Həyat dediyin əslində "sevgi" deyilmi?

 
Həyat dediyin əslində "sevgi" deyilmi?

Bəzilərimiz bağışlamağa o qədər meylliyikdir ki əslində! Hətta hər insan... Möhtacıq bəlkə də hamımız bəzilərinə inanıb güvənməyə və buna görə də səhvləri olsa da güvəndiklərimizin, bəlkə də sırf tutuna biləcək bir dal tapmaq uğruna bağışlayırıq onları. Ürəyimizi nə qədər qırırlar qırsınlar, öz özümüzə bir daha üzlərinə baxmamağa and içsək də, bizə atılan bir addıma qaçaraq cavab verməyə o qədər məcburuq ki!..

İçində olduğumuz çətin anları sovuşdurmaq üçün gözəl sabahlara ehtiyacımız var. Yalan da olsalar şirin vədlərə. .."Bir cəfa çəkirəm amma dəyəcək bilirəm." deyə bilmək istəyirik heç olmasa.

Həyatımızı bütün əksiklikləriylə qəbul etmək lazımdır, mənə görə. Bunu nə qədər edə bildiyimizsə müzakirə edilir. Səhər xoşbəxt oyanmaq, gecələri xoşbəxt girmək yatağa... Bəzən yenə doğulduğu üçün günəşi günahlarıq, hirslənərik ona. Bizi yuxudan oyandırır deyədir reaksiyamız. Bəlkə də gedəcək gözəl bir yerimiz yoxdur. Kimimizin qalxıb birlikdə nahar edə biləcəyi bəziləri yoxdur. Bəzi səhərlərsə gülümsəyərək oyandırar bizi günəş. Biz də qaşqabağını tökərək deyil də gülümsəyərək "sabahınız xeyir" deyərik ona. Birlikdə nahar edə biləcəyimiz, bu gün hansı geyim geyinsəm, hansı çantamı alsam deyə soruşa biləcəyimiz bəziləri vardır yanımızda. Küçəyə çıxınca işığımız hər yerə vurar. Pişiklərə, ağaclara, səkilərə - inanması çətin - o beton yığınlarına.. Hər səhər qulağınıza taxıb, xarici dünyayla bağlarınızı qopardığınız qulaqlığınızı bu səhər evdə buraxmısınız bəlkə də. Bəlkə də, əlinizə alıb cibinizə geri qoymusunuz.

İnsan yaxşısıyla pisiylə min bir növ şey yaşayır. Bir nəfəsə qırx söz sığdırırıq bəzən, bəzənsə saatlarla susuruq. Bəzən gülməkdən yaş gəlir gözlərimizdən, bəzən ağlamaqdan. Bəzən dirəşirik mübarizə etməkdə, bəzən qəbul edirik məğlub olduğumuzu. Cəsur ola bilməsək də cəsur kimi görünməyə çalışırıq çox vaxt həyata. Və bütün bu yaşadıqlarımızın adına da "həyat" deyirik qısaca...

Nə qəribə elə deyilmi? İllərimizi verib yaşadıqlarımızı, beş hərflə bir sözcüyə sıxışdırırıq. Amma həyat bunlardan ibarət deyil əlbəttə! Yaradana əl açmaq, bəzilərinə bağlanmaq, bəlkə bir ağaç əkmək, bəlkə bir çiçəyi sulamaq, bəlkə bir quşa çörək qırıntıları vermək, həyata belə bir göz gəzdirib dolu dolu gülümsəmək də var...

Bəlkə də o beş hərf bunlardan ibarətdir?!... Biz hər nə qədər "mən" mərkəzli yaşasaq da, bizdən başqalarının da nəfəs aldığını fərq etmək və onu sevməkdir bəlkə də. Var oluş səbəbini "sevgi" olaraq görə bilmək...


Geri dön

Nuray2012

  • 11 aprel 2012 16:31
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
Cox sagol .........

--------------------

enigmatic_girl

  • 17 mart 2012 23:28
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
İçində olduğumuz çətin anları sovuşdurmaq üçün gözəl sabahlara ehtiyacımız var. Yalan da olsalar şirin vədlərə. .."Bir cəfa çəkirəm amma dəyəcək bilirəm." deyə bilmək istəyirik heç olmasa.

--------------------

Zaurcik2011

  • 17 mart 2012 17:34
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
seve bilenlere.heyati yasaya bilenlere heyat ele ozu sevgidir

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

..:MeleK kiz:..

  • 17 mart 2012 17:23
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
gozel yazidi beyendim

mirsaab

  • 17 mart 2012 17:01
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
hiiiiiiiiiii tesekkurler smile

TESEKKURLER

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

al yazmalim:))

  • 17 mart 2012 16:50
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
tesekkurlerr

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

EnD of TiMe

  • 17 mart 2012 16:40
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
oxudum..pis deyildi..Ama gorduyumuz her seyi sevgiye baglamaq da duzgun deyil mence...xebere gore T.W.K

★Miss Love★

  • 17 mart 2012 16:31
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli idi axira kimi oxudum eziууeтe gore тewekkurler=)

Deniz

  • 17 mart 2012 16:30
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Elbette ki sevgidi. Ailemize, dostlarimiza, sevgilimize, deyer verdiyimiz her seye olan sevgidi... AMA sevdiyimiz insanlardan qarsiliq gormeyende:((((( tesekkurler bacim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 56

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}