin rəhmət və bərəkətsiniz”. (Tebyan)

Namazın sonundakı salamları kimə göndəririk?


Geri dön

EnD of TiMe

  • 14 mart 2012 15:16
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Tesekkurler bele gozel xebere gore...

J ♥ S

  • 14 mart 2012 13:23
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
cox gozeldi smile ve deyerliydi tewekiurler

--------------------
J & S ∞♥....

✰Dгeaм✰

  • 14 mart 2012 13:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 63
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}