Özünü aldatma

 
Özünü aldatma

Bəzən insanın nəfsi onu aldadır, yəni şəxs özü-özünü aldadır.
İnsanın öz batini tərəfindən aldanması nə deməkdir? Quran da buyurur: «...Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi)...»
(Yusif-83).

Təsvil (nəfsin insanı aldatması) çox dəqiq psixoloji terminlərdəndir ki, Quranda işlədilib. Bu kəlmənin mənası nədir? Onun mənası budur ki, insan bəzən öz batini istəkləri tərəfindən aldadılır. İnsanın nəfsi bir şeyi istəyəndə, həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin doğrudan da həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi onu aldatmaq üçün görür. Təsvil termini çox maraqlı və təəccüblü bir ifadədir. Psixologiya elmi inkişaf etdikdən sonra bu gün həmin nöqtələrə çox dəqiqliklə çatıb. Onlar hətta belə bir nöqtəyə çatıblar ki, insan bəzən heç bir cismi və sinir sistemi problemi olmadan yalnız batini və psixoloji səbəblərdən dəli olur. Məsələn, müsibət və çətinliklərə dözüm çox olduqda insanın ruhu həmin qəm-qüssənin şərindən xilas olmaq üçün ağılı tərk edir. Şair demişkən:

(Tərcüməsi) - Dünyada olan ağıllılardan kimi gördümsə qəmi var idi, ey qəlb dəli ol ki, dəliliyin də öz aləmi vardır.
Bu psixologiya elmində olan əsaslardan biridir.


Hər halda nəfsin məkr və hiylələri – insan nəfsinin başqasına qarşı olan hiylələri – çox mühüm bir məsələdir və irfanda bu məsələlərə çox yaxşı diqqət edilib. İnsanı əxlaqa zidd məsələlərə daxil edərək ruhi cəhətdən xəstələndirən və heyvandan da aşağı salan son iki hissə irfanda çox yüksək dərəcədə bəyan edilib və onlar bəzi nöqtələrə toxunublar ki, doğrudan da heyrətləndiricidir. Yəni adam onların psixologiya elminin müasir dövrdə kəşf etdiyi incə nöqtələri 600-700 və ya min il bundan qabaq necə əldə etdiklərinə təəccüb edir. Əlbəttə qeyd etdiyimiz bütün bu məsələlərin kökü təsvil məsələsi kimi Qurandan götürülüb. Amma onlar istedadlı adamlar olduqları üçün, Quranın verdiyi kələfin ucundan yapışaraq məsələnin kökünə gedib mətləbi tapa biliblər.

Özünü aldatma


Geri dön

★Miss Love★

  • 16 mart 2012 21:11
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
maraqli xebere gore sagol=))

★Azerbaijan girl★

  • 16 mart 2012 20:37
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrrrrrrr

enigmatic_girl

  • 16 mart 2012 20:35
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
maraqlidi...)))

--------------------

nar_18

  • 16 mart 2012 20:25
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
maraqli xeberdi teshekkur edirem ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Kucuk kiz

  • 16 mart 2012 20:20
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
qaliba bende kendimi aldatiyorum

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 43
Cəmi: 70

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 733
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}