“Möhür” nədir və biz niyə “Möhürlə” Namaz qılırıq?

 
“Möhür” nədir və biz niyə “Möhürlə” Namaz qılırıq?

“Möhür” nədir və biz niyə “Möhürlə” Namaz qılırıq?

Bismillahir Rəhmanir Rəhim.
Bəziləri çox vaxt avam və savadsız camaatı aldadaraq belə bir iradla üz-üzə qoyurlar: “İmam Hüseynin türbətinə, daşa və ya çubuq parçasına hazırlanmış möhürə səcdə etmək şirkdir”.

Biz bu iradlara cavab verərək deyirik ki; “Torpağa, həsirə, möhürə olunan səcdə ilə xalça, palaza və döşəməyə olunan səcdə arasında nə fərq var? Əgər möhürə səcdə ona pərəstiş sayılırsa onda xalçaya və palaza olan səcdədə onlara pərəstiş sayılmalıdır!”.
Bütün dünya müsəlmanları müəyyən bir şeyin üzərinə səcdə edirlər. Halbuki onların səcdəsi yalnız Allah üçündür. Allah evinin ziyarətçiləri Məsçidül-Həramın daşlarına səcdə edirlər, onların əsas hədəfi Allaha səcdə etməkdir. Şiələr səcdədə üç defe “Sübhanellah” (Allahın zatı her növ əyibdən, nöqsan və şirkdən pak-pakizədir) və yaxud “Sübhanə rəbbiyəl əla və bihəmdi” (mənim Pərvərdigarım hər növ eyib və nöqsandan pak-pakizədir, mən ona həmd və sitaiş edirəm) deyirlər. Bu irad və ittiham puç, məntiqsiz, onu deyən isə biçarə və zavallı, savadsız, Qur`an və sünnədən bir şey bilməyən bədbaxtdır.

Burada iki ifadealınır:
1) Essucudu ələyh (onun üzərinə səcdə etmək)
2) Essucudu ləhu (onun üçün səcdə etmək)
Bu ifadəlerin arasında olan fərqlər aydın və bunun mənası o deyildir ki, əgər müəyyən bir şeyin üzərinə səcdə ediriksə, bu həmən şeyə pərəstiş olmuş olsun. Əksinə torpağa, bitkiyə, həsirə və s. şeylərə səcdə etməyin mənası Allah hüzurunda bəndəçiliyin son həddini izhar etməkdən ibarətdir.

Allah (c.c)-u Quranda buyurur:

“Göylerde ve yerde olanların hamısı Allah üçün secde edir”.(Rəd surəsi, ayə 15)

Verilən suallardan biridə budur:
“Nə üçün siz xalçaya səcdə etmirsiniz, torpağa, həsire və ona oxşar şeylərə səcdə edirsiniz?”.

Cavabında deyirik:
“Peyğəmbər (s) buyurur: Torpaq (yer) mənim üçün səcdəgah və pak-pakizəlik vasitəsi qərar verilmişdir”. Buxari 1 c. Səh 91. Hədis № 2(Kitabus-Səlat)

Sonra əlave edib deyirik ki, Rəsulallahın səcdə etdiyi yerdə xalça palaz olmamış, əksine o Həzrət (s) torpağın və qumun üzerinə səcdə edirdi. O Həzrət (s) və onunla olan bütün müsəlmanlar torpağın və ya qumun üzərinə səcdə edirdilər. Bizdə onlara tabe olaraq torpağa və ya quma səcdə edirik. Şiələrin əqidəsinə göre, istər daş, istərsədə torpağa olmasından asıllı olmayaraq, torpağın bütün hissələrinə səcdə etmək olar. İkincisi bunu nəzərə almaq lazımdır ki, səcdə yerinin pak olması namazda şərtdir. Nəcisə və nəcasətə bulaşmış yerə səcdə etmək olmaz.
Buna görədə pak torpaqdan hazırlanmış möhür götürüb, namaz vaxtı üzərinə səcdə etdikdə rahat oluruq ki, pak torpağın üzərinə səcdə edirik. Əgər biz bir ovuc torpağı və ya qumu cibimizə töküb hardasa namaz qılmaq istəsək, onda paltarımızı və namaz qıldığımız yeri (evi və ya məsçidi və s.) bulamış olarıq ki, bu əlavə narahatçılığa səbəb olar.
İstər yumşaq torpaq istərsədə bərkimiş möhür - əsas məqsəd səcdə edərək Allah qarşısında daha artıq xuzu göstərməkdir. Çünki, torpaq əşyaların içərisində ən qiymətsizidir. Bizdə bədən üzvülərimizin ən qiymətlisini – alnımızı ən dəyərsiz şey olan torpağın üzərinə qoyub secdə edirik ki, daha artıq xuzu ilə Allaha ibadət etmiş olaq. Çünki, əgər insan səcdə halında öz alnını qiymətli səccadəyə, qızıl, gümüş, palaz, paltar, libas, xalça və s. kimi qiymətli şeylərə qoysa onun Allah müqabilində bəndəçilik və xuzu dərəcəsi azalacaqdır. Ola bilər ki, bu halda ümumiyyətlə, Allah qarşısında bəndəçiliyə və kiçilməyə səbəb sayılmaz. Bundanda əlavə, xalçalar və palazlar daim ayaq altında olduğundan onlara səcdə etmək sağlamlıq üçün zərərli sayıla bilər.

Hişam ibni Həkəm deyir:
“İmam Sadiq (ə.s)-dan üzərinə səcdə ədilməsi səhih olan şeylər barəsində soruşduqda buyurdu: Səcdə yalnız yerə və ondan cücərənlərə - yeməlilərdən və geyməlilərdən başqa – edilməlidir.
Dedim: Sənə fəda olum, bunun səbəbi nədir?
Buyurdu: Səcdə Allah üçün itaət və bəndəçilik əlamətidir və yeməlilərin və içməlilərin üzərinə edilməsi laiq deyildir. Çünki, dünyapərəstlər yemək və geyinmək qullarıdır, halbuki, insan səcdə zamanı Allaha pərəstiş edir, deməli öz alnını dünyapərəstlərin məbudu olan, onların məftunu olduqları şeylərin üzərinə qoyması yaxşı deyildir. Torpağa səcdə etmək daha yüksək və daha yaxşıdır. Çünki, böyük Allahın müqabilində bəndəçilik və xuzu etmək daha yaxşıdır.(Biharul Ənvər 85 c.səh 147.)

Əhli Sünnənin alimləri bu mətləbi öz kitablarında bəyan etmişlər:
Peyğəmbər Əkrəm (s) buyurur: Torpaq mənim üçün səcdəgah və paklıq səbəbi qərar verilmişdi. (Sünnen Beyhəqi 1c.səh 212), (Buxari (Təyəmmüm kitabi) fəsil 1.hədis № 335), (İbni Teymiyyə (İqtizaus – Siratul – Mustəqim) səh.332)

Hədisin mənası onu ifadə edir ki, - Qərar verilmişdir – sözündə məqsəd, İlahi bir hökümdür ki, İslam dinində olanlar bu hökmə - İlahi hökmə əməl etməlidirlər. Deməli, torpağa səcdə olunması Allah tərəfindən təyin olunan İlahi qanundur.

Ümmü Sələmə deyir:
“Peyğəmbər (s) buyurdu: Üzünü (səcdədə) Allah üçün torpağa qoy.”
(Müttüqi Hindi. “Kənzul Ummal” 7c. səh 465 hədis № 19809 (hələb çapı)

Vali ibni Həcər deyir:
“Peyğəmbər Əkrəm (s) səcdə edərkən alnını və burnunu torpağa qoyurdu.”
(Cəssas Hənəfi “Ehkəmul Quran” 3c. səh 209.(bəyrut çapı).)

Əbu Səid deyir :
“Peyğəmbər Əkrəm (s) hüzuruna getdim, halbuki O, həsirə namaz qılırdı.” (Sünən Bəyhəqi 2c. səh 421.)

Cabir İbni Əbdullah Ənsari deyir:
“Zöhr namazını Peyğəmbərlə (s) qılırdım. Bir ovuc çınqıl götürüb əlimdə saxladım ki, soyusun və səcdə edən zaman alnımı onların üstünə qoyum. Bu da kəskin isti olduğuna görə idi”. Ravi sonra əlavə edir: “Əgər bədəndə olan libasa səcdə etmək caiz (icazəli) olsaydı, bu iş daş parçalarını soyutmaqdan dahada asan olardı.” (Əhməd İbni Hənbəl “Müsnəd ”3c. səh 327), (Sünən Bəyhəqi 1c. səh 439.)

“Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istilyi alnını yandırmasın deyə əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Həzrət (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağa işarə edir və əmr edir ki,alnını yerə qoysun.” (Əhməd İbni Hənbəl “Müsnəd ”4c. səh 315), (Sünən Bəyhəqi 2c. səh 105), (Əsqəlani “Əl İsabə” 2c. səh 201).

“Məsruq ibni Əcəd səfər zamanı özü ilə kərpic aparardı ki, gəmide onun üzərinə səcdə etsin.”
(Məhəmməd ibni Səd “Təqabətul Kubra” 6c. səh 79.)

Nafə deyir:
“Abdullah ibni Ömər səcdə edərkən alnındakı parçanı kənara çəkirdi ki, öz alnını torpağa qoysun.” (Sünən Bəyhəqi 2c. səh 105)

Rəzin deyir:
“Əli ibni Abdullah ibni Abbas mənə yazdı: Merva dağının daşlarından bir parçasını mənim üçün göndər ki, ona səcdə edim.” (“Əxbaru Məkkə” 3c. səh 151.)

Bu hədislərdən məlum olur ki, torpağa səcdə Peyğəmbərin (s) sünnəsi, onun səhabəsinin əməl etdiyi elə bir işdir ki, bunu əsla inkar etmək mümkün deyil.

İmam Sadiq (ə.s) buyurur:
“Yerə səcdə etmək Allahın hökmünü, həsirə səcdə etmək isə Peyğəmbərin (s) sünnəsidir.” (Vəsailüş Şiə 3c. səh 593.)

Peyğəmbər (s) İlahi vəhiy vasitəsi ilə icazə verildiyindən O Həzrət (s) həsirədə səcdə edirdi. Bu Əhli Sünnənin kitablarında da qeyd olunur. (Əhməd ibni Hənbəl “Müsnəd” 2c. səh 191-197. 6c. səh 179; 309; 331; 377.)

Elə bu sübutlara əsasən Şiə məzhəbi yerə və yaxud yerdən bitən (yeməli və geyinməli olmayan) və hətta həsirə səcdə edirlər.

“Möhür” nədir və biz niyə “Möhürlə” Namaz qılırıq?


Geri dön

_N_

  • 17 mart 2012 17:58
  • Məqalə: 2
  • Şərh: 71
  • Bal:
Men ise mohurle qiliram oxudum tesekkurler

--------------------
Unutsun beni demişsin, bu bana imkansız geliyor. Çünkü unutmam için önce seni hatırlamam gerekiyor.

.♣.Chrysalis.♣.

  • 17 mart 2012 15:35
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
MARAQLI IDI OXUDUM.MEN MOHURSUZ QILIRAM BILKMIREM NE DERECEDE DUZDU ONU ANCAQ O DUNYADA BILE BILERIK.
COX SAG OL GOZEL XEBERIN UCUN CANIM

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

mir_yusif

  • 17 mart 2012 14:50
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
tesekkuller

★Miss Love★

  • 17 mart 2012 14:44
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
bilmirdim maraqli idi oxudum тewekkurler=)

enigmatic_girl

  • 17 mart 2012 14:20
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Tesekkurler...bunu hec dusunmemisdim))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}