Nə düşünürsənsə "Osan"

 
Nə düşünürsənsə "Osan"

Elm adamları beynimizin biz bir şey düşündüyümüzdə o mövzuyla əlaqədar pəncərələr açdığını və düşüncə sona çatdığında pəncərənin bağlandığını fərq edirlər. Həmin bu düşüncələr əsasında hiss etdiklərimiz yoluyla beynimiz fərqli kimyəvi maddələr çıxarır. Bu kimyəvi maddələr nevropeptit adıyla bilinir və bütün bədənimizə təsir edir. Aşiq olduğumuz zaman daxilimizdə pərvazlanan şey, əsəbiləşdiyimizdə mədəmizdəki ağrı da bu kimyəvi maddələr tərəfindən yaradılır.

Elm adamları immunitet hüceyrələrimizin üzərində nevropeptitlər, yəni beynimizin düşüncələrimizə görə çıxardığı kimyəvi maddələr üçün alıcılar olduğunu kəşf edirlər.
Bu kəşflə birlikdə aydın olan başqa bir şey daha var: İmmunitet sistemimiz romantik dialoqlarımızı və daxili danışmalarımızı dinləyir. İşin ən qəribə yanı da burda ortaya çıxır. Çünki bu danışmalara və düşündüklərimizə görə immunitet sistemi xəstəliklərə və mikroblara cavab verir. Xəstəlikləri artıra bilir, azalda bilir ya da dayandırır. Bütün bunlarsa yalnız bizim beynimizin içində olanlarla yəni düşüncələrimiz yoluyla təyin olunur.

Etdiyimiz hər şeyin fiziki bir nəticəsi olduğunu bilirik, artıq aydın olur ki, düşündüyümüz hər şeyin də gözlə görülən əllə tutulan nəticələri var. Elm adamları qəti olaraq ortaya qoyduqları nəticəni belə açıqlayırlar: Müsbət düşünün. Çünki düşündükləriniz yaşayacaqlarınızı təyin edir. O səbəbdəndir ki, bəzi insanlar heç xəstə olmadıqlarını söylədiklərində fərq edirik ki, həqiqətən heç xəstə olmazlar, şanslı olduqlarını söyləyən insanlar şanslıdırlar. Nəyə inansanız o reallaşır. Xoşbəxt olmaq istəyirsinizsə, beyniniz o xoşbəxtliyi yaratmaq üçün əlindən gələni edəcək. Bədəninizin kimyası düşündüyünüz şəkildə dəyişəcəkdir.

P.S. Düşünərkən "Bədənimizin də qulağı var" ölçüsü ilə düşünməkdə fayda var.Ya da necə düşünmək lazım olduğunu yenidən öyrənməliyik...

Hamınıza pozitiv düşünməyi arzu edirəm.Xoşbəxt olun.

Yazar:Ceylan Mumoglu


Geri dön

Sunnyeyes

  • 15 mart 2012 09:58
  • Məqalə: 0
  • Şərh: 108
  • Bal:
men pozitiv insan deyilem.realistem heyatdasa pozitiv seyler azdir.buna gorede men onlara gulumseyerek baxa bilmirem.thanks for this news)

★Miss Love★

  • 14 mart 2012 19:06
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
mende hemiwe ele fikirlewiremki insan nece fikirlewirse ehvalida ele olur ona gorede men hemiwe уaxwi fikirlewirem ve poziтif oluram,maraqli xebere gore sagol

Caspi

  • 14 mart 2012 17:12
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
maraqlı idi, xəbərə görə təşəkkür

--------------------
Ən əsas şeyi gözlə görə bilməzsən.

MələkKız

  • 14 mart 2012 16:29
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox gozel yazidi bitanem

enigmatic_girl

  • 14 mart 2012 15:20
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
Hmmm maraqlidir....

--------------------

EnD of TiMe

  • 14 mart 2012 15:05
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
{awards}
Men hemise calisiram pozitiv dusunum....adama enerji gelir onda...twk

Deniz

  • 14 mart 2012 14:29
  • Məqalə: 338
  • Şərh: 3907
  • Bal:
{awards}
Beyendim, coxxx sag olun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}