http://torgovlya.info/fotogalereja/torgovye-centry/barvikha-luxury-village.html - Torgovlya.info

Nə qədər ki,gec deyil

 
Nə qədər ki,gec deyil


Tez həvəsdən düşmək, başladığımız işi yarımçıq buraxmaq, darıxmaq, çox arzuladığımız nəyisə əldə edən kimi soyumaq və s...

Yox, mən sizə hansısa xəstəliyin, ya da ruh düşkünlüyünün əlamətlərini saymıram.Bunlar hər birimizdə zaman-zaman baş verən, artıq adiləşən hallardır.Həyata marağımızın azalmaması üçün sadəcə bir şeyi bilməmiz gərəkdir:Məqsədimizi..

Görəsən bu sualı biz özümüzə çoxmu vermişik:-Mən nə istəyirəm?Mənə nə lazımdır?Məqsədim nədir?


Həyatdakı məqsədimizi müəyyənləşdirib o məqsədə doğru gedən yolla addımlamaq,-budur insanı həyata bağlayan.

Məqsədin nə olduğunu hələ tam olaraq anlamadığımız dövrdə, kiçik yaşlarımızda hər birimizə verilən tanış sual:-Böyüyəndə kim olmaq istərdin?Bizim cavablarmız da təxminən belə olardi:-Mən böyüyəndə həkim olacam.Və ya müəllim.Ya da mühəndis, hərbçi və s.Uşaqkən hamımızın məqsədi, gələcək haqda arzularımız təxminən eyni olur;-orta məktəbi əla qiymətlərlə başa vurub ali məktəbə qəbul olmaq.Məqsədə çatandan sonra yeni-yeni arzular yaranır.Ali məktəbdən sonra karyera, daha sonra ailə və s. sonu olmayan arzular karvanına qoşuluruq.Artıq bu bizdə vərdişə çevrilir.Daha böyük məqsədlər, “iddialar” arxasınca qaçırıq.Axı dayansaq yenə boşluq, yenə sıxıntı ilə üzləşməli olarıq.Bundan başqa insanın gözünü bu dünyada heç nə doyurmaz.Nə maddiyyat, nə şöhrət.


Ali məktəb, iş, maddi nələrəsə nail olmaq-bunlar əslində kiçik məqsədlərdir.İnsan böyük məqsədlər üçün yaşayarkən zaman ona yetmir.”Darıxmaq”, "sıxılmaq", "mənasız dəqiqələr"-bu anlayışlar onunçün mövcud deyil.

“Böyük məqsədlər” deyəndə insanın yalnız özü üçün deyil, cəmiyyətə nə isə edə bilməsi üçün çalışmasını nəzərdə tuturam.

Uşaqlığımda mənə verilən həmin sual yenidən soruşulsa indi başqa cavab verərdim:-Mən hər şeydən əvvəl İnsan, Allahıma layiqli qul olmaq istərdim..


Əgər imanımız olarsa o zaman elə yaxşı müəllim də, vicdanlı həkim də ola bilərik.İmanı kamil olmayan, qul haqqının nə olduğundan xəbərsiz olan, ilahi sevginin nə oldğunu bilməyən insan istər savadlı həkim olsun, ya professor-müəllim-onun elmindən kimsəyə bir fayda da toxunmayacaq.Çünki onu Axirət və Axirət üçün bu dünyada qazanacağı əməlləri deyil, bu fani dünyada bir-birinin bəhsinə qazandıqları düşündürəcək:-"Necə edim ki, daha çox varlanım?Daha yüksək vəzifədə çalışım.Daha zəngin biri ilə qohum olum.Daha dəbdə olan maşın alım" və s.və s..

Bu cür düşünən insanın məqsədi ancaq özünə xidmət olacaq.Onun axı heç vaxtı da olmayacaq ki, başqaları haqda da düşünə.Əslində bu heç özünə xidmət də deyil.Axirəti unudub bu dünyasıyla maraqlanan, vaxtını boşuna itirən, o dünyası üçün heç nə hazırlamayan, vaxtı tamam olandasa əliboş gedəsi olan insanın “xidmətəri” heç özünə də yaramayacaq.

Nə qədər ki, ömür karvanımız hələ mənzil başına çatmayıb, nə qədər ki, hələ yolun yarısındadyıq,-gəlin düşünək:Məqsədimiz nədir?Biz niyə yaşayırıq?Nə üçün?Kim üçün?İndiyədək özümdən, öz ailəmdən başqa daha kimlərə xeyrim dəydi?

Yazar:Gülşən

Nə qədər ki,gec deyil


Geri dön

..:MeleK kiz:..

  • 17 mart 2012 18:01
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
maraqli xeberdi gozelim

enigmatic_girl

  • 16 mart 2012 22:41
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm dogruluq var sozlerde...

--------------------

_ShaDoW_

  • 16 mart 2012 22:11
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Görəsən bu sualı biz özümüzə çoxmu vermişik:-Mən nə istəyirəm?Mənə nə lazımdır?Məqsədim nədir?

hmmm raziyammm

Analia

  • 16 mart 2012 21:42
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
super idi tsk Gulsen

★Miss Love★

  • 16 mart 2012 21:41
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
insan ne qederki уawaуir уawadiqca ne arzular ne isтekler ne de xeуallar тukenmek bilmir,maraqli xebere gore тewekkurler=)

Edward_Pattinson

  • 16 mart 2012 21:25
  • Məqalə: 21
  • Şərh: 179
  • Bal:
{awards}
Maraqli idi twkk.ilk serh menden

--------------------
KaMo RaPpeR 1998'cı il 1Yanvar Azerbaijan / baku. 2013'da solo rap fəaliyyətinə start verib. Rap həyatına solo davam edir... ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}