Almalı Qurabiyə

 
Almalı Qurabiyə

Almalı Qurabiyə

İçlik üçün:

3 ədəd alma
½ fincan şəkər tozu
½ çay qaşığı darçın
1 ovuc (təxminən 3/4 fincan) xırda doğranmış qoz (çox da xırda olmamalı,bir qədər iri doğranmalıdır)

Xəmir üçün:

2+3/4 fincan un
1/3 fincan şəkər pudrası
1 çay qaşığı qabartma tozu
250 qram duzsuz kərə yağı (otaq temperaturunda yumşalmış)
2 xörək qaşığı qatıq
1 xörək qaşığı limon qabığı rəndəsi

Şirniyyatın üzərinə səpmək üçün şəkər pudrası

Hazırlanması:

İçliyin hazırlanması: Almaların qabığı soyulur. Soyulub təmizlənmiş almalar sürtgəcin iri gözündən keçirilir.Tavaya yaxud geniş qazana tökülür. Üzərinə şəkər tozu əlavə olunur,qarışdırılır. Aşağı –orta dərəcəli odda hərdənbir qarışdırılaraq,təxminən 10 dəqiqə,alınmış şirə qurtaranadək bişirilir. Sonra tava odun üzərindən götürülür və otaq tempraturunda soyudulur. Soyuduqdan sonra üzərinə qoz,darçın əlavə edilir və qarışdırılır. Hazır içlik bir kənara qoyulur.
Xəmirin hazırlanması: Böyük bir qaba un,şəkər pudrası və qabartma tozu tökülür və qarışdırılır. Daha sonra qalan ərzaqlar qatılır,qarışdırılır və xəmir yoğrulur. Xəmir yumşaq olmalıdır,bərk yox.

Üzəri yağlanmamış 2 list hazırlanır. Soba 190C –də qızdırılır.
Almalı Qurabiyə

Xəmir 4 hissəyə bölünür və kündələnir. Kündələrin hər biri 22 sm diametrində oxlovla yayılıb açılır. Yayılmış dairəvi xəmir iti bıçaqla 8 hissəyə kəsilərək bölünür /şəkildəki kimi- klin formasında/. Çay qaşığıyla içlikdən götürülüb kəsilmiş xəmirlərin geniş olan hissəsinə qoyulur və nazik hissəsinədək burulur.Hazır qurabiyələr bişirləcək listin üzərinə yerləşdilir. Kənarları tündləşənəcən,12-15 dəqiqə bişirilir (qurabiyənin üzəri isə ağ qalmalıdır). Sonra list sobadan çıxarılır və qurabiyələr tamamilə soyudulur. Soyuduqdan sonra qurabiyələr dayaz boşqaba yığılır,üzərinə çoxlu şəkər pudrası səpilir.


Geri dön

Nuray2012

  • 10 aprel 2012 15:28
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
dadlidi deyesen smile

--------------------

AysU_DilarE

  • 17 mart 2012 15:39
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
men ondan biwirirem ama icine beze ve qoz qariwiqi vururam almaylada deneyerem twkler

--------------------

Zaurcik2011

  • 17 mart 2012 15:15
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
beh beh olsada yesek!!!!eline saliq

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

★Miss Love★

  • 17 mart 2012 14:42
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
men hazirlaуa bilmirem amma olsa уaxwi уeуerem smile

Deniz

  • 17 mart 2012 14:37
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Ayyy bu kurabiyelerin en guzel kismi Yemek:))) Hazilanma By_ Mother:)

enigmatic_girl

  • 17 mart 2012 14:21
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
qeseng gorunur...men de istedim(((

--------------------

VIPTOZ

  • 17 mart 2012 14:14
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
yemisem.ama hazirlamaq menlik dyil tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

EnD of TiMe

  • 17 mart 2012 13:54
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Deyesen yemisem bundan...T.W.K

mir_yusif

  • 17 mart 2012 13:39
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
olsa yiyerdim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}