Dini terminlər (2-ci hissə)

 
Dini terminlər (2-ci hissə)

QÜSL - İslam ehkamına görə, paklanmanın bir növüdür. Müsəlman şəxs cinsi əlaqədən sonra, habelə qadınlar heyz və nifas hallarından sonra mütləq qüsl almalıdırlar. Boynuna qüsl gəlmiş şəxs əvvəlcə başını və boynunu, sonra bədəninin sağ tərəfini, axırda isə sol tərəfini su ilə yumalıdır.

DƏSTƏMAZ - paklanmanın bir növüdür. Qüsldən fərqli olaraq, dəstamaz alan şəxs bədəninin yalnız bə"zi üzvlərini yuyur, yaxud onlara məsh çəkir (yə"ni yaş əlini həmin bədən üzvlərinin üzərinə sürtür). Namaz qılmaq, Qur"an yazısına, peyğəmbər və imamların adına toxunmaq üçün mütləq dəstəmazlı olmaq lazımdır.

EHRAM - həcc zamanı hacıların geyindiyi xüsusi libas. Ehram iki ədəd tikişsiz, ağ parçadan ibarətdir. Hacılar bu parçaların birini çiyinlərinə salır, o birini isə bellərinə bağlayırlar.

ƏCR - "savab" sözünün sinonimidir. Dini inanclara görə, insanın etdiyi hər bir xeyir əməl müqabilində ALLAH-təala ona əcr (savab) verir.

İCTİHAD - İslam dininin əsas mənbələrini, yə"ni Qur"an, hədis və s.-yə müraciət edərək, onların əsasında şəriət hökmü vermək "ictihad" adlanır. İctihad etmək üçün mütləq bir sıra dini elmləri mükəmməl bilmək lazımdır.

ZİYARƏT - Müqəddəs şəxslərin ruhuna salam göndərmək məqsədi ilə onların məzarı yerləşən yerə səfər etmək. Bə"zən dini şəxslərin görüşünə getmək də "ziyarət" adlanır.

YƏZDAN - zərdüşt dünündə "tanrı" deməkdir. Lakin fars dilində qəlqmə alınmış bə"zi İslam mənbələrində "yəzdan" sözü "ALLAH" mə"nasında işlənmişdir. Klassik Azərbaycan ədəbiyyatı nümunələrində (xüsusilə, Nəsimi və b.-nın yaradıcılığında) bu sözə tez-tez rast gəlinir.

KƏLMEYİ-ŞƏHADƏT- insanın müsəlmanlığını sübuta yetirən iki cümlə. "Əşhədu ən la ilahə illəllah. Əşhədu ənnə Mühammədən rəsulüllah" (Tərc: "Təsdiq edirəm ki, ALLAHdan başqa mə"bud yoxdur. Təsdiq edirəm ki, Məhəmməd (s.a.s) ALLAHın elçisidir, yə"ni peyğəmbərdir") cümlələrini deyən hər bir şəxs müsəlman sayılır və müsəlman icmasının bərabərhüquqlu üzvü hesab edilir. Qeyd: Cə"fəri məzhəbinə görə, kəlmeyi-şəhadətə aşağıdakı cümləni də əlavə etməyin çoxlu savabı vardır: "Əşhədu ənnə əliyyən vəliyullah" (Tərc: "Təsdiq edirəm ki, Əli (ə) ALLAHın dostudur"). Bir daha qeyd edilməlidir ki, bu cümləni demək vacib deyil, müstəhəbdir.

GÜLAB - gül yağı ilə suyun qarışığı. Milli adət-ən"ənəyə əsasən, dini məclislərdə (xüsusilə yas yərlərində) gülab paylayırlar (məclisə gələnlərin ovcuna azacıq gülab tükürlər). Gülab alan şəxs isə ovcundakı gülabı üzünə sürtüb salavat çevirir.

LAMƏKAN - ərəb dilindən tərcüməsi "məkansız" deməkdir. İslam mənbələrində "laməkan" sözü - ALLAHın məşhur adlarından biri kimi xatırlanır. ALLAH-təala cism olmadığı və formadan məhrum olduğu üçün, məkan çərçivəsinə sığışmır bə buna görə də "laməkan" adlandırılır.


Geri dön

★Miss Love★

  • 18 mart 2012 15:12
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
Cox maraqli idi bilmediklerimi bildim,тewekkur edirem=)

mir_yusif

  • 18 mart 2012 12:59
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
bilmediklerimi oyrendim

J ♥ S

  • 18 mart 2012 12:24
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
KƏLMEYİ-ŞƏHADƏT- insanın müsəlmanlığını sübuta yetirən iki cümlə. "Əşhədu ən la ilahə illəllah. Əşhədu ənnə Mühammədən rəsulüllah" (Tərc: "Təsdiq edirəm ki, ALLAHdan başqa mə"bud yoxdur. Təsdiq edirəm ki, Məhəmməd (s.a.s) ALLAHın elçisidir, yə"ni peyğəmbərdir") cümlələrini deyən hər bir şəxs müsəlman sayılır və müsəlman icmasının bərabərhüquqlu üzvü hesab edilir.
tewekkurler hamsi cox gozel yazi idi. ellerize sagliq))))

--------------------
J & S ∞♥....

★Adriana★

  • 18 mart 2012 12:08
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
DƏSTƏMAZ - paklanmanın bir növüdür. Qüsldən fərqli olaraq, dəstamaz alan şəxs bədəninin yalnız bə"zi üzvlərini yuyur, yaxud onlara məsh çəkir (yə"ni yaş əlini həmin bədən üzvlərinin üzərinə sürtür). Namaz qılmaq, Qur"an yazısına, peyğəmbər və imamların adına toxunmaq üçün mütləq dəstəmazlı olmaq lazımdır.

--------------------

nar_18

  • 18 mart 2012 11:57
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
deyerli xebere gore teshekkur edirem ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

DEMET_AKALIN

  • 18 mart 2012 10:17
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
cox super 1 xeber idi

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}