Səfurə Əlizadə Sezen Aksuya cavab verdi

 
Səfurə Əlizadə Sezen Aksuya cavab verdi

Türkiyənin pop divası Sezen Aksu yeni albomunda dəyişiklik etmək fikrindədir. Belə ki, həyat yoldaşlarından biri erməni olan Sezen "Sarı gəlin" mahnısını erməni dilində oxuyaraq, albomuna yerləşdirəcək. Əlbəttə, bu hadisə ilə bağlı mübarizə aparılmaqdadır. Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Uluslararası Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) artıq birgə bəyanat qəbul edib. Bəyanatda deyilir:

"Sezen Aksunun Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i erməni dilində ifa etməsi və onu erməni xor kapellasının müşayiət etməsi bütün Azərbaycan ictimaiyyəti kimi biz diasporçuları da narahat etməkdədir. Azərbaycan torpaqlarını işğal etmiş, 200 ildir Türk dünyasına qarşı soyqırımı və terror aktlarını həyata keçirən ermənilər mədəniyyətimizə, eləcə də musiqi incilərimizə qarşı mədəni işğal siyasətlərini davam etdirmişlər. Saxta erməni təbliğatının qarşısına çıxmaq əvəzinə tanınmış türk müğənnisi tərəfindən belə bir addımın atılması qəbuledilməzdir və bunu şiddətlə qınayırıq. 26 fevral tarixində Xocalı soyqırımının anma günündə İstanbulun Taksim meydanında keçirilən yürüşdə Azərbaycan və Türkiyə ictimaiyyəti bir yumruq olduğunu göstərmişdir və tədbirdə iştirak edən Türk və Azərbaycan sənətçiləri qədim türk xalq mahnısı olan "Sarı gəlin"i yürüş zamanı canlı ifa etmişdilər. Təəssüflər olsun ki, S.Aksu erməni lobbisinin hiyləsinə ucuz şikar olmuşdur. Biz BDM və ASİMDER olaraq Azərbaycan və Türkiyə ictimaiyyətini Sezen Aksunu qınamağa və onun musiqi albomlarını "boykot" etməyə çağırırıq. Biz S.Aksunu Türk xalqının ona verdiyi böyük ada hörmət etməyə dəvət edirik". Onu da əlavə edək ki, BDM və ASİMDER 19 mart 2012-ci il tarixində saat 15:00-da S.Aksunun İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcək.

Bu hadisədən son dərəcə sarsılan və əsəbiləşənlər arasında Səfurə Əlizadə də var, hansı ki, Azərbaycanı "Eurovision-2010"da təmsil edərək 5-ci yerə layiq görülüb. O, ingilis dilində olan yeni albomunda "Sarı gəlin" mahnısına yer verməyi düşünür. "Əlbəttə, bu əsərin Azərbaycana məxsus olduğunu sübut etmək üçün nəsə edəcəyəmsə, özümü xoşbəxt hiss edərəm", - deyən Səfurə bu günlərdə xalq artisti Aygün Kazımova və "ZH" kişi geyimləri mağazasının rəhbəri müğənni Zamiq Hüseynovla bərabər Donetsk şəhərinə yola düşməyə hazırlaşır. Novruz bayramı ilə əlaqədar təşkil olunacaq konsert proqramında Səfurə yeni mahnıları ilə yanaşı "Sarı gəlin"i də ifa edəcək. 23 saylı orta məktəbin yetirməsi səfər edəcəyi şəhərdə ermənilərin çoxluq təşkil etdiyini düşünür:

- Donetskdə çoxlu erməni var. Qoy elə ilk olaraq oradan başlayım. Görsünlər ki, "Sarı gəlin" sahibsiz deyil! Oğurluqdan əl çəksinlər!



Geri dön

Willow smith

  • 20 mart 2012 17:55
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
Halaldi Safuradan da ele bunu gozleyerdim Sezen Aksu lap ag eledi indi cavabini vermesek sonra gec olar.ermenileri bildik ki bize aciq verirler bes bu Sezen Aksu niye bizim dilde yox ermeni dilinde oxuyur yeqin ozu de ermenidir ona gore de o dilde oxuyur am angry

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Qunduz1

  • 17 mart 2012 00:39
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
DOSTUMMMMMMMMMMMMMMMMMM SALAM

psiyuxe

  • 16 mart 2012 18:36
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
Bu onu bir daha gosterir ki bizim ozumuzden basqa dostumuz,derdimize yanan yoxdu ve olmayacaq!!!!!!!!!!!!!!! angry

--------------------
HER SEYIN ORTA HEDDI YAXSIDI...SERHEDDI KECDIN SEVGI BELE DEYERINI ITIRIR..(imza geleceyin psixoloqu)

EnD of TiMe

  • 16 mart 2012 11:08
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Sezen Aksuya yarasdirmadim bunu.. Safurada yaxsi verib cavabini...xebere gore T.W.K

VIPTOZ

  • 15 mart 2012 22:01
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
buda azerbaycanlilarin desteklediyi turk mugennilsinden bize qarsi olan hormet.medeniyyetsiz.erin ermeni olub cehennemeki bizim mahnini niye oz dilimizde oxumursan medeniyyetsiz.xebere gore tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Nikoyl

  • 15 mart 2012 19:52
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Halaldir eceb edib :)

--------------------

★Miss Love★

  • 15 mart 2012 18:25
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
уaxwi edib,hele lap pis demek lazimdir o bizim mahnimizi niуe ermeni dilinde oxumalidirki angry

angelochik

  • 15 mart 2012 18:14
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
eceb eliyib diyib oxxxx

Music Star

  • 15 mart 2012 18:04
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Halal olsun!

--------------------

Slatkaya emocka.

  • 15 mart 2012 18:03
  • Məqalə: 2
  • Şərh: 1424
  • Bal:
{awards}
Sezen aksu niye ermeni dilinde oxuyur bizim mahnimizi bilmirem ama safurada yaxsi deyib..

Shokoladka

  • 15 mart 2012 17:51
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Halaldi Safuraya yaxshi eleyib..

--------------------


CLEVER GIRL

  • 15 mart 2012 17:48
  • Məqalə: 0
  • Şərh: 243
  • Bal:
{awards}
SEZEN AKSUDAN ZEHLEM GEDIR. HALADI SAFURA........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 28

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}