Gün gələcək ki

 
Gün gələcək ki


Gün gələcək ki...

Biz maska gəzdirməkdən usanacağıq...daha nə saxta gülüşlər olacaq, nə də saxta vədlər. Ağlamaq istəyəndə daha gülməyəcəyik.Göz yaşlarımıza hörmətlə yanaşacaq, təbəssümümüzə dəyər verəcəyik.

Gün gələcək ki...

Biz yalan danışmağa utanacağıq....yalnız səmimi hisslər başlıca yer alacaq insan həyatında. Sevdiklərimizə ürəkdən sevirəm deyib, acığımız gələn insanlardan cəsarətlə uzaq duracağıq. Heç kim yalanı özünə yaraşdırmayacaq.

Gün gələcək ki...

Biz lazım olmadlğımız insanları həyatımızdan çıxaracağıq...telefon yaddaşında sevdiklərimiz, gərək olduğumuz şəxslərin adı yer alacaq.Qəlbimizin qapısı evimizin qapısı kimi yalnız bizi görmək istəyənlərə açıq olacaq. Kimə gərəyiksə onları axtarıb tapacaq, sevincini və kədərini bölüşməkdən çəkinməyəcəyik.

Gün gələcək ki...

Biz ən adiliklərə sevinməyi bacaracağıq...hər kiçik günəş şüası qəlbimizə bir parça xoşbəxtlik bəxş edəcək. Həyatımız kimi ruhumuz da işıqlanıb sevinəcək bu nur zərrəciyinə. Hər yağış damlası ruhumuza sevgi çiləyəcək, havanı təmizlədiyi kimi ürəkləri də asanlıqla təmizləyib keçəcək.

Gün gələcək ki...

Biz sevdiklərimizə əzab verməyəcək, əksinə ağrılarını yüngülləşdirəcəyik...və yəqin ki bununla bir milyon insanın həyatını və sağlamlığını qoruyacağıq. İnsanlara sevinc bəxş edərək özümüz də onlarla bərabər sevinməyi öyrənəcəyik.

Gün gələcək ki...

Bizə bir dəqiqə də olsun vaxtını sərf etmək istəməyən insanlara zamanımızı hədər yerə xərcləməyəcəyik...vaxtımızın dəyərini biləcək, onu yalnız dəyərlilərlə bölüşəcəyik.

Gün gələcək ki...

Biz hər kiçik axmaqlığa görə inciyib küsməyəcəyik...o zaman bizim çoxlu dostlarımız, tanışlarımız olacaq. Ətrafımız yaxşı insanların məkanına çevriləcək.

Gün gələcək ki...

Biz arzularımızı tərk etməyəcəyik...heç vaxt. Biz arzularımıza və əqidəmizə sadiq olacaq, bu qeyri adi dünyanı olduğu kimi sevəcəyik.

Onda hər səhər gözümüzü açarkən xoşbəxt olduğumuzu hiss edəcəyik.

Onda Bizi əhatə edən hər şeyi qorumağı bacaracağıq.

Onda Biz həyatda məna axtarmayacağıq...

Belə bir gün gələcəkmi?


Geri dön

Ulya

  • 1 noyabr 2010 22:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkurler

Kisa_Kiss

  • 1 noyabr 2010 18:13
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 33

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}