Szimbroskan-Hər bir şeir

 
Szimbroskan-Hər bir şeir

Əslində, hər bir şeirə
“an” adı qoymaq olardı.
Bir kəlmə yetər
keçmiş, indiki,
hətta gələcək zamanlarda;
yetər, əgər
sözlərlə ifadə olunan “nəsə”
xışıldamağa, parıldamağa başlayacaq,
uçub, üzüb keçəcək,
və ya öz zahiri
dəyişən kölgəli dəyişilməzliyini
qoruyub saxlayacaq;
yetər, əgər
kiminsə haqqında, kiminsə yanında,
kiminsə haqqında, nəyinsə yanında
söhbət gedirsə;
küləklə vərəqlənən başqa əlifba kitablarından
pişiyi olan Alya haqqında,
ya da pişiksiz;
və yaxud nə başqa Alyalar,
pişiklər və qeyri pişiklər barəsində;
yetər, əgər
baxış dairəsində
müəllif ani dağlar,
əbədi olmayan dərələr yaradırsa;
əgər, imkandan yararlanıb
zahirən əbədi və sonsuz görünən
səmadan söz açırsa,
əgər yazan əlin altında
özgəninki elan edilən
bir şey tapılırsa;
əgər açıq-aydın yazılıbsa,
və ya yaddaşda da olsa,
əsaslı və ya boş səbəbdən,
sual işarələri qoyula bilər,
cavabı isə -
iki nöqtə:
Yol qəzası
Yarım saat əvvəl
yolda nə baş verdiyini
hələ onlar bilmirlər.
Onların saatında
adi vaxtlardan biri –
sentyabr, dördüncü gün, günortadan sonranı göstərir.
Kimsə əriştəni aşsüzənə atır,
Kimsə həyətdəki xəzəlləri süpürür.
Səs-küy salır
masanın ətrafında qaçışan uşaqlar.
Kiməsə lütfkarlıgın göstərib
özünü sığallamağa icazə verir pişik.
Kimsə ağlayır
həmişəki tək,
televizorun önündə,
vicdansız Diyeqonun
Xuanitaya xəyanətinə.
Qapı səsi eşidilir –
narahat olma,
qonşu tavanı geri qaytarır.
Otağın küncündə
telefon zəng çalır –
hələ ki, yalnız elana görə
zənglər gəlir.
Əgər kimsə pəncərəyə yaxınlaşıb
səmaya baxsa,
o artıq hadisə yerindən gələn
hüznlü buludları görə bilərdi.
Həqiqətən pərən-pərən
və həqiqətən dağıdılmış,
amma belə şeylər olur
buludun arxasında.
Əhvalat
Səma, torpaq, səhər,
saat səkkiz on beş.
Otları saralmış savannada
sakitlik və rahatlıq.
Uzaqda həmişəyaşıl yarpaqlı
abnos ağacı
kökləri torpağa ilgək atıb.
Qəfildən nəsə pozur bu bəxtəvər sükutu.
Qaçhaqaça salınmış yaşamaq həvəsli iki mahiyyət.
Yel kimi götürüldü ceyran,
dalınca tövşüyən ac dişi aslan.
Qaçışda hər ikisinin şansı hələ ki, eyni.
Ceyranın hətta bəzi üstünlükləri var.
Əgər torpaqda ilişib qalan
kötük olmasaydı,
dörd dırnaqdan biri,
əgər dolaşmasaydı,
əgər ritmdən düşmə
saniyənin dörddə biri deyilsə,
nədən faydalanar dişi aslan
bir uzun sıçrayışlı tullanışla
Kimdir günahkar sualına,
cavab yox, ancaq sükut.
Günahkar deyil səma, circulus coelestis,
Günahkar deyil terra-nutrix , torpaq-yemləyən.
Günahkar deyil tempus fugitivum , zaman.
Günahkar deyil ceyran, gazella dorcas .
Günahkar deyil dişi aslan, leo massaaicus .
Günahkar deyil abnos ağacı, diospyros mespiliformis .
Və daima belə hadisələri
binoklla müşahidə edən insan
homo sapiens innocens .
Qəfil görüş
Necə mehribanıq bir-birimizlə,
uzun illərdən sonra baş tutan xoş bir görüşdə.
Bizim pələnglər süd içir,
Bizim qırğılar uçmağı unudub.
Bizim köpək balıqlarımız suda batır.
Bizim canavarlar açıq qəfəsin qarşısında əsnəyir.
Bizim əjdahalar şimşəklərdən silkələnib,
meymunlar ruhdan düşüb, tovuz quşlarının lələkləri yox olub, itib.
və nə zamandı yarasalar da toxunmur saçımıza.
Söhbətin yarısında susuruq.
Heç rişxənd də xilas edə bilmir bizi.
Danışmağı unudub
bizim adamlar.


Geri dön

enigmatic_girl

  • 16 mart 2012 22:39
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
hmmm maraqli seirdi

--------------------

AysU_DilarE

  • 16 mart 2012 22:32
  • Məqalə: 143
  • Şərh: 2590
  • Bal:
{awards}
axira qeder oxudum xowuma geldi twkler

--------------------

★Miss Love★

  • 16 mart 2012 21:27
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
maraqli idi oxudum тewekkurler=)

Edward_Pattinson

  • 16 mart 2012 21:27
  • Məqalə: 21
  • Şərh: 176
  • Bal:
{awards}
Maraqli idi twk.Ilk serh menden

--------------------
KaMo RaPpeR 1998'cı il 1Yanvar Azerbaijan / baku. 2013'da solo rap fəaliyyətinə start verib. Rap həyatına solo davam edir... ♥

★Azerbaijan girl★

  • 16 mart 2012 21:26
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 59
Cəmi: 84

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}