"Kiyev" tortu (foto resept)

 
"Kiyev" tortu (foto resept)

Lazım olan ərzaqlar:

Yumurta ağı - 4 ədəd

Şəkər kirşanı - 450 qram

Un - 80 qram

Vanil - 1 qram

Qoz - 250 qram

Krem üçün :

Şəkər tozu - 150 qram

Kərə yağı - 500 qram

Yumurta sarısı - 1 ədəd

Süd - 110 qram

Vanil - 1.5 qram

Kakao - 50 qram

Bitki yağı - 50 qram

Hazırlanma qaydası :

Qoz və ya fındıq tavada biraz qovurulur, sonra xırda-xırda doğranılır.

"Kiyev" tortu (foto resept)

200 qram şəkər kirşanı ilə yumurta ağları bərkiyib parlaq hala düşənə kimi mikserlə çalınır.

"Kiyev" tortu (foto resept)

Ayrı bir qabda qalan 250 qram şəkər kirşanı, vanil, ələnmiş un və dəğranmış qoz qarışdırılır.
Bu qarışığa əvvəl hazırlanmış qarışıq (şəkər kirşanı və yumurta ağlarından ibarət qarışıq) əlavə edilib qarışdırılır.

"Kiyev" tortu (foto resept)

Yavaş-yavaş xəmir halına düşüncəyə kimi qarışdırılır

"Kiyev" tortu (foto resept)

Xəmir iki hissəyə bölünür. Yağlı kağız salınmış listin içərisinə tökülür

"Kiyev" tortu (foto resept)

Sobada 120 dərəcədə 2 saata yaxın bişirilir. Bişirilən zaman ilk 15 dəqiqə sobanın qapısı azca
aralı saxlanılır. Biskiviti bezeyə bənzəyir və xəmir çatlanmış formada olur.

Kremin hazırlanma qaydası :

Yumurta sarısı, şəkər, süd qarışdırılır, vam odda qatılaşana qədər bişirilir.
Hazır olandan sonra soyuması üçün kənarda saxlanılır.

[center]"Kiyev" tortu (foto resept)

Kərə yağı mikserlə çalınır, üzərinə hazırlanan südlü qarışıq soyuq halda əlavə olunur.

Sonra krem də iki hissəyə bölünür. Birninə kakao və bitki yağı əlavə olunur.

"Kiyev" tortu (foto resept)

"Kiyev" tortu (foto resept)

Səliqəli alınması üçün biskvit yanları açılan forma içərisinə qoyulur.

"Kiyev" tortu (foto resept)

Digər biskvit üzərinə qoyulur. Kənarları kremlənir.

"Kiyev" tortu (foto resept)

Kakaolu kremdən üzərinədə çəkilir

"Kiyev" tortu (foto resept)

Üstü bəzənilir.Tortun qıraqları isə biskvitin kənarlarından ayrılan qrıntılar ilə örtülür.

"Kiyev" tortu (foto resept)

" Kiyev " tortu artıq hazırdır.

"Kiyev" tortu (foto resept)

Hər birimizə nuş olsun!


Geri dön

enigmatic_girl

  • 18 mart 2012 16:18
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
qeseng gorunur))

--------------------

EnD of TiMe

  • 18 mart 2012 15:55
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
{awards}
elemek olar eslinde..tesekkurler...

★Miss Love★

  • 18 mart 2012 15:09
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
Dadli gorsenir,mamama deуecem hazirlasin.,тewekkurler winked

mir_yusif

  • 18 mart 2012 12:47
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
beh beh beh super

★Adriana★

  • 18 mart 2012 12:06
  • Məqalə: 238
  • Şərh: 2980
  • Bal:
{awards}
tesekkur edirem cox sagol

--------------------

nar_18

  • 18 mart 2012 11:48
  • Məqalə: 0
  • Şərh: 3337
  • Bal:
{awards}
siz bishirin biz yeyekde ele olmazki? winked ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}