Qızlarımıza məsləhətlərim

 
Qızlarımıza məsləhətlərim

Təzə alınmış emallı qazanda ilk dəfə su, təzə alümin qazanda isə ilk dəfə süd qaynatmaq lazımdır..

Soyuducuda xoşagəlməz qoxu əmələ gəlibsə, ora bir neçə parça agac kömürü, ya da bir neçə dilim soğan qoyun.

Ət maşınının biçağını ev şəraitində də itiləmək olar.Bunun üçün narın sumbata kağızını taxtaya bərkidin. Sonra bıçağı həmin kağız üzərində sağa-sola aparın. Beləliklə bıçaq itilənir.

Balıq iyi verən qabı soyuq su və duz ilə yuyun ki, iyi getsin.

Bərk yanmış qazan və tavalara çoxlu duz və su töküb, 5-6 saat saxlayın sonra yuyun.

Çox işlənən emallı qazan qaralmışsa, ağzına qədər su tökülmüş qazana 1 çay qaşığı persol töküb qaynadın, sonra isti su ilə təmiz yuyun.

Əgər keramik güldanınız axırsa, bunu düzəltmək asandır: güldanın dibinə hər hansı lakı tökün və fırça ilə hər tərəfə sürtün. Bundan qatı, su keçməyən qat əmələ gələcəkdir.

Mətbəx çanağında (rakovina) çox vaxt yağlı ərp yığılır ki, o da çürüdükcə pis qoxu verir. Bu Əmələ gəlməsin deyə, həftədə 1 dəfə çanağa paltar sodası qaynadılmış su tökün.

Mis və latun əşyaları əvvəl təmizləyib sonra mum çəkdikdə, uzun müddət qaralmır.

Ət maşınını stola bərkidərkən, altına sumbata kağızı ( sumbata çəkilmiş tərəfi üstdə olmaqla) qoyduqda stol xarab olmur.

Pəncərə şüşələrini yuyarkən şüşənin bir tərəfini şaquli, o biri tərəfini üfüqi istiqamətdə sildikdə çirk qalan yerlər tez görünür.

Cilali mebelə su ləkəsi düşdükdə həmin yerə un töküb bitki, ya da maşın yağında isladılmış əski ilə silmək lazımdır.

Maşında toxunmuş təzə xalçaları ilk 6 ayda tozsoranla təmizləmək olmaz.

Pambığa ətir hopdurub balaca torbada şifonerdən asdıqda bütün paltarlar ətir iyi verər.

Çamadana qoyulmuş mentol tübiki güvə düşməsinin qarşısını alır.


Geri dön

EnD of TiMe

  • 15 mart 2012 13:31
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Bir ikisini biliridm..tesekkurler...

Dalga

  • 15 mart 2012 11:16
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Bezilerini bilmirdim teşekkur edirem esasda berk yanmiş qazani bilmeyim yaxşi oldu feel çünki mene arada lazim olur

--------------------

tontonun anasi

  • 15 mart 2012 11:04
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
bezilerin bilmirdim

--------------------

... Deryam ...

  • 15 mart 2012 00:36
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Bezilerini bilmirdim oyrenmiw oldum ..twk smile

--------------------

enigmatic_girl

  • 14 mart 2012 21:14
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hmmm hele ki lazim deyil))

--------------------

Aquamarine

  • 14 mart 2012 21:13
  • Məqalə: 0
  • Şərh: 416
  • Bal:
{awards}
twkler..................

--------------------
Məni sevməyən birinin arxasınca ağlamaqdansa, məni sevən birinin göz yaşlarını silərəm.

J ♥ S

  • 14 mart 2012 20:38
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
maraqli idi ama hele lazim deyil ki, oyrenmeyimizd eyaxwi oldu tewekkurler smile

--------------------
J & S ∞♥....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}