Həyat Dərsi...

 
Həyat Dərsi...

Salam dostlar çox illər bundan əvvəl bir hekayə, bir həyat dərsi eşitmişdim və bunları sizinlə bölüşmək qərarına gəldim.
Demək bir gün həyatdan şikayət edən bir qız olur. Həyatın dözülməz olduğunu düşünür. Mübarizə aparmaqdan yorulur. Bir problem qurtarmamış başqası ilə üzləşir. Atası qızının bu halını görür və ona dərs verməyi qərara alır. Qızın atası aşbaz olur və qızını mətəxə aparır. 3 qab götürüb ocağın üzərinə qoyur. Su ilə doldurduqdan sonra altını yandırır. Su qaynamağa başlayanda bir qaba yerkökü, ikincinə yumurta, o irisinə isə qəhvə tumları atır. Qızına bir kəlmə də demədən gözləməyə başlayır. Qızı heç bir şey başa düşmədiyi üçün sakitcə baxır və bu işin nə ilə qurtaracağını bilmək istəyir. Ancaq o qərəd səbrsiz olur ki biraz keçməmiş sual verməyə başlayır. Atası dinmir. 20 dəqiqə sonra ata qabların altını söndürür və yerkökünü çıxarıb bir qaba qoyur. Sonra yumurtanı çıxarır. Və nəhayət sonda qəhvəni götürüb bir fincana süzür. Üzünü qızına tutub deyir:
- Qızım nə görürsən?
- Yerkökü, yumurta, qəhvə deyə qız saymazcasına cavab verir.
- Bir az yaxından bax! deyir atası... yerkökünə toxun...
Qız deyiləni edir. Yerkökü yumşalmışdı.
- İndi də yumurtaya bax!
Yumurtanın qabığı əvvəlkindən də bərk idi.
- İndi də qəhvənin dadına bax!

Qızı qəhvədən bir balaca içir. Qəhvənin çox gözəl dadı var idi. Qızın üzündə təbəssüm yaranır. Amma yenə də heç nə başa düşmür.
- Bütün bunlar nə deməkdir ata?
Ata belə izah edir:
- Yerkökü, yumurta və qəhvə eyni şeyə məruz qaldı. Ancaq hər birinin də münasibəti başqa-başqa oldu. Yerkökü əvvəl bərk, amansız görünsə də qaynar suyun içərisində boşaldı. Yumurta isə zərif idi. Nazik qabığı ilə içərisindəki mayeni qoruyurdu. Buna baxmayaraq qaynar suda içərisindəki maye qatılaşdı. Amma qəhvə tamam başqa idi. Qaynar suda həm özü dəyişdi, həm də suyu dəyişdi. Sən bunlardan hansısan? Həyatda bir problemlə qarşılaşdıqda necə münasibət göstərəcəksən? Yerkökü kimi yumşalıb əziləcəksən? Yumurta kimi qatılaşacaqsan? Yoxsa, qəhvə kimi baş verən bir hadisənin həyatına dad verməsinə
çalışacaqsan? Qız artıq atasının nə demək istədiyini başa düşmüşdü...
P.S: Həyatdan şikayət etmək lazım deyil. əgər həyatınızda bir problem varsa və siz onun qarşısında acizsinizsə, mənim fikrimcə günah sizin özünüzdədir. Bunun öhdəsindən asanlıqla gəlmək olar. Əsas iradə, dözüm və özünə inamdır. Az əvvə oxuduğunuz hekayədə son misralarda deyildiyi kimi: “Sən bunlardan hansısan? Həyatda bir problemlə qarşılaşdıqda necə münasibət göstərəcəksən? Yerkökü kimi yumşalıb əziləcəksən? Yumurta kimi qatılaşacaqsan? Yoxsa, qəhvə kimi baş verən bir hadisənin həyatına dad verməsinə çalışacaqsan?”


Geri dön

nilayka

  • 7 may 2011 22:21
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
tesekkurler

--------------------

only-girl

  • 1 aprel 2011 19:52
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
tesekkur xebere gore

--------------------

_RONALDO_

  • 19 mart 2011 11:25
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
semeni saxla meni

--------------------

Ulya

  • 7 noyabr 2010 00:19
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox gozel yazidi.twk

Just For Legend

  • 5 noyabr 2010 14:34
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
THANKS

--------------------

Yusif

  • 5 noyabr 2010 14:30
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurleerrrrrrrrr

sevgi yalandir

  • 5 noyabr 2010 14:23
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
serh yazan her kese twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}