Zaniyevskinin şeirləri

 
Zaniyevskinin şeirləri

Mənəviyyat zərurətdən doğur; zərurətin
arxasında mənəviyyat yoxdur.
Həmçinin azadlıq yoxdur, azadlığa aparan yollar var,
ancaq sən yenə də inkar edirsən
və sən özün özünə qəzəblənirsən.
Mənəviyyat bu azadlıqdan qaynaqlanmalıdı,
lakin azadlıq qısa müddət davam edir,
mənəviyyat isə əbədi olmalıdı.
Mənəviyyat beş dəqiqə boyunca, daha sonra…
Mənəviyyat il boyunca, bəs sonra…
Sənin azadlıq istəyin olmadan azadlıq olmaz,
mənəviyyat isə sənin istəklərini məhdudlaşdırır.
Mənəviyyat azadlığı inkar edir,
azadlıq isə mənəvi ola bilmir.
Mənəviyyat sənin əl-qolunu bağlayıb!
Azadlıq isə səni xilas etməlidir!
Tarixə nəzər salaraq: Mənəviyyat və Azadlıq heç vaxt
biri-birini sevməyiblər.
Müəllim təkbaşına söz axtarır
tərbiyəçim Vanda Çişevskinin
xatirəsinə
Sənin müəllimin tək qalıb,
küləyin əlləri ilə qapalı,
unudulmanın tənha otağında.
Onun yalnızlığını başa düşmürsən,
onu eşitmək istəmirsən.
O, səni pisliklərdən qorumaq istəyir,
ancaq sən onun xəbərdarlığından qaçırsan...
Deyəndə ki, sənin yolun çətin olacaq,
vecsiz-vecsiz gülürsən.
O, səninlə həyatdan danışır, anlayırsan,
zamanın tezliyinin
və Ölümün cansız qanadlarını tanıyırsan?
O da şagird olub,
artıq dəyərini, biliyinə görə necə qiymətləndirildiyini bilir,
ona görə səni cəzalandırmaq istəmir…
Sənin müəllimin bilir ki, sən də
müəllim olmaq istəyirsən,
və sənə görə qorxur və təkrarlayır:
- Unutma, heç bir şagirdə haqsızlıq etməyə
haqqın yoxdur.
Açarın ideyası
Açarlar qisasçı olurlar,
bilərəkdən itirlər,
yox olurlar, gizlənirlər,
sən onların mənasını unudanda.
Açarsız yaşamaq çox ağırdı, lakin
onun əsiri olmaq - acıdır.
Yalnız açarı itirəndə,
özünə gəlirsən,
mənanı anlayırsan.
Sonra açarı ovcuna alırsan,
onu bərk-bərk tutursan,
qorxursan buraxmağa.
Yorulana qədər.
Unudana qədər.
Sindbad
Sindbad!
Səni gözləyir,
Deqallar, təpəgözlər, rəngli ilanlar,
ölülər adası mövsümü quşlar,
mahnı zümzümə edən Dəniz Şeytanı.
Sindbad yuxuya gedib.
Sindbad!
Səni gözləyir,
almazlar, pəri sarayındakı rəqs,
yadellilərin diri dəfni,
maqnetik-təəccüblü qasırğa.
Sindbad yuxuya gedib.
Sindbad!
Səni gözləyir,
görməmiş dənizçi baxışları,
fillərin, divlərin, həşəratların məzarları,
insan çiynindəki qurumuş qoca.
Sindbad yuxuya gedib.
Sindbad!


Geri dön

Nuray2012

  • 9 aprel 2012 19:59
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol ........

--------------------

EnD of TiMe

  • 16 mart 2012 21:20
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Sadece Tesekkurler.....

Nikoyl

  • 16 mart 2012 21:07
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
maraqli xeberdi xosuma geldi

--------------------

romantik_awk

  • 16 mart 2012 21:06
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
hm interesting thanks

--------------------

enigmatic_girl

  • 16 mart 2012 21:04
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm maraqlidir)))

--------------------

★Miss Love★

  • 16 mart 2012 21:03
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli idi oxudum тewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}