İslam dinin kamalı

 
İslam dinin kamalı

İslam dinin kamalı

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim..." Maidə surəsi, ayə 3.
Hicrətin 10-cu ili Ərəbistanın bütün tayfa və qəbilələrinə xəbər yayıldı ki, Rəsulallah(s) Həcc ziyarətinə gedir. Müqəddəs Həcc mərasimini Rəsuləllah(s) ilə birgə yerinə yetirmək üçün toplananların sayı 100 minə yaxın idi. Həcc əməllərini bitirdikdən sonra Rəsulallah(s) Mədinəyə dönməyə hazırlaşdı. Lakin yolda Cöhfə məntəqəsinin yaxınlığında yerləşən Qədir-Xum adlı bir yerdə Cəbrail(ə) nazil olub Peyğəmbərə(ə) Təbliğ ayəsini gətirdi: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, risaləti yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (“Maidə” surəsi, ayə 67).

Görəsən bu hansı bir tapşırıq idi ki, Peyğəmbər(s) onu yerinə yetirməsəydi risaləti boşa çıxmış olardı? Dəfələrlə təkarladığı və hamının əzbər bildiyi şəriət qaydalarımı? Bəlkə, 23 il təbliğ etdiyi Allahın təkliyi və ya Qiyamətin gələcəyi? Və bu məsələlərin təbliği ilə Peyğəmbərin qorunmasının nə əlaqasi ola bilər? Peyğəmbərin(s) söyləyəcəyi məsələ o qədər mühüm olmalı idi ki, Qədir-Xumda qızmar günəş altında dayanıb hacılara bildirsin.
Hacılar Cöhfədə(Qədir-Xumda) ayrılır, hərə öz vətəninə dönürüdü. Həmin məkanı ötüb keçmiş səhabələr Peyğəmbərin(s) əmrilə geri döndülər, arxada qalanlar da gəlib çatdılar. Peyğəmbərin(s) söyləyəcəyi söz müsəlmanların gündə eşitdiyi sadə bir şəri məsələ deyildi.

Zöhr azanı verildi, hamı səbirsizliklə Peyğəmbərin(s) nə deyəcəyini gözləyirdi. Allahın elçisi(s) namazı camaatla qıldıqdan sonra dəvələrin palanından düzəldilmiş hündür bir minbərə qalxıb uca səslə xütbəsinə başladı:

“Həmd və sitayiş Allaha məxsusdur, Ondan kömək diləyir, Ona iman gətirmişik. Ona arxalanır və xoşa gəlməz əməllərimizdən Ona pənah aparırıq. Cаmааt, mən qısа zаmаndаn sоnrа Аllаhın dəvətini qəbul еdib sizləri tərk еdəcəyəm. Məni əbədiyyət səfəri gözləyir. Bilin ki, mən də Аllаh qаrşısındа cаvаbdеhəm siz də. Hər birimiz Аllаh qаrşısındа cаvаbdеhik. Bеlə оlаn hаldа siz mənim bаrəmdə nə şəhаdət vеrirsiniz?»” Camaat belə cavab verdi: “Biz şəhadət veririk sən lazım olanları bizə çatdırdın”.

Sonra Peyğəmbər(s) bir sıra əqidə və şəriət məsələlərindən söz açdı, kimsəzlərə yardım etməyi müsəlmanlara tapşırdı. Bundan sonra söyləyəcəklərini hamının eşidəcəyinə əmin olmaq üçün soruşdu “Еy cаmааt siz mənim səsimi еşidirsiniz?” Müsbət cavab aldıqda davam etdi: “Еy cаmааt! Mən sizin аrаnızdа iki аğır əmаnət qоyurаm. Görüm məndən sоnrа bu аğır əmаnətlə nеcə rəftаr еdəcəksiniz”. Bu zaman səhabələrdən biri soruşdu: “Ya Rəsulallah, o iki əmanət nədir?” Peyğəmbər(s) buyurdu: “Bu əmаnətlərdən böyüyü Аllаhın kitаbı Qurаni-Kərimdir. Nə qədər ki, Qurаni-Kərimə bаğlısınız yоlunuzu аzmаzsınız. О bir ipə bənzəyir ki, bir ucu Аllаhın digər ucu isə bəşərin əlindədir. Оndаn tutsаnız yоlunuzu hеç zаmаn аzmаzsınız. Ikinci, kiçik əmаnətim isə mənim аiləmdir. Аllаh buyurub ki, bu iki əmаnət, Qurаn və mənim itrətim, Qiyаmətə qədər bir-birindən аyrılmаzlаr. Çаlışın bu iki əmаnətdən irəli düşməyəsəniz ki, аzаrsınız, gеri qаlmаyаsınız ki, məhv оlаrsınız. Həyаtınız bu iki əmаnəti аddım-аddım izləməklə ötsün.”.

Xütbəsinin sonunda Rəsuləllah(s) Həzrət Əlinin(ə) əlini tutub göyə elə qaldırdı ki, hamı onu görüb tanısın. Bu vaxt Rəsulallah(s) soruşdu: “Ey camaat kimdir ki, möminlərin özlərindən daha üstün olsun?” Camaat cavab verdi: “Allah və Onun Rəsulu daha yaxşı bilər”. Həzrət(s) buyurdu: “Həqiqətən Allah mənim mövlamdır mən isə möminlərin mövlasıyam və onlara onların özlərindən də üstünəm. Elə isə hər kəsin mövlasıyamsa, Əli onun mövlası olacaq”. Peyğəmbər(s) bu sözü dörd dəfə təkrar etdi və əllərini qaldırıb dua etdi: “İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol. Ona yardım edənlərə yardım et və onu xar etmək istəyənləri xar et. Onu haqqın meyarı, mizanı və mehvəri təyin et!”

Duasını bitirdikdən sonra Allahın Rəsulu(s) buyurdu: “Burada olanlar olmayanlara bu xəbəri çatdırmalıdırlar”. Hələ izdiham dağılmamışdır ki, Allah İkmal ayəsini nazil etdi: “...Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”
(“Maidə” surəsi, ayə 3)

Bu zaman Peyğəmbər(s) dedi: Allahu Əkbər, dinin kamilliyi, nemətin tamamlanması, Allahın mənim risalətimdən və məndən sonra Əlini(ə) vilayətindən razı qalmasına görədir! Bunu eşidən camaat Həzrət Əlini(ə) təbrik etməyə başladı.

İslam dinin kamalı


Geri dön

EnD of TiMe

  • 15 mart 2012 13:11
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
Tesekurler....

★Miss Love★

  • 15 mart 2012 12:06
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
gozel xebere gore cox sagolun

nar_18

  • 15 mart 2012 11:54
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler deyerli xebere gore Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Shokoladka

  • 15 mart 2012 09:28
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Ilk serh menden.Tesekkurler Allah razi olsun senden..

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 7
Cəmi: 19

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}