ermənilərin yeni “dövlət” qurmaq iştahı

 
ermənilərin yeni “dövlət” qurmaq iştahı

Əvvəl elə məsləhət görülən kimi baxdım, sonra tənbəllik eləməyib açdım ki, içində nə yazılıb. Baa, denən nə yazılmayıb… Mən eşitmişdim ki, bir erməni bizim parlamentdə deputat olmaq istəyib amma MSK tutarlı dəlillərlə onun ərizəsini qəbul eləməyib. Bu erməni də kim ola, kim ola, Azərbaycan erməniləri Assosiasiyasının başçısı Qriqori Ayvazyan. Yadımdadı, bu lənətullahlar burada yaşayanda, bizə axber, yəni, qardaş deyəndə, belələrinə “əl erməniləri” deyirdik. Onda belə ayvazyanlar özlərinə Eyvazyan deyirdilər ki, bizə yaxınlıqlarını göstərsinlər.

Hə, bu keçmiş əl ermənisi Eyvazyanın Azərbaycanda deputatlıq iştahası alınmayanda dığa daha orijinal bir hoqqa çıxarmaq niyyətinə düşüb. Erməni istəyir ki, “Azərbaycan erməniləri respublikasını” qursun. Əşi, qumdan qala -zad yox ey, Azərbaycan Ermənilərinin Respublikası! Özü də adam kimi, dünən brifinq təşkil eləyib, jurnalistləri toplayıb, bəyanat verib. Bəyanatın girişi-çıxışı, preambulası, zəvzəkləməsi, sarsaqlaması və sonda da «arzuya bax, sevgilim, tellərindən incəmi»? Jurnalistlər qarşısına çıxanda Jora əvvəlcə bizi “demoktratik prinsipləri pozmaqda” suçlayıb və onun namizədliyini qəbul etməməklə “Arsaxın müstəqilliyini” de-fakto qəbul etməsindən danışıb. Tumanını başına çəkib bizi əsl faşistlikdə günahlandırmağa da çalışıb.

Yan tökül, cızdağın çıxsın. Amma sonda oxu ki, «öz cəzandı çək, Balaş»… Deyir, keçinin buynuzu lap çox gicişəndə başını çobanın başqa yerlərinə də sürtürmüş. Uyvazyan and-aman eləyib ki, Azərbaycandan olan ermənilər cəmiyyəti iştirak eləmədikləri üçün Azərbaycandakı 7 noyabr seçkilərini heç vaxt tanımayacaqlar. Vay, vay, bəs biz neynəyəcəyik, a millət? Görəsən deputatlarımız özlərini pis hiss edəcəklər ki, əl erməniləri seçkilərin nəticəsini tanımayacaq, yoxsa Parlament ermənisiz olduğu üçün boş görünəcək?

Gərək qudurma şübhəsi olan itin dişini vaxtında sındırasan ki, sonra adamı dişləyib qanqaraçılıq yaratmasın. Bu erməni o qədər qudurub ki, deputatlıq iddiası baş tutmayandan sonra girdirmə “DQR”-in rəhbərliyinə müraciət etmək fikrindədir ki, «azad edilmiş» (əhşədü ənna la ilahəilləllah!) 7 rayon ərazisini mərkəzi Laçın olmaqla Azərbaycan ermənilərinə versin ki, onlar orada “azad, suveren Azərbaycan respublikası” yaratsınlar. Bəli, dığa rəsmən bu iddiadadır – Azərbaycan ərazisində Azərbaycan adında ermənilərin öz respublikalarını yaratmaq! Əlinizi yelləyib gülməyin, erməni həyasızlığının həddi-hüdudu yoxdur. Sözdü, atırlar ortaya, sonra bir neçə dəfə müxtəlif yerlərdə, situasiyalarda təkrarlayırlar, daha sonra isə bunu tarixi fakt kimi qələmə verirlər. Bunun lazım olandan dəfələrlə çox sayını görmüşük. Hər dəfə də ya gülmüşük, ya əlimizi yelləmişik. Ona görə də düşdüyümüz günə düşmüşük.

İyvazyan təkcə sərsəm sözlərlə kifayətlənmir, artıq gələcək «respublika»nın bayrağının və gerbinin eskizlərini də hazırlayıblar. Dığa deyib: «Əgər biz bu respublikaya yaşamağa getsək, onda köçkün yox, onun qanuni sahibi statusunda olacağıq».

Ayıq olmalıyıq, Oyvazyanın sözləri sübut edir ki, onun «şayka»sı hələ işğal altında olan rayonlarımızda yaşamır, arzuları çin çıxsa, erməni rəhbərləri olan-qalan ağıllarını lap itirib belə qərara «hə» desələr, bizim köhnə əl erməniləri çəyirtkə, çaqqal sürüsü kimi bu 7 rayon ərazisinə daraşacaqlar. Üyvazyan deyir ki, yeni yaradılacaq respublikada bir milyona qədər Azərbaycan ermənisi (adam bu sözu yazanda öz doğma torpağının adını da böyük hərflə yazmaq istəmir) yaşayacaq və o, "Azərbaycan ermənilərinin respublikası" – yəni «Erməni Aqvankı» adlandırılacaq.
İstədim yazam ki, yavaş ye, boğazında qalar, amma yazmadım, ora- bura boylanıb özümə dedim ki, bu sözləri yavaş de, eşidən olar. İndiyə qədər ermənini heçnə saymışıq, xislətini, küdurətini qiymətləndirməmişik. Daha belə olmamalıdır. Bilməliyik ki, qarşımızda həyasız, hiyləgər, riyakar, namərd, iblis kimi düşmən durub.

Amma deyəsən erməni bir şeyi unudub axı. Dağlıq Qarabağı “müstəqil respublika” kimi ermənistanın özü də tanımağa cürət etmir ki, ermənilərin artıq dövlətləri var və beynəlxalq aləm ikinci bir erməni dövlətini tanımayacaq. Belə olan təqdirdə, erməni istəsə də, istəməsə də azərbaycanlıların artıq bir dövləti var və dünyada heç kəs ikinci bir «Azərbaycan dövləti»ni tanımayacaq. Yaxşı, bu əl ermənisidir, qanmır, bəs o beynəlxalq kürsülərdə quyruq bulayan ayaq və başqa əza erməniləri bunu başa düşmür?

Ayvazyanın yazısından aldığım təəssürata ad fikirləşirdim ki, bu sərsəmləməni hansı başlıqla təqdim edim. Elə həmin saytdaca erməni politoloqu İqor Muradyanın Rusiyanın rəhbəri haqqında dediyi bir sözə rast gəldim: Oğlan qudurub! Baxdım ki, bundan yaxşı giriş olmaz, həm yazıya uyğun gəlir, həm də erməniyə. Amma oğlan sözünə hayıfım gəldi, ağız dolusu dığa olan yerdə oğlan nədi?...


Geri dön

Ulya

  • 10 noyabr 2010 11:16
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
eh ne ise

Yusif

  • 9 noyabr 2010 21:11
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Bu IStahlari Boqazinda qalacaq twk

Dj_Tural

  • 9 noyabr 2010 20:17
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
:)))))ollardan soruwun gorek bawqa ne isteyirler caydan kofeden:)))0iwtahlari boyukdu haaa deyesen her seher snickers yeyirler aaaa:)))))) wink wink wink wink wink wink wink wink

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}