Ömür yolu

 
Ömür yolu

Yol gedirəm. Olumdan ölümə doğru. Nə uzundur? Yorulmuşam. Yol gedirəm. Başlanğıcdan sona doğru. Nə çətindir? Darılmışam. Yol gedirəm. İrəvandan hara doğru? Heç bilmirəm. Yol gedirəm. Məni yaradanlardan mən yaradacaqlarıma doğru. Çatacağammı?? Yol gedirəm. Zirvədən zirvəyə doğru. Arada uçurum. Deyəsən, elə ilin-günün bu anı, bu məqam uçurumun dibindəyəm. Qalxacağammı? Yol gedirəm. Yoluma çiçək düzənim yox. Tozlu-torpaqlı yollara su səpənim yox. Sıldırım qayaları ram edənim yox. Keçilməz keçidlərdə bələdçim yox. Yoluma daş tökən, çınqıl atan çox.., arxamda dayaq olan yox.

Yol gedirəm. Ortadayam. O başdan burayacan öz gücümə gəlmişəm. Yolumdakı qumları-çınqılları, daşları-kəsəkləri təmizləyə-təmizləyə. İri-iri qayaları yolumdan rədd edənəcən illəri itirə-itirə. Həyatın başıma qar qalağı kimi yağdırdığı bəlalardan ibrət götürə-götürə. Hər şeyə özüm, hər yerə özüm. Nə qədər qaçmaq olar, ilahi?! Yarışamı çıxmışam? Ömrümü qaçhaqaçdamı yaşayacağam? Beləmi yazıbsan bəxtimi, Ulu Yaradan?

Gün olub min yerə parçalanmışam. Vaxt olub qayğıdan daldalanmışam, yenə sığal çəkib çiynimə bu yük. İrəliyə baxmışam, əl uzadanım yox. Arxaya baxmışam, itələyənim yox. Ümidim, gümanım özümə qalıb. Durub düzəlmişəm yola. Taleyin səxavətindən bu yükləri daşımağa, bu işləri aşırmağa gücüm-qüdrətim çatıb. İndi isə... İndi isə içimdə qiyam başlayıb. Üsyankar qəlbim rahatlıq istəyir. Mənə pay böləndə bu qədər əzablı qüdrət bəxş etməkdənsə, bir azca bəxt payımı artırsan nə olardı, Ulu Tanrı?.. Yolun ortasındaca yorulmuşam. Mənmi günahkaram, Sənmi günahkar?!


Geri dön

EnD of TiMe

  • 16 mart 2012 10:48
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
T.W.K xebere gore...

VIPTOZ

  • 15 mart 2012 21:11
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
maraqliydi tsk.


SANMAKI SEVGILIM MEN DILENCIYEM,
AMMA DILENCIDEN BIRAZ FERQLIYEM,
DILENCI COX QAPI GEZDIYI ZAMAN,
MEN SENIN QAPININ DILENCISIYEM

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Shokoladka

  • 15 mart 2012 20:57
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurler..

--------------------


enigmatic_girl

  • 15 mart 2012 20:28
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
tesekkurler maraqli idi)))

--------------------

Su Perisi

  • 15 mart 2012 20:16
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Yol gedirəm. Zirvədən zirvəyə doğru. Arada uçurum. Deyəsən, elə ilin-günün bu anı, bu məqam uçurumun dibindəyəm. Qalxacağammı? Yol gedirəm. Yoluma çiçək düzənim yox. Tozlu-torpaqlı yollara su səpənim yox. Sıldırım qayaları ram edənim yox. Keçilməz keçidlərdə bələdçim yox. Yoluma daş tökən, çınqıl atan çox.., arxamda dayaq olan yox.

--------------------

miniwinx

  • 15 mart 2012 19:52
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}
maraqli xeber idi oxudum

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

Simpaticni Babnik

  • 15 mart 2012 19:30
  • Məqalə: 0
  • Şərh: 86
  • Bal:
{awards}
supppa..twk-edirem...

--------------------
Heyat qisa deymez qiza:xDD

Music Star

  • 15 mart 2012 19:12
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
tewekkurlerrrrr maraqlidir wink

--------------------

★Miss Love★

  • 15 mart 2012 18:58
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xeber idi oxudum,paуlawdiqin ucun sagol

Nikoyl

  • 15 mart 2012 18:51
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
ancag ele yol gedirsen wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}