Uşaqlarda internet klub marağı

 
Uşaqlarda internet klub marağı

"Olaylar" qəzeti yazır ki, müasir uşaqların əyləncə ilə bağlı düşüncələri 5-10 il əvvəlkilərdən çox fərqlənir. Bu əyləncə isə çox zaman onların orqanizminə böyük zərər vurur. Artıq yavaş-yavaş velosiped, xizək sürmək, voleybol, futbol, "ortadaqaldı", "gizlənpaç" və s. kimi oyunlar aradan çıxmağa başlayıb. İndi uşaqları uşaq meydançalarında nadir hallarda top qovan görürük. Evdən futbol oynamaq adı ilə çıxan uşaqların əksəriyyəti internet klublara gedir. Özlərini virtual oyunlarda tapan bu uşaqlar öz vərdişlərindən əl çəkmək istəmir. Nəinki məktəb yaşlı uşaqlar, hətta 4-5 yaşlılar da yolunu kompüter zallarından salır. Onlar virtual oyunları heç də özlərindən yaşca böyüklərdən pis oynamır. Hətta bəzi məqamlarda onlardan daha üstün “bacarıq” nümayiş etdirirlər. Onların böyük maraq və həvəs göstərdikləri bu oyunlar onlar üçün ciddi və təhlükəli xəstəliklərin mənbəyi hesab oluna bilər. Ümumiyyətlə, son günlər azyaşlı uşaqlar arasında evdən qaçma hallarının artması uşaqların internetdən şüursuz şəkildə istifadə etdiklərini gündəmə gətirdi. Zərərli oyunlar oynamaqla yanaşı, onlar internet klublardan yeni tanışlar da qazanırlar. Bu tanışların isə necə təhlükəli olduqları barədə heç bir təsəvvürləri olmur. Belə olan halda, heç bir nəzarətin olmadığı həmin internet klubların uşaqlar üçün nə qədər təhlükəli olduğunu anlamaq çətin deyil.

Niyə internet klub?

Bu gün intenet klublar uşaqların yeni görüş məkanı olub. Əvvəllər uşaqlar məktəbdən gələndən sonra ya ən azı bir az dincələr, sonra dərslərini hazırlayar, vaxt qalarsa, küçəyə çıxıb bayaq sadalağımız oyunları oynayardı. Amma bu günün uşaqlarının dərsdən sonrakı ilk işi evə getmədən, yol üstündə qarşılarına çıxan ilk internet klubda hansısa bir əcaib oyunu oynamaqdır. Bu oyunların zərərlərindən daha sonra, öncəliklə uşaqların internet klublara niyə bu qədər maraq göstərmələri haqda danışaq. Çünki bəzən evdə kompütür və internetə çıxış imkanı olduğu halda uşaqlar internet klublara üz tutur. Tanış uşaqlarda bir neçə dəfə bu halı müşahidə etmişəm. Onların niyə internet klubu üstün tutmaları ilə maraqlananda “İnternet klubda oynamaq daha maraqlıdır. Orada istədiyim qədər oynayıram, heç kim heç nə demir. Orada uşaqlar çox olur, ona görə oyun maraqlı keçir. Həm də istədiyim sayta girə bilirəm”- deyə cavab verdilər. Əslində uşaqların bu marağı nə qədər tənqid olunsa da, bu sözlərdə müəyyən qədər həqiqət var. Çünki bu klublarda hər hansı bir nəzarət mexanizmi olmur. Heç kim onlara bir və ya iki saat məhdudiyyəti qoymur, ona görə də orada özlərini daha sərbəst hiss edirlər.

Təhlükələr

Qeyd edək ki, uşaqların özlərini sərbəst hiss etdikləri bu məkanlar onların sağlamlığı üçün ciddi bir təhlükə mənbəyidir. Öncəliklə uzun müddət kompüter qarşısında eyni vəziyyətdə oturmaq onların formalaşmaqda olan bədən quruluşlarında müəyyən deformasiyaların yaranmasına səbəb olur. Son zamanlar uşaqlar arasında skalyoz, gözdə zəifləmə, psixoloji problemlərin artmasının bir səbəbi də həmin oyun məkanlarıdır. Çünki onların çoxu binaların zirzəmilərində yerləşir. Nəmişlik, üfunət yuvası olan zirzəmilər kiçik bir kosmetik təmirdən sonra internet kluba çevrilir. Qaranlıq, rütubətli, havasız yer uşaqlarımızı özünə çəkir. Təbii ki, rütubətli, havasız yerdə davamlı olaraq bir neçə saat qalmaq uşaqlara mənfi təsir edir. Ətrafımızdakı uşaqların hərəkətlərini mütəmadi izləsək görərik ki, onların çoxunun az qala hər gün başı ağrıyır, əsəbi olur, yaşıdları ilə dava edir, söyüş söyür, valideynini eşitmir. Sadaladığımız bütün xüsusiyyətləri uşaqlara yarımqaranlıq, rütubətli zirzəmilər qazandırıb. Havasız yerdə uşaqların əylənməsinə ödəniş müqabilində şərait yaradan işbazlar bununla uşaqlarımıza həm mənəvi, həm də sağlıq cəhətdən böyük zərər vurur. Uzun müddət rütübət və havasızlıq uşaqlarda sinir, bronxial astma, ürək çatışmazlığı və s. kimi xəstəliklər yaradır.

Qanuni məsuliyyət

Bəs görəsən, internet klublarda uşaqların gəlişini məhdudlaşdıracaq bir qanun varmı? Media eksperti Ələsgər Məmmədli qanunvericilikdə uşaqların internet kluba daxil olması ilə bağlı hansısa məhdudiyyətin olmadığını deyir. “İnternet klublar sadəcə əyləncə məkanı kimi, həm də bilgi mərkəzi kimi qəbul olunmalıdır. Bu baxımdan bilgi almanın yaşı yoxdur. Sadəcə bu internet klublarda uşaqlar qumar oynamasın və ya onların həyatı, inkişafı üçün təhlükəli ola biləcək proqramlardan istifadə etməsinlər. Çünki uşaqlar yaş etibari ilə təkbaşına gələcəkləri ilə bağlı qərar verəcək səviyyədə olmurlar. Valideynin nəzarətindən uzaq olduqları bu məkanlarda onların fəaliyyətinə ən azından ümumi şəkildə inzibatçı nəzarət etməlidir. Ümumiyyətlə isə, kiminsə boş vaxtında internet kluba getməsini önləmək mümkün deyil. Necə ki, bir insanın kinokluba getmək imkanı varsa, eyni zamanda internet kluba da gedib istədiyi saytlara daxil ola bilər. Yetər ki, internet klubda zərərli, əxlaqa uyğun olmayan, asılılıq yaradan proqramlarından istifadə olunmasın”. O həmçinin əlavə etdi ki, qanunda məhdudlaşdırıcı maddə olmadığından həmin klublar aşkarlanarkən də onlara hansı cəzanın veriləcəyi məlum deyil. “ Azyaşlılar internet kluba gedə bilməz deyə bir qadağa yoxdur. Ona görə də inzibatı xətanı müəyyən etmək də mümkün deyil. Bütünlüklə internet kluba da məhdudiyyət qoyula bilməz. Sadəcə proqram təminatı ilə bağlı məhdudiyyət gətirilə bilər. Bütünlüklə internet kafedəki bütün kompüterlərə filtirlərin qoyulması internet azadlığına qoyulan məhdudiyyətdir”.

Valideynlər də xəbərdardır

Uşaqların internet klublara üz tutmalarının bir səbəbi də valideynlərdir. Çünki çox zaman valideynlər internet, kompüter oyunlarının təhlükəsini hiss edir və buna görə də uşaqlarını bu təhlükədən uzaq tutmağa çalışarkən səhvlərə yol verirlər. Onlar elə hesab edirlər ki, evə kompüter almasalar, uşaqlarını bu təhlükələrdən qoruya biləcəklər. Lakin bu istək gözlənilən nəticəni vermir. Çünki bu gün hər küçədə ən azı 2-3 internet kluba rast gəlmək olar. Həmin klublarda evdə kompüter, internet məhdudiyyəti olan uşaqlar üçün “qucaq açır”. Bundan başqa bəzən valideynlər məsuliyyəti üzərlərindən atmaq üçün “mən günün çoxunu işdə oluram, ona görə də övladımın internet kluba getməsinə nəzarət edə bilmirəm” deyirlər. Lakin bütün bunlar valideyni məsuliyyətdən azad etmir. Ə.Məmmədli də bu işdə əsas nəzarətçinin məhz valideynlər olduğunu bildirdi. “Bu işdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onlar diqqətli olmalı, övladlarının nəzarətsiz bir formada hansısa internet klubda ona zərər vura biləcək saytlara daxil olmasını önləməlidir. Çünki əgər valideyn əngəl olmazsa, digərlərinin nəzarəti daha çətindir. Ola bilər ki, sadəcə uşaqların istifadə edə biləcəyi internet klublar açılsın, lakin bu da iqtisadi baxımdan gəlirli olmaya bilər. Bunun üçün də internet klublarda uşaqlar üçün hazırlanmış, zərərli proqramlara daxil olunması mümkün olmayan kompüterlər yerləşdirilə bilər. Buna uyğun nəzarətçilər olar. Bu zaman da valideynlər də daha rahat olar. Məktəblərin yaxınlığında uşaqların təhlükəsizliyi üçün hazırlanmış internet klubların yaradılmasında Təhsil Nazirliyi və digər qurumlar da kömək edə bilərlər”.

Məktəblər

Qeyd edək ki, valideynlər qədər məktəblər də bu işdə cavabdehdirlər. Əgər şagird məktəbə gəlmir və ya dərsdən qaçırsa bu barədə valideynə xəbər verilməlidir. Lakin bəzən məktəblər bu işdə məsuliyyətsizlik edir və bu barədə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhər Baş Polis İdarəsi ilə birgə paytaxtın bütün ərazilərində yerləşən internet klub və internet kafelərdə keçirdiyi reydlər məhz bu işə məsuliyyətsiz yanaşan məktəblərin cəzalandırlmasına xidmət edir. Amma bu şagirdlərin dərs vaxtı internet kluba getməsinin qarşısını alsa da, nəzərə almaq lazımdır ki, onlar dərsdən sonra da vaxtlarının böyük bir hissəsini məhz bu klublarda keçirirlər. Ona görə də məsələ kökündən həll olunmalıdır. Ekspertin də dediyi kimi məktəblərin yaxınlığında şagirdlər üçün təhlükəli ola biləcək proqramların olmadığı internet klubların fəaliyyət göstərməsi daha münasib olardı.


Geri dön

ay seven ulduz

  • 14 mart 2012 18:07
  • Məqalə: 3
  • Şərh: 1293
  • Bal:
tewekkurlerrrr

al yazmalim:))

  • 14 mart 2012 17:37
  • Məqalə: 37
  • Şərh: 1144
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrr

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

brilyant

  • 14 mart 2012 15:44
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
hm duzdu bu qede pulu internet kluba verince bi dene kompyuter alsinlar vsodaaa

enigmatic_girl

  • 14 mart 2012 15:34
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Artıq yavaş-yavaş velosiped, xizək sürmək, voleybol, futbol, "ortadaqaldı", "gizlənpaç" və s. kimi oyunlar aradan çıxmağa başlayıb.



Voleybol yox)))) men hele qrupumdayam cixmamisam bir yere...)))

--------------------

EnD of TiMe

  • 14 mart 2012 15:09
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Tesekkurler..

lau

  • 14 mart 2012 14:23
  • Məqalə: 0
  • Şərh: 187
  • Bal:
{awards}
tesekkurlerrrrrrr

--------------------
Dost istəsən ALLAH, sohbət istəsən Quran, düşmən istəsən nəfs, varlı olmaq istəsən qənaət yetər!!!

KaYfA_SuRgUn

  • 14 mart 2012 14:15
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
MARAQLIDIR COX SAGOLUN..DUZDUR wink

--------------------

Melek Kiz

  • 14 mart 2012 13:44
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
maraqlidi sagolun

... Deryam ...

  • 14 mart 2012 13:24
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
İndiki uşaqlar başa bəladılar wink 3 yaşında uşaq interneti , telefonu böyüklərdən yaxşı bilir smile
Valideynlər uşaqların gələcəyi üçün vaxtında nəzarət etməlidilər

--------------------

✰Dгeaм✰

  • 14 mart 2012 13:13
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Maraqli idi.Tesekurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}