Hansı bürcə aşiksiniz?

 
Hansı bürcə aşiksiniz?

QOÇ (21 mart - 20 aprel)
Əzimli və bir az da qalınqabıq olmalısınız. Qoçlar özünə qarşı diqqətli davranılmasını sevir, ona qarşı olan marağınızını ve sevginizi itirmək istəməz. Özünü dünyanın mərkəzi hesab edən bu insan həmişə özündən danışır. Öz ayaqları üstündə rahat dura bilən bu insan (maddi və mənəvi olaraq) sizdən də bunu gözləyir. Maraq dairəsinin mərkəzində olmağı dəlicəsinə sevən Qoçla birlikdə xoşbəxt bir ömür keçirmək üçün onu qəlbinizin düz ortasına yerləşdirməyiniz lazımdır. Sevginin dalınca qaçan və istədiyi vaxt dəyişən biridir. Asan biri olsanız onu gec-tez itirəcəksiniz. Sürücü yerində oturmağına icazə verin, amma mindiyiniz maşının tamamilə onun nəzarəti altında olmasına əsla yox! Hər an özünüzü yada salmalı, gedəcəyiniz istiqaməti müəyyən etməlisiniz.. Bunun əksi onu itirməyiniz deməkdir. Ona ucundan-qulağından danışıb, sizin istədiklərinizi başa düşməsini gözləmək sizi təəssüfləndirə bilər. Kin saxlamayı bacarmayan, yaralarını özü sağalda bilən Qoç dolayı mesajları heç vaxt başa düşməz. Ona sözünüzü birbaşa deyin.

BUĞA (21 aprel - 21 may)
Onun həyatınızın sevgisi olduğundan və ona sadiq qala biləcəyinizdən əmin olmalısınız. Bu bürc hərəkət və təcrübələrin deyil, tək bir insanla etibarlı bir həyatın bürcüdür. Dəyişiklikdən heç xoşu gəlmir və onunla birlikdə olmaq üçün ona uyğunlaşmaq sizdən asılıdır. Görünüşünüzə göstərdiyiniz qayğı və ona verəcəyiniz hədiyyələr onun üçün əhəmiyyətlidir. Bu ailəcanlı adamı əldə etmək üçün edə biləcəyiniz hər şey, əgər strategiyanı düz seçməmisinizsə, havayı gedəcək. Qəlbinin açarı onun üçün bişirdiyiniz yeməklərdə tapacağı ləzzətdədir. Ondan soruşacağınız hər hansı bir sualın nöqtəsini və vergülünü tamamilə başa düşməyənə qədər sizə cavab verməyəcək. Komplimentlərinizin altında reallıqdan nə isə tapmasa, bunu niyə dediyinizi başa düşməyə çalışacaq. Amma narahat olmayın, kefi olmayanda sizin yanınızda rahatlıq tapırsa, qalan məsələləri birlikde həll edərsiniz.

ƏKİZLƏR (22 may - 21 iyun)
Unutmayın ki, əkizlər eyni bədəndə 2 fərqli insan deməkdir. Yalnız özü ilə qala biləcəyi, sadəcə özünə hesab verəcəyi, sizin heç vaxt girməyəcəyiniz və bunu tələb etməyəcəyiniz həyatı olması əsas şərtdi. Bu insan duyğularına yox, düşüncələrinə əhəmiyyət verdiyini nəzərə alsaq, deyə bilərik ki, onu özünüzə bağlaya bilərsiniz, amma nə olursa-olsun tamamilə, hər şeyi ilə sizin olmasını gözləməyin. Əksinə nə qədər sərbəst olsa, münasibətiniz o qədər əla olacaq. Görünüşünüzü tez-tez dəyişdirən birisinizsə, standartlardan uzaq 1 həyat tərziniz varsa və gözlərinizdə gördüyü kiçik 1 parıltıdan sonra 1 saniyənin içində "Bütün işlərimi təxirə salıram, səninlə maraqlı 1 yerə gedək” desə təəccüblənməyin.

XƏRÇƏNG (22 iyun - 22 iyul)
Qabığından çıxarılmalı olan həssas, səssiz və utancaq biridir. Sizi heç kimə dəyişməməsi üçün onunla səbirli olun, hər məsələdə onu başa düşün və sizə etibar etməsi üçün əlinizdən gələni edin. Bunları bacarsanız həyatının hər nöqtəsində sizi ilk sıraya qoyacaq və qarşılıqlı olmasını sizdən gözləyəcək. Öyrəşmək və qəlbən bağlılıq onun üçün düşündüyünüzdən, göstərdiyinizdən və tələb etdiyinizdən də vacibdir. Onun həyatda xoşbəxt olması üçün vacib rol oynadığınızı unutmayın və istəklərinizi deməkdən çəkinməyin. Təbii ki, onun istəklərini də hər zaman nəzərə alın. O qədər ailəcanlıdır ki, dürüst olsanız birlikdə ev işləri ilə məşğul olmağınızı əsil romantikaya çevirəcək və sizi evinin şahzadəsi edəcək.

ŞiR (23 iyul - 23 avqust)
Həyatınızı başdan-başa rəngləndirən romantik 1 aşiqdir. Amma sizin üçün nə edirsə-etsin bunu hər zaman qiymətləndirməlisiniz. Şirlərin hamısı sərt baxışları ilə qorxudan, özlərinə inanan, ətrafındakıların istər-istəməz çəkindiyi insanlar olsalar da olduqca utancaqdırlar. Dəstəklənməyə və tərifə həmişə hamıdan çox ehtiyacı olan bu bürclə birlikdə olmaq üçün hər kəsdən seçilən, hər kəsin bəyəndiyi 1 cəhətiniz olmalıdır. O həmişə hər ikinizin hamı tərəfindən diqqət mərkəzində olmanızı istəyir, nə siz ondan, nə də o sizdən 1 addım geri qalmamalısınız. Əgər həqiqətən də onun ürəyini əldə etmisinizsə, ondan xəyanət görməzsiniz. Onun öz həyatını əyləncəli və maraqlı etmək üçün xüsusi qabiliyyəti var, canlılıq və dinamika onun qanında var...

QIZ (24 avqust - 23 sentyabr)
Əvvəlcə xırda məsələlərlə diqqətini cəlb edin, 1 az əziyyət çəkib xasiyyətini öyrənin, öz təsiriniz altına salandan sonra kiçik təkanla sizinlə istədiyiniz kimi davranacaqdır. Çox xırda məsələlərə böyük əhəmiyyət verdiyi üçün idealın necə ola biləcəyini hamıdan yaxşı bilir. Əgər sizin səhvlərinizi sayırsa, ondan inciməyin, sizin mükəmməl olmağınız üçün bunu deyir. Həyata intellektual çərçivədən baxmağı duyğuları başa düşməyinə və əhəmiyyət verməyinə mane olmur. Amma ona bəzən nə hiss etdiyinizi uzun-uzadı izah etməyiniz lazım ola bilər.


TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)
Ona maraq göstərin və dəstəkləyin. Qısa bir müddət sonra görəcəksiniz ki, həyatının ən şəxsi tərəflərinə qədər sizinlə yaşamağı bəs etmir, özünü sizə həsr edən sadiq bir həyat yoldaşınız var. Problem odur ki, bu bağlılığı sadəcə sizə deyil, ətrafındakı hər kəsə: ailəsinə, dostlarına, tanıdıqlarına da göstərməyidir. Həmişə tarazlığı qorumaq istəyən, amma hər zaman çayın 2 sahilində də olmalı olan biridir. Seçdiyi variantı bəyənmirsənizsə, bunu ona demək əvəzinə gözləyin, onsuz da o biri variantı da prob edəcək. Standart olan hər şeyi ondan uzaq saxlayın. O orjinallığı sevir. Hədiyyə almaq istəyirsinizsə, elə 1 şey alın ki, onda olmasın, amma ona lazımlı nəsə olsun. Birlikdə yaşayırsınızsa, onun zövqünə etibar edin, düzdü 1 müddət evi qəribə (bəzən də lazımsız) əşyalarla dolduracaq, səbrli olun, çünki müəyyən vaxt sonra istifadə etmədiklərini göz qabağından yığışdıracaq.

ƏQRƏB (24 oktyabr - 22 noyabr)
Hərəkətlərinizi ən incə detallarına qədər başa düşən və hər dəyişikliyə fikir verən əqrəbə qarşı marağınız və diqqətiniz həmişə maksimum olmalıdır. Ondan heç nə gizlədə bilməzsiniz, həmin an başa düşəcək. Dürüstlüyünüzün sizə həmişə xeyir gətirəcəyi bu münasibətdə ən kiçik etiraflar belə onu xoşbəxt edəcək. Ona nə isə izah etməyə həmişə ehtiyac yoxdur, o sizi baxışlarınızdan, bəzən toxunuşunuzdan anlayacaq. Nəzərə alın ki, ona həyat qədər vacib olan, sizin ona sədaqətinizdir. Münasibətlərinizdə ən kiçik səhvinizi belə unutmayacaqdır, bagışlaya bilər, amma unutmaz.

OXATAN (23 noyabr - 22 dekabr)
Ona qarşı dürüst olmalı və sərbəstliyinə hörmət etməlisiniz. Özüylə tək qalmağı sevən və çox çətin bağlanan Oxatanı qısqanmaq olmaz! Onun hər mövzuda bilik və təcrübəsinə əsaslanan söhbəti həmişə maraqlı olur. Dağınıq, qeyri-adi və həmişə məşğul bu adam yalana ifrat dərəcədə nifrət edir, heç özü də danışmır. Bu o deməkdir ki, sizin yanınızdadırsa, deməli həyatındakı sizsiniz, sizdən uzaqdırsa, rol oynamaq yerinə bunu sizə deyəcək. Ora-bura qaçıb içində olduğu bütün işləri çatdırmaq istədiyi vaxt sizin dəstəyinizə həddən çox ehtiyacı olur. Son dərəcə dinamik, əyləncəli, qaynayan 1 münasibətiniz, səhərə qədər söhbət edə biləcəyiniz 1 sevgiliniz var.

OĞLAQ (23 dekabr - 20 yanvar)
Bir karyeristlə birlikdəsiniz! Amma onu səhv başa düşməyin! O sizə pulla satın alına biləcək ən gözəl hədiyyələri almaq üçün bu qədər işləyir və ehtiyacı olan isə sizin dəstək və diqqətinizdir. Hər an onun ağlındasınız, bunu sizə çox vaxt göstərməyəcək, ancaq hisslərinizə inanın. Karyerası onun həyat damarı kimidi və inansanız da, inanmasanız da ən böyük dəstəyi arxalandığı sevgilisidir. Hərdən sizə sərt irad tutsa da, son dərəcə saf niyyətlə, daha yaxşı olmağınız üçün deyilmiş sözlərdir. Əslində utancaq olduğunu yəqin çoxdan başa düşmüsünüz və hər məsələdə ona dayaq olmanız onun ən ehtiyacı olandır. Bir oğlaqla birlikdə olmaq insandan çox şey ala bilər, bu düzdür, amma onu başa düşüb, kömək etməyə başlasanız, özü də zirvəyə çatacaq, sizi də arzularınıza çatdıracaq.

DOLÇA (21 yanvar - 19 fevral)
Gördüyünüz və görə biləcəyiniz ən sərbəst insandır. Bu barədə ən kiçik qısqanclıq, irad tutmaq ya da "sifət gətirmək” onu itirmənizə səbəb olacaq. Ən yaxşısı onun azadlığına hörmət edin. O həyata fərqli pəncərədən baxır, insanlara fərqli yanaşır və sizdən də onu başa düşməyinizi gözləyir (Siz də o pəncərəni tapıb, ordan baxsanız, pis olmaz). O həyatını gözəlləşdirməyə çalışır, çünki ətrafındakıların çata biləcəyi mükəmməlliyi görür və ətrafındakılara kömək etmək barədə özündə məsuliyyət hiss edir. Sizinlə söhbətində dünyaya çox yuxarıdan baxmağı, hadisələri inanılmaz cəldliklə təhlil etməyi və yüksək səviyyədə fikirlərinin olması sizi təəccübləndirməsin. İnanılmaz dərəcədə optimistdir, hər hadisənin yaxşı tərəflərini görür, pessimistlərə tab gətirmir! Heç kimdən asılı olmadan yaşamağı, öz ayaqları üstündə durmağı sevir və sizdən də bunu gözləyir. Maraqlı, bərabərhüquqlu və intellektual səviyyəli münasibət istəyirsinizsə, Dolça ən uyğun adamdır.

BALIQ (20 fevral - 20 mart)
İnsanpərvər, mehriban və incə duyğulu insandır. Hər məsələdə ona etibar edə bilərsiniz. Kiçik, amma ürəkdən gələn hədiyyələr onu sevindirir, bütün maaşınızı onun gülümsəməsi üçün xərcləmək məcburiyyətində qalmayacaqsınız. Tamamilə özünə qapalı sayılmaz, amma sizdən diqqət görməsə duyğularından, problemlərindən heç vaxt danışmayacaq. Tək qalmaq istəyi sizə qəribə gəlməsin və bunun altında başqa məsələ axtarmayın. Kobud sözlərə və yüksək səs tonuna nifrət edir, onun dünyasında hər şey zərif və incə olmalıdır, əksi olsa buna dözməz. Onu hiss edə bilirsinizsə, münasibətinizin uzun müddətli və olduqca gözəl olacağına şübhəniz olmasın.


Geri dön

..:MeleK kiz:..

  • 16 mart 2012 18:01
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
heleki yoxdu

tontonun anasi

  • 16 mart 2012 14:17
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
BUĞA (21 aprel - 21 may)BU BURC YOLDAWIMDI COX CETIN ADAMLARDI love

--------------------

nicat_mmdov

  • 16 mart 2012 00:21
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
BIR TEK XERCENG BURCUNU OXUDUM OZUMUN XASIYETLERIMDI HAMISI DUZDU TWK

senani seven qiz

  • 15 mart 2012 20:41
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)
Ona maraq göstərin və dəstəkləyin. Qısa bir müddət sonra görəcəksiniz ki, həyatının ən şəxsi tərəflərinə qədər sizinlə yaşamağı bəs etmir, özünü sizə həsr edən sadiq bir həyat yoldaşınız var. Problem odur ki, bu bağlılığı sadəcə sizə deyil, ətrafındakı hər kəsə: ailəsinə, dostlarına, tanıdıqlarına da göstərməyidir. Həmişə tarazlığı qorumaq istəyən, amma hər zaman çayın 2 sahilində də olmalı olan biridir. Seçdiyi variantı bəyənmirsənizsə, bunu ona demək əvəzinə gözləyin, onsuz da o biri variantı da prob edəcək. Standart olan hər şeyi ondan uzaq saxlayın. O orjinallığı sevir. Hədiyyə almaq istəyirsinizsə, elə 1 şey alın ki, onda olmasın, amma ona lazımlı nəsə olsun. Birlikdə yaşayırsınızsa, onun zövqünə etibar edin, düzdü 1 müddət evi qəribə (bəzən də lazımsız) əşyalarla dolduracaq, səbrli olun, çünki müəyyən vaxt sonra istifadə etmədiklərini göz qabağından yığışdıracaq.

--------------------
'Qeyri-mümkün'' - dedi qürur. ''Risklidir'' - dedi təcrübə. ''Mənasız'' - dedi məntiq. ''Yenə də sınağa dəyər'' - dedi ürək.

_L-nara_

  • 15 mart 2012 19:58
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
{awards}
men ekizlerem

--------------------
Unudulmaq istəmirsənsə, ya oxunacaq şeylər yaz, ya da yazılmağa dəyər şeylər et.

Nikoyl

  • 15 mart 2012 19:51
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
QOÇ (21 mart - 20 aprel)
Əzimli və bir az da qalınqabıq olmalısınız. Qoçlar özünə qarşı diqqətli davranılmasını sevir, ona qarşı olan marağınızını ve sevginizi itirmək istəməz. Özünü dünyanın mərkəzi hesab edən bu insan həmişə özündən danışır. Öz ayaqları üstündə rahat dura bilən bu insan (maddi və mənəvi olaraq) sizdən də bunu gözləyir. Maraq dairəsinin mərkəzində olmağı dəlicəsinə sevən Qoçla birlikdə xoşbəxt bir ömür keçirmək üçün onu qəlbinizin düz ortasına yerləşdirməyiniz lazımdır. Sevginin dalınca qaçan və istədiyi vaxt dəyişən biridir. Asan biri olsanız onu gec-tez itirəcəksiniz. Sürücü yerində oturmağına icazə verin, amma mindiyiniz maşının tamamilə onun nəzarəti altında olmasına əsla yox! Hər an özünüzü yada salmalı, gedəcəyiniz istiqaməti müəyyən etməlisiniz.. Bunun əksi onu itirməyiniz deməkdir. Ona ucundan-qulağından danışıb, sizin istədiklərinizi başa düşməsini gözləmək sizi təəssüfləndirə bilər. Kin saxlamayı bacarmayan, yaralarını özü sağalda bilən Qoç dolayı mesajları heç vaxt başa düşməz. Ona sözünüzü birbaşa deyin.
Duzdur love

--------------------

AysU_DilarE

  • 15 mart 2012 18:59
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
Qabığından çıxarılmalı olan həssas, səssiz və utancaq biridir. Sizi heç kimə dəyişməməsi üçün onunla səbirli olun, hər məsələdə onu başa düşün və sizə etibar etməsi üçün əlinizdən gələni edin. Bunları bacarsanız həyatının hər nöqtəsində sizi ilk sıraya qoyacaq və qarşılıqlı olmasını sizdən gözləyəcək. Öyrəşmək və qəlbən bağlılıq onun üçün düşündüyünüzdən, göstərdiyinizdən və tələb etdiyinizdən də vacibdir. Onun həyatda xoşbəxt olması üçün vacib rol oynadığınızı unutmayın və istəklərinizi deməkdən çəkinməyin. Təbii ki, onun istəklərini də hər zaman nəzərə alın. O qədər ailəcanlıdır ki, dürüst olsanız birlikdə ev işləri ilə məşğul olmağınızı əsil romantikaya çevirəcək və sizi evinin şahzadəsi edəcək.

yoldawimin burcudu herbir soz duzdu xasiyyeti eledi

--------------------

★Miss Love★

  • 15 mart 2012 18:21
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Eqreb(24 okтуabr 22 noуabr)
Herekeтlerinizi en inece deтallarina qeder basa dusen ve her deуisikliуe fikir veren eqrebe qarsi maraqiniz ve diqqeтiniz hemise maksimum olmalidir.Ondan hec ne gizlede bilmezsiniz,hemin an basa dusecek.Durusтluуunuzun size hemise xeуir geтireceуi bu munasibeтde en kicik eтiraflar bele onu xosbexт edecek.Ona ne ise izah eтmeуe hemise ehтiуac уoxdur,o sizi baxislarinizdan,bezen тoxunusunuzdan anlaуacaq.Nezere alin ki,ona heуaт qeder vacib olan, sizin sedaqeтinizdir.Munasibeтlerinizde en kicik sehvinizi, bele unuтmaуacaqdir.Bagislaуa biller,amma unuтmaz.
cooox duz уazilib тewekkurler xebere gore

Deniz

  • 15 mart 2012 18:20
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Boyyyy eqrebem, meni seven yasadi ki:))) AMA detayciyim hec kes hec ne gizlede bilmir menden.... Sedaqeti ise Demeye ehtiyac yoxdu, o olmasa ne dostlarimi, ne de sevgilimi bagislayaram.... Thanks

J ♥ S

  • 15 mart 2012 18:06
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
xebere gore tesekkurler ne bilim...

--------------------
J & S ∞♥....

Music Star

  • 15 mart 2012 18:03
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
maraqlidir twk

--------------------

CLEVER GIRL

  • 15 mart 2012 18:02
  • Məqalə: 0
  • Şərh: 243
  • Bal:
{awards}
................................................................................
..............TESEKKURLER................

nar_18

  • 15 mart 2012 17:53
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
xe xe teshekkurler wink ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Lena_119

  • 15 mart 2012 17:43
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
{awards}
mmmm tewekkurler...

--------------------
Bilmirem.....1-ce onu bilirem ki,bezen tanimadigimiz insanlar,bize,bizdende yaxin olurlar.......

EnD of TiMe

  • 15 mart 2012 17:39
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler.. wink

Aysel_

  • 15 mart 2012 17:33
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler

enigmatic_girl

  • 15 mart 2012 17:32
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
demesem yaxsidi)))))

--------------------

Shokoladka

  • 15 mart 2012 17:26
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
DOLÇA (21 yanvar - 19 fevral)
Gördüyünüz və görə biləcəyiniz ən sərbəst insandır. Bu barədə ən kiçik qısqanclıq, irad tutmaq ya da "sifət gətirmək” onu itirmənizə səbəb olacaq. Ən yaxşısı onun azadlığına hörmət edin. O həyata fərqli pəncərədən baxır, insanlara fərqli yanaşır və sizdən də onu başa düşməyinizi gözləyir (Siz də o pəncərəni tapıb, ordan baxsanız, pis olmaz). O həyatını gözəlləşdirməyə çalışır, çünki ətrafındakıların çata biləcəyi mükəmməlliyi görür və ətrafındakılara kömək etmək barədə özündə məsuliyyət hiss edir. Sizinlə söhbətində dünyaya çox yuxarıdan baxmağı, hadisələri inanılmaz cəldliklə təhlil etməyi və yüksək səviyyədə fikirlərinin olması sizi təəccübləndirməsin. İnanılmaz dərəcədə optimistdir, hər hadisənin yaxşı tərəflərini görür, pessimistlərə tab gətirmir! Heç kimdən asılı olmadan yaşamağı, öz ayaqları üstündə durmağı sevir və sizdən də bunu gözləyir. Maraqlı, bərabərhüquqlu və intellektual səviyyəli münasibət istəyirsinizsə, Dolça ən uyğun adamdır.
2de Dolcayiq love

--------------------


aksana1993

  • 15 mart 2012 17:20
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)
Ona maraq göstərin və dəstəkləyin. Qısa bir müddət sonra görəcəksiniz ki, həyatının ən şəxsi tərəflərinə qədər sizinlə yaşamağı bəs etmir, özünü sizə həsr edən sadiq bir həyat yoldaşınız var. Problem odur ki, bu bağlılığı sadəcə sizə deyil, ətrafındakı hər kəsə: ailəsinə, dostlarına, tanıdıqlarına da göstərməyidir. Həmişə tarazlığı qorumaq istəyən, amma hər zaman çayın 2 sahilində də olmalı olan biridir. Seçdiyi variantı bəyənmirsənizsə, bunu ona demək əvəzinə gözləyin, onsuz da o biri variantı da prob edəcək. Standart olan hər şeyi ondan uzaq saxlayın. O orjinallığı sevir. Hədiyyə almaq istəyirsinizsə, elə 1 şey alın ki, onda olmasın, amma ona lazımlı nəsə olsun. Birlikdə yaşayırsınızsa, onun zövqünə etibar edin, düzdü 1 müddət evi qəribə (bəzən də lazımsız) əşyalarla dolduracaq, səbrli olun, çünki müəyyən vaxt sonra istifadə

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

nursey_girl

  • 15 mart 2012 17:14
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
ilk serh menden tesekurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}