Depressiya Nədir ?

 
Depressiya Nədir ?

Depressiya Nədir ?

İndiki vaxtda hər keçən gün bir az daha sıx rast gəlməyə başladığımız bir narahatlıq olan Depressiya (ruhi çöküntü); ümumiyyətlə ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxar. Bazarertəsi səhərləri yaşadığımız keçici çətinliklərdən, dərin romantik itkinlərin yaşandığı və psixiatr müdaxiləsi tələb edən ağır hadisələrə qədər bir çox narahatlıq depressiya olaraq adlandırılar. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəaxalq Təsnifatı - 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir.

İnsanlar zaman zaman özlərini hüznlü və bədbəxt hiss edərlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər. Depressiya

Depressiya hər yaşda hər fərd də görülə biləcək ruhi bir xəstəlikdir. Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər. Cəmiyyətin hər seqmentində görülə bilər. Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir.

Həyat boyunca hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi araşdırmalarla müəyyən olunmuşdur.

Depressiyanın əlamətləri

Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəaxalq Təsnifatı - 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiv pozuntu diaqnozunun qoyulması üçün depressiv simptomlar 2 həftədən az olmayan müddətdə qeyd olunmalıdır. İstisna hal kimi ağır depressiv epizodun kəskin başlanğıcı ola bilər ki, bu zaman müvafiq simptomların daha qısa müddət davam etməsinə baxmayaraq diaqnoz təyin edilə bilər. Depressiya
Depressiyanın əsas simptomlarına aiddir:
• əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
• marağın və zövq (həzz) alma hissinin itirilməsi;
• fəallığın azalması və tez yorulma;
Depressiyanın əlavə simptomlarına aiddir:
• diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
• özünüqiymətləndirmənin və özünə inamın enməsi;
• qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
• gələcəyə bədbin və ümidsiz baxışlar;
• özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
• yuxunun pozulması;
• iştahanın azalması.

Depressiv simptomların sayından və onların ifadə dərəcəsindən asılı olaraq ayırd edilir:
Yüngül dərəcəli depressiv epizod (F32.0)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 2 əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların heç biri əhəmiyyətli dərəcədə nəzərə çarpan olmamalıdır;
Orta dərəcəli depressiv epizod (F32.1)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 3 (əksər hallarda 4) əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların bir neçəsi əhəmiyyətli dərəcədə nəzərə çarpa bilər (əgər simptomlar çoxdursa, bu, mütləq kriteri hesab olunmur).
Ağır dərəcəli depressiv epizod (F32.2)
• Hər 3 əsas simptom müşahidə olunmalıdır;
• Bundan əlavə bir qismi ağır olmaqla 4 və ya daha çox əlavə simptom müşahidə edilir.

Depressiyanın müalicəsi

Depressiyanın iki əsas müalicə üsulu var: dərman müalicəsi və psixoterapiya.
Depressiyanın müalicəsində istifadə olunan psixoterapiya metodlarına koqnitiv-biheyvioral psixoterapiya, interpersonal (şəxslərarası) psixoterapiya və psixodinamik psixoterapiya aiddir


Geri dön

EnD of TiMe

  • 17 mart 2012 12:51
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
Bilirdim bu haqda..Yeni melumatim variydi...T.W.K

enigmatic_girl

  • 16 mart 2012 23:31
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
cox pis seydi(((

--------------------

★Miss Love★

  • 16 mart 2012 23:21
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
maraqli xeber idi oxudum,тewekkurler

GlamouR_

  • 16 mart 2012 23:00
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
{awards}
Aydaa coox maraqlidir.Hemde coox pis haldi ALLAh depresiya olanlari depresiyadan cixarsin (AmiN)

--------------------

111_Shawmn Michaelais_111

  • 16 mart 2012 22:12
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
bir onu deye bilerem ki çox pisdi

--------------------


★Azerbaijan girl★

  • 16 mart 2012 22:04
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
ehhhhhhhhhhhhhhhh bilirem nedi bilirem twkler

Edward_Pattinson

  • 16 mart 2012 22:02
  • Məqalə: 21
  • Şərh: 176
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkk

--------------------
KaMo RaPpeR 1998'cı il 1Yanvar Azerbaijan / baku. 2013'da solo rap fəaliyyətinə start verib. Rap həyatına solo davam edir... ♥

Miss Lady

  • 16 mart 2012 22:01
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
Depressiyani men yasamisam yasiyiramdaaa.daha dogrusu yasadirlar.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 59
Cəmi: 84

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 225
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}