Ölüm anı

 
Ölüm anı

Həyatımda heç yaşamadığım bir hadisə idi nə olduğunu başa düşə bilmirdim. Üzərimdə bir örtü vardı. Və ətrafımda insanlar hıçqıra hıçqıra ağlayırdı. Nə olduğunu hələ anlamırdım. Niyə üzərimdə örtü vardı və nələr olurdu. Əllərimi oynada bilmir, tərpənə bilmirdim. Allahım, nələr olurdu, mənə nələr olmuşdu. Ayağa qalxmaq istəyirdim. Amma qalxa bilmirdim. Ana, haradasan?Səsini eşidirəm, amma səni görə bilmirəm. Niyə ağlayırsan ana... Yanıma gəl, üstümdəki örtüyü götür. Mən götürə bilmirəm ana...

Bir ara bir əl üzərimdəki örtüyü götürdü. Bu atam idi və gözləri ağlamaqdan şişmişdi. Niyə ağladın ata... Mən haradayam? Niyə danışa bilmirəm? Anam da oradadır, anam yıxılmışdı sanki.

Ölüm anı

Ağlayırdı, həm də hıçqıra hıçqıra.

Ağlama ana!

Aman Allahım! Əfsus! Mən ölmüşdüm. Bəli mən ölmüşdüm və bu ətrafımdakı insanlar mənim cəsədimin üzərində ağlayırdılar.

Ağlama ana! Ağlama ata!

Allahım! Mənə kömək et, mənə dayanma gücü ver.

Anam üzərimə yatdı və ağlamaya davam etdi. Bir tərəfdən də "oğlum, balam, niyə bizi buraxdın"deyirdi.

Ana! Ana! Ağlama ana.

Ya atam?

Heybətli atam, evimizin dirəyi atam. Ağlama ata! Nə olar ağlamayın. Qardaşlarım, qonşularımız, hamısı ağlayırdılar.

Ana, səni son bir dəfə öpmək, iyləmək, sarılmaq istəyərdim, amma indi olmur ana.

Anam! Anam! Sonra üzərimi təkrar örtdülər. Məni bir tabuta qoydular. Evimizdən son dəfə çıxırdım. Həm də dönməmək üzrə Ana! Nə olar məni buraxma Ana! Getmək istəmirəm ...

Ölüm anı

Anaaaaaaaaaaaaaaaa…

Yağış yağır tabutumun üstünə. Damlaları eşidirəm. Məni məscidə aparırdılar son dəfə. Həyatımda getmədiyim məscidə son dəfə aparılırdım. Nə olar Allahım, aparmayın. Nə üzlə gedəcəyəm o məscidə! Həyatda getmək istəmədiyim məscidə aparmayın məni...

Və imamın ər adam niyyətinə dediyi... Haqqınızı halal edirsinizmi? "Bəli "səsləri nəyə qarşı...

Hamısına da haqqım keçmiş idi. Mən qul ola bilmədim, qardaş ola bilmədim, ALLAH hüzuruna necə gedərəm mən...

Ölüm anı

Allahım vayyyyyy!!!!! Vayyyyyyyy!!!!!

Məni son ziyarətgahıma aparırlar. Bəli, qəbirstanlığa! Allahım,aparmayın. Nə olar, aparmayın bu aciz bədəni. Məni tabutdan çıxardılar, kəfənimə atam sarıldı, anam uzaqdan seyr edirdi. Ağlamaqdan göz yaşları qurumuşdu. Ana! Məni al yanına ana... ana...canım anam... getmə məni buraxma ana...

Atam sarıldı kəfənimə gözyaşları içində. Məni 2 metr dərinlikdəki məzara endirdi. Öpdü kəfənimi, sarıldı sarıldı, oğlum dedi qulağıma.....

Ataaaaaaaaaaaaaaaaam!!!! Getmə, məni buraxma.

Sonra çıxdı ağlayaraq.

Ölüm anı

Üzərimə daşlar düzdülər. Torpaq tökdülər. Tək başıma qalırdım. Tək başıma, kimsəsiz. Ana!

Haradasan ana...

Dualar edildi, kəlimeyi-tövhidim çəkildi.

Ən son atamla anam tərk etdi məni.Anam arxasını dönüb, dönüb baxırdı. Anaaaaaaaa, getməəəəəəəəəə!.. Anaaaaaaaaaaa,canım anam, buraxma məni, qaranlıq, palçıq, kifli bir yerdəyəm. Kimsə də yox. O anda başımda iki adam meydana çıxdı.

Kimsiniz? nə istəyirsiniz?..

Ölüm anı

Rəbbin kimdir? Dinin nədir? Nə deyəcəkdim, nə cavab verəcəkdim.Allahım, mənə bir fürsət daha ver.

Yalvarıram,bir fürsət daha. Amma keçdi deyirdilər. Keçdi, itirdin, sənin yerin təyin olundu, dünyada ikən Allahı tanımadın... Bizə gəldin artıq!

Bir ara bədənimdə bir əlin gəzişdiyini hiss etdim. Bu bizim ailə həkimimiz idi.

‘'Çox şükür övlad. Xilas oldun, ölümdən döndün'' deyirdi. Nə ölümdən dönməsi, həkim bəy?

Mən öldüm də, dirildim də. Çox şükür Rəbbimə, mənə bir fürsət daha verdi.

Ölüm anı

Və sonda...

Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız! (Ənkəbut surəsi 57ci ayə)

Allah bizlərə bu dünyada çox fürsətlər verir. Gəlin baxaq görək bu fürsətləri dəyərləndirə bilirikmi?

Kəlimeyi -Şəhadətimiz varmı?

Quran oxuyuruqmu? (ən azından tərcümə)

Namazımız varmı?

Orucumuz varmı?

Zəkatımız (sədəqəmiz) varmı?

Yaxşılıqlarımız varmı?

Allah rizası üçün hər şeyi qarşımıza alıb Allahın rizasını qazana bilirikmi? Allah rizası üçün xəstə ziyarəti, insanlarla xoş davrana, qonşularımızla yaxşı münasibət qura bilirikmi?

Gəlin hər gün özümüzü sorğüya çəkək və bu sualı hər zaman özümüzə təkrar-təkrar verək İnşallah.

Bu gün mən Allah üçün nə etdim?


Geri dön

Sevgi Yalniz Allaha

  • 19 mart 2012 17:07
  • Məqalə: 4
  • Şərh: 32
  • Bal:
ALLAH haminizdan razi olsun Rebbim hec kimi naumud buraxmaz Allah ozu komek olsun ve bu sonda saydigin nemetleribize nesib elesin cox tesirli idi cox sagol emeyin puc olmadi cox insan cox seyi anladi Rebbim buyurub ki,sen kimlese olanda meni unudursan yanindakini sevr onunla olursan tek qalanda ise menimle unutma ki men hami olanda da varam hec kim olmayanda da varam Rebbim bize 2 seyi verdi ki bolmeyek biri sevgi biri qorxu sevgini bolusuk sevgili nisanli ne bilim ne onu unutduq qorxunu bolusduk ozumuzden qorxular yratdiq rebbim buyurub ki mennen seytan qlelbinize girmeyi istedi vermedim yoxsa haminiz kafir olardiz ona gore de qelb Allahin mehremidir ne qeder emiz aparsaq axirete cennet derecemiz o qeder yuksek olar hami olumu dadacaq calis rahat ol ve qebr ezabi cekme

lubov

  • 19 mart 2012 13:13
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
{awards}
allah ozu komeyimiz olsun

kis masali

  • 18 mart 2012 18:30
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
oxuyub aglamaq lazim deyil e he ozunuze sual verirsinizmen bugun borclarimi vere bildm allaha namaza gelin namaz qilin allah ureynizi temizleyecek qoruyacaq bizi her weyi allah rizasi ucun eliyek

--------------------
<3

..:MeleK kiz:..

  • 18 mart 2012 17:51
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
inanilmaz cox beyendim secilmiwlerede atdim cox tesir eledi mene

ceylan

  • 18 mart 2012 16:38
  • Məqalə: 0
  • Şərh: 207
  • Bal:
{awards}
Hamisini oxudum. yazi mene cox tesir eledi recourse

--------------------
~~Denizleri sevirsense~~
~~Dalgalari da seveceksen~~
~~Sevilmek isteyirsense~~
~~Evvelce sevmeyi bileceksen.~~~

Priya

  • 18 mart 2012 16:23
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Sizə çox təşəkkür edirəm,yazınız mənə çox şeyi xatırlatdı.Həqiqətən,yazınızı göz yaşları içində oxudum.

--------------------




Pink World

  • 18 mart 2012 15:42
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
coox maraqli idi..oxuyanda ozumden asili olmayaraq agladim...Tesekkur. recourse

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

ELECTRIK_GIRL

  • 18 mart 2012 14:29
  • Məqalə: 3
  • Şərh: 203
  • Bal:
{awards}
oxumadim cunki bilirem agligacam ama maraqlidi sagolun aglatdiginiza gore camaati feel

--------------------

✰GlaMurKa✰

  • 18 mart 2012 14:17
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun coxx maraqli idi
recourse

★Miss Love★

  • 18 mart 2012 13:55
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
dogurdan bunu oxuуanda cox pis oldum ozumden bir ixтiуar уawlar suzuldu gozumden recourse cox cox тewekkur edirem bu уazi ucun

nar_18

  • 18 mart 2012 13:44
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
cox tesirli oldu teshekkur edirem ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

EnD of TiMe

  • 18 mart 2012 13:37
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
He bir canli olumu tadacaq....Onun ucun bu dunyada Allahin sene bexs etdiyi her seyden yaxsiliq ve duzgunlukle istifade eliyib imtahandan ugurla kecmek lazimdi...Bunuda ozum de icinde olmaqla hamiya arzu edirem....T.W.K

SevgiHeyatdi

  • 18 mart 2012 13:13
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
tewekkurler.. cox tesir eledi..Allah hamimizin yardimcisi olsun .

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 66

 

Top 10 Müəllif

♔Hе важно∞
Xəbərləri: 2
Cəmi: 44
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 480
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}