İtalyan qadının qüruru...sinyoritta Scicolone

 
İtalyan qadının qüruru...sinyoritta Scicolone

Kimin ağlına gələrdi ki,yoxsul Pissuoli qəsəbəsindən olan bu qızcığaz Romaya gedib çıxacaq? Qonşu oğlanları onun arxasınca düşüb "Dişqurdalayan, dişqurdalayan" deyərək,çox çəlimsiz olduğuna görə ələ salırdılar.Arıqlığının səbəbi isə heç də kəskin pəhrizlər deyildi.Sadecə,ailənin doyunca yemək almağa pulu və bu pulu qazanacaq başçısı yox idi.

Yunan dilində Sophia - "müdriklik" deməkdir...O həqiqətən də öz həyatını müdrikcəsinə dəyişməyi bacardı və bir qadının arzulaya biləcəyi hər şeyi əldə etdi: uğurlu karyera,xoşbəxt ailə həyatı,ana olmaq sevinci...

İtalyan qadının qüruru...sinyoritta Scicolone

İtalyan qadının qüruru...sinyoritta Scicolone

Sophia Scicolone (Sofia Şikkolone) 1934 -cü il,senytabrın 9-da yoxsullar xəstəxanasına dünyaya göz açıb. Sophianın uşaqlıq illəri ikinci dünya müharibəsi dönəmində və dənizin kənarında yerləşən Pissuoli qəsəbəsinin yoxsul daxmalarının birində keçir.Amma yoxsul daxmada böyüyən bu zavallı qızcığaz 15 yaşına çatanda çox gözəl və ucaboy gənc qıza çevrilir. Anasından dəstək alan gənc Sophia hündürdaban ayyaqqabı və cəlbedici çimərlik geyimində dəniz kənarında keçirilən "Dəniz şahzadəsi" müsaqibəsinə qatılır.Beləkilə 1949 - ildə sinyoritta Scicolone "Dəniz şahzadəsi" adına layiq görülür...Bir il sonra daha bir uğura imza atır.Sophia Romada keçirilən milli gözəllik müsaqibəsində "Miss Zəriflik" titulunu qazanır.

İtalyan qadının qüruru...sinyoritta Scicolone

İtalyan qadının qüruru...sinyoritta Scicolone

İtalyan qadının qüruru...sinyoritta Scicolone

Amma Sophia aktrisa olmaq qərarına gəlmişdi.O kinoya çəkilmək arzusunda idi.Nəhayət ki,Sophia kinoda 1-ci baş rolunu əldə edə bilir.Bu, "Dənizlər arxasındakı Afrika"("Africa Sotto i Marri") filmi olur.Prodüser Sophia-ya deyir: "Bu rol sizindir, amma bir məsələ var...Nəsə sizin soyadınız mənim xoşuma gəlmir.Scicolone yox bir...Bu çox vulqar səslənir" O bunu deyib gözlərini divardakı plakatlardan birinə zilləyir.Bu plakat baş rolunu aktrisa Martha Torenin oynadığı bir filmə aid idi.Prodüser "Bax Toren əla səslənir,amma bu artıq mövcuddur" deyərək bu soyaddakı 1-ci hərfin yerinə bütün samitləri sadalamağa başlayır və nəhayət "L" hərfinin üzərində dayanır...Məşhur Sophia Loren belə "yaranır")))
Amma hələki o nə aktrisa nə də ulduz idi.Sophia sadecə,İtalyanlarda bu cür nadir hallarda rast gəlinən gözəlliyə,temperamentə,və ambisiyaya malik bir qız idi.

İtalyan qadının qüruru...sinyoritta Scicolone

İtalyan qadının qüruru...sinyoritta Scicolone

Amma bütün bunlar və üstəlik möhkəm irədə,inadkarlıq,əməksevərlik,anasının dəstəyi belə "ulduz"olmaq üçün yetərli deyildi.Bunun üçün həm də bəxtin gətirməliydi.Və akrtisanın bəxti onda gətirir ki Vittorio de Sica kimi sənətkarla qarşı-qarşıya gəlir.Sonralar Sophia etiraf edir: "Mən onu çox sevirdim.Bizim "sevgi tarixçəmiz" 20 il çəkdi,nəticəsi isə 14 filmdən ibarət oldu." Rejisor və aktyor Vittoriyo de Sika Loreni kəşf etməklə yanaşı həm də onun müəlliminə çevrilir.Onların ilk birgə işi "Neapol qızılı" filmi olur.1955 - ci il " Sophia Loren ili " elan olunur...O, Alfredo Rizzie, Alessandro Blasetti ,Giovani Soldati kimi rejisorların filminə çəkilir,əsas rəqibləri sayılan Silvana Mangano və Giba Lollobrigidanı geridə qoyur.

İtalyan qadının qüruru...sinyoritta Scicolone

İtalyan qadının qüruru...sinyoritta Scicolone

İtalyan qadının qüruru...sinyoritta Scicolone

1956-cı ildə Sophia Loren Amerikaya yollanır.Onun qazandığı uğur inanılmaz idi.Məşhur Hollywood rejisoru Stanley Kramer onu "Qürur və ehtiras" filminə çəkilməyə dəvət edir.
Daha sonra Sophia Amerikada 4 illik müqavilə imzalayir və "Delfinin üstündəki oğlan", "Timbuktu", "Qara səhləbçiçəyi", "Qarağac altında məhəbbət", "Açar",”Milyoner qadın” filmlərinə çəkilir.Bu Sophianın xaricdə çəkildiyi filmlərinin tam siyahisi deyil.Sophia Hollywooda İtalyan aksenti ingiliscəsi ilə bir çox filmdə oynamışdır.Və bu filmlərdə italyan olduğuna görə "R" hərflərini basqın deməsi ona ayrı bir şirinlik qatmış və gözlərindəki ovsunlayıcı gözəllik onun ardından qaçan kütlələrin sayını günü gündən artırmışdır.Bir sözlə o Amerikda kifayət qədər şöhrət və uğur qazanır.

İtalyan qadının qüruru...sinyoritta Scicolone

İtalyan qadının qüruru...sinyoritta Scicolone

Amma Loren hiss edirdi ki, o " şah əsərini" doğma vətənində,İtalyada, məhz Vittorio de Sicanın filmində yaradacaq...Amerikadan qayıdan Sophia prodüser Carlo Ponti ilə ailə həyatı qurur və yenidən sevimli rejissoru Vittorio De Sica ilə çalışmağa başlayır.Həmin vaxt De Sica yazıçı Alberto Moravianın "Çoçora" adlı antifaşist romanı əsasında film çəkməyə hazırlaşırdı.Bu filmdə Çezira rolunu aktrisa Anna Magnani, onun qızını isə Sophia Loren oynamalı idi.Amma Sophiaya qarşı kin bəsləyən və onun gözəlliyinə paxıllıq edən Magnani roldan imtina edir və artıq tarixə düşmüş bu ifadəni işlədir "Mən bu uzundırazın anasını oynayacağam?".Və onu dilə tutmağa çalışan Vittorio de Sicaya Magnani istehzayla deyir: "Qulaq as Vittorio,əgər bu Loren sənin belə xoşuna gəlirsə, ana rolunu ele ona ver ". Bir çoxları 28 yaşlı Sophianın ana rolunu bacaracağına tərəddüd etsədə...amma Sophia bunu bacarır. Magnaninin ironiyayla dediyi bu sözlər əslində gərçək olur.Bu roluna görə Sophia saysız- hesabsız mükafatlar qazanır və dünya kinosunda inqilab yaradır. Mukafatlar arasında İtalyada ən yaxşı qadın roluna görə aldığı "Gümüş lent" və Amerikada ən yaxşı xarici aktrisa kimi qazandığı "Oscar" mükafatları da var.

İtalyan qadının qüruru...sinyoritta Scicolone

İtalyan qadının qüruru...sinyoritta Scicolone

Beləkilə “Çoçara” filmi ilə kinoda “Loren dövrü” başlayır. Həmin dönəmdə Lorenin yaradıcılığında bu filmlər mühüm yer tutur: “Bokaçço -70” ,”Altonun yalançıları” ,”Dünən,bu gün,sabah” , “İtalyansayağı nigah”və s.Həmin dövrdə Loren təkcə İtalyada deyil Amerikada və Avropanın başqa ölkələrində də filmlərə çəkilirdi.1969 –cu ildə Loren Marcello Mastroianni ilə birlikdə Vittorio De Sicanın SSRİ – də lentə aldığı “Günəbaxanlar”filminə çəkilir.Məhz həmin il Hollywood jurnalistlərinin 38 ölkədə keçirilən sorğusu nəticəsində Sophia Lorenə Dünyanın ən məşhur aktrisası kimi “ Golden Globus” (“Qızıl kürə”) mükafatını təqdim edirlər. 70 ci ilin əvvələrində Sophia “Yaşayaraq və Sevərək” kitabını yazır.Və bu kitabın satışa çıxması ilə də dünyada rekord alıcı kütləsi ilə misilsiz partlayış baş verir.1980 –ci ildə isə Sophia “Sophia Lorenin hekayəsi” filminə çəkilir və həm anası Romilda Villanın həm də öz obrazını canlandırır.

İtalyan qadının qüruru...sinyoritta Scicolone

İtalyan qadının qüruru...sinyoritta Scicolone

Sophia Loren haqqında bir neçə maraql fakt:

♥ Cinsəllik haqqında söyləmişdir “Cazibədarlığın yüzdə əllisi sahib olduqlarınız, digər yüzdə əllisi isə insanların sahib olduqlarınız haqqında nə düşündükləridir”
♥ Müxbirin şans barəsindəki sualına gülümsəyərək və təvazökarlıqla belə cavab vermişdir “Mənim doğuştan iki böyük şansım var idi.çox ağıllı və çox kasıb olmağım”
♥ Loren qadın gözəlliyi haqqında demişdir: “Öz gözəlliyinə tam əmin olan qadın əvvəl axır başqalarını da buna inandırmağı bacarır”
♥ Sophia Loren öz zaraftaları ilə də məşhurdur.Tam bir spagetti xəstəsi olan Sophianın spagetti sevgisini bütün dünya bilir.və hətta bir dəfə o bu haqqda demişdir. “Qazandığım hər şeyə, bütün uğurlarıma görə spagettiyə borcluyam”
♥ Lorenin spagetti sevgisi bununlada bitməyib “Mən bu pulu qazanmaq üçün nə qədər çalışıram, heç bilirsən sən?” demiş və hələ xarab olmamış spagettini zibil vedrəsinə attıdığı üçün xidmətçisini evindən qovub zamanında.
♥ Şəxsi həyatı haqqındakı sualları belə cavablandırmışdır “Əgər mənə dünyanın ən yaxşı və ən mühüm rolunu təklif etsəydilər,amma həmin rol mənim bir həyat yoldaşı və bir ana kimi adıma xələl gətirsəydi düşünmədən ondan imtina edərdim.Çünki kino kinodur.Həyat isə mənim həyatımdır”
♥ Ən məşhur və hətta indi adına mükafat belə verilən rejissor Cecile B. Demille gənc Sophianı ilk gördüyündə demişdir “İnsan bu qızın gözəlliyinə bütün dünyaları verər”
♥ Loren Italiyanın divası, stil ikonu, ideal qadını və italyanların qadın qüruru sayılır...Hətta İtalyanlarda belə bir məşhur zarafat da var.”Dünya kinosu bizə borcludur.Çünki biz onlara Sophia kimi mələk vermişik”...Və hər il Sophianin doğum günü İtalyada böyük bir bayram kimi qeyd olunur.
♥ Məşhur rejissor Stanley Kramer Sophia haqqında artıq tarixə düşmüş bu fikiri söyləyib “Mən Marlin Manroe, Brigette Bardot, Audrey Hepburn kimi aktrisaların hamısını gözəl tanıyıram...Amma onların heç biri Sophia kimi qürürlu olmağı bacarmadı.Ona görə soyunaraq aktrisalıq edən Brigette Bardotu deyil,yaşayaraq oynayan Sophianı örnək alın”
♥ Sophianın boyu 1.78 gözlərinin rəngi isə bal-qonur rəngi qarışığıdır...Sophianın gözləri işıq düşdükdə rəngini dəyişir...Məşhur rejisor Vittorio de Sica bunu biləndə yarı zarafat yarı ciddi deyib.”Sophia, düzünü de sən kişiləri ovsunlamağa göndərilən mələksən yoxsa qadınları qısqanclıqdan öldürmək üçün göndərilən şeytan?...gözəlliyin,bacarığın,isdedadın hətta gözlərin belə digər qadınlardan səni çox fərqləndirir...Gözlərin həqiqətəndə ovsunlayır insanı.”
♥ Sophia hal –hazırda 77 yaşındadır.Karletto və Eduardo adli iki oğlu və nəvələri var.


Geri dön

enigmatic_girl

  • 18 mart 2012 01:27
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Maraqli xeberdir))) tesekkurler..)))

--------------------

★Azerbaijan girl★

  • 17 mart 2012 23:53
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
cooooooooooooooooooox cazibedar xanimdi coox xosuma gelir gozellik buna deyellereeeee

Cover Drive

  • 17 mart 2012 22:28
  • Məqalə: 0
  • Şərh: 33
  • Bal:
{awards}
Gözləri çox gözəldi və cazibədar xanımdı

★Miss Love★

  • 17 mart 2012 20:37
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli idi hamisini maraqla oxudum тewekkurler=)

EnD of TiMe

  • 17 mart 2012 20:37
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Qeseng qadin olub aa..T.W.K

tontonun anasi

  • 17 mart 2012 19:57
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
xowuma gelir Sofi lorenden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 7
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}