Günün qoroskopu (17.03.2012)

 
Günün qoroskopu (17.03.2012)

Çox təzadlı gündür. Şəxsi xarakterli ciddi problemlər yaranır, çox əziz hesab olunan insanlar kimlərinsə ümidlərini doğrultmur, qəlblərini qırırlar.

Emosiyalara uymayanlar qarışıq münasibətlərdən baş çıxara, əvvəlki ahəngdarlığı bərpa edə biləcəklər. Amma təəssüf ki, soyuqqanlılığı saxlamaq heç də hamıya nəsib olmayacaq.

Müsbət tendensiyalar da olacaq. Pis vərdişlərdən əl çəkmək, yeni ənənələrin əsasını qoymaq, ümumiyyətlə, həyatı yaxşılığa doğru dəyişmək üçün əla gündür. Sadəcə, bir qədər qətiyyət və fantaziya gərəkdir.


Qoç - Yeni təəssüratlar axtarışınız o qədər güclüdür ki, sizi düşünülməmiş hərəkətlərə təhrik edir. Öz gücünüzü düzgün hesablamır, təhlükələri nəzərə almır, ehtiyatı unudursunuz - təbii ki, bütün bunlar bir sıra xoşagəlməz hadisələrə səbəb olur. Sizə yaxşı məsləhət verə biləcək insanın yanınızda olması yaxşı olardı.

Günün ikinci yarısı nisbətən sakit keçir. Enerjiniz azalır və elə bu səbəbdən də müxtəlif macəralara qoşulmağa artıq gücünüz qalmır. Məhz bu zaman yaşlı qohumlarınızla daha yaxşı dil tapa biləcəksiniz.

Buğa - Səhər əməkdaşlıq, ünsiyyət, qeyri-formal şəraitdə görüşlər üçün əladır. Məhz bu vaxt mürəkkəb maliyyə və əmlak məsələlərini yoluna qoya bilərsiniz. Sonrakı saatlarda tədricən əhvalınız korlanacaq. Pis fikirləri başınızdan atmaq çətinləşəcək. Ən pisi də odur ki, sizin bədbinliyiniz ətrafınızdakılara sirayət edir.

Günün sonunda situasiya yaxşıya doğru dəyişə bilər. Qəfildən enerjiniz və entuziazmınız artacaq. Bu vaxt gələcək üçün planlar qura bilərsiniz: fantaziyanızı inkişaf etlirməyinizə heç nə mane olmur.

Əkizlər - Düşünülməmiş hərəkətlərdən özünüzü saxlamaq, təhlükəli situasiyalardan qaçmaq çətin olacaq. Özünüqoruma instinktiniz harayasa yox olub, yeni təəssüratlar yanğısı isə ikiqat güclənib. Çox az Əkizlərin bu günü macərasız ötüşəcək. Uğursuz sövdələr etmək riski böyükdür, maliyyə itkisi ola bilər. Əmlakla bağlı məsələləri həll etməyin.

İnsanlar sizə doğru can atırlar və bu axının ucu-bucağı görünmür. Əsəbləşir, tək qalmaq istəyirsiniz. Amma alınmır. Enerjiniz günün sonuna doğru azalır, səhhətiniz pisləşə, xroniki xəstəlikləriniz güclənə bilər.

Xərçəng - Əgər həll olunmamış problemləriniz varsa, bu günü onların aradan qaldırılmasına həsr edin. Əvvəllər heç cür öhdəsindən gələ bilmədiyiniz işləri bu gün görə bilərsiniz. Yeni bir kəşf edə bilərsiniz: onun sayəsində işinizə və hətta həmkarlarınıza münasibətiniz dəyişəcək. Pul, bahalı hədiyyələr ala bilərsiniz.

Bir qədər zəifsiniz, orqanizminizi gücə salmayın. İdman etmək məsləhət deyil. Gəzintilər və rəqs isə əksinə, xeyrinizə olacaq. Axşamı qadınlarla ünsiyyətə həsr edə bilərsiniz.

Şir - Xoş gündür, qarşınızda xeyli gözəl imkan açılır. İdeyalarınız yaxşıdır və yerinə düşür, bu gün onları heç bir çətinlik çəkmədən həyata keçirə bilərsiniz. Bu gün rəyi sizin üçün dəyərli olan insranlarla görüşə bilərsiniz: siz çox gözəl təəssürat yarada biləcəksiniz. Müxtəlif xoş təsadüflər mümkündür, bunlardan birinin sayəsində çoxdankı arzunuz yerinə yetəcək.

Pul ala, uğurlu alış-veriş edə bilərsiniz. Müxtəlif maliyyə-təsərrüfat məsələlərini çox gözəl həll edirsiniz. Hətta əvvəllər maraqlanmadığınız işlərə də əl atır və bundan həzz alırsınız.

Qız - Uğursuz gündür. Əvvəllər çox gözəl əlaqələriniz olan insanlarla münasibətləriniz korlanır. İstənilən irada qarşı çox həssassınız. Haqqınızda səslənən ən xırda qeydləri tənqid hesab edir, onlara sərt reaksiya verirsiniz. Sizinlə dil tapmaq çətindir, ətrafınızdakılar bunu görür və bacardıqca uzaq durmağa çalışırlar.

Xərclərinizi azaltsanız, bahalı əyləncələrdən imtina etsəniz, yaxşı olar. İstənilən qənaət xeyrinizə olacaq. Bundan başqa, bu gün heç bir ziyafətə getməyin, xüsusilə də orada çoxlu qadın varsa, belə bir dəvətdən imtina edin.

Tərəzi - İşgüzar və enerjilisiniz. Bu, çox yaxşıdır, çünki xeyli problemin öhdəsindən gəlməlisiniz. Əvvəlcədən tərtib etdiyiniz plana riayət etməyə çalışın. İmprovizələrdən çəkinin, onlar istədiyiniz kimi uğurlu alınmayacaq. Şəxsi həyatınızda dəyişikliklər baş verir: yaxın hesab etdiyiniz insanla münasibətlər yeni mərhələyə qədəm qoyur. Qəfil sevgi etirafı sizi çaşdıra bilər.

Günorta hadisələrlə doludur, sizdən aktivlik tələb olunacaq. Nəinki özünüz cani-dildən işləyəcək, eyni zamanda başqalarını da ilhamlandıracaq və səylə çalışmağa vadar edəcəksiniz.

Əqrəb - Vacib mövzular, mürəkkəb məsələlər barədə fikirləşə bilərsiniz. Analitik qabiliyyətləriniz güclənir, hətta məlumat çatışmazlığı yaranarsa belə, düzgün mülahizələr yürüdə bilcəksiniz. Çətin ki, kimsə sizinlə mübahisə etmək istəsin. Bütün bildiyiniz üsullardan istifadə edərək öz nöqteyi-nəzərinizi müdafiə edə bilərsiniz.

Qonaq qəbulu üçün əla gündür. Danışıb-dərdləşmək niyyətində olduğunuz insanları evinizə dəvət edə bilərsiniz. Uzaqlardan xəbərlər ala bilərsiniz. Bəzi Əqrəblərin səyahətə getmək üçün səbəbləri ortaya çıxacaq.

Oxatan - Maraqlı təkliflər gəlir, bunlardan imtina etmək üçün heç bir əsas yoxdur. Uğurlu təsadüflər, kəşflər mümkündür. Məqsədinizə çatmaq üçün bunlardan yararlanacaqsınız. Lazımi nəticələrin əldə edilməsi üçün inad və fantaziyaya ehtiyacınız olacaq. Narahat olmayın, bunlar sizdə kifayət qədərdir.

Qadınlarla münasibət isə sizi təbdən çıxaracaq. Nə qədər çalışsanız da, onlarla heç cür dil tapa bilmirsiniz. Başqa bir xoşagəlməz məqam isə pullarla bağlıdır: bu gün onlar sizə kifayət etməyəcək.

Oğlaq - Səhər emosional fon qeyri-sabit, əhvalınız dəyişkən olacaq. Özünüz də istəmədən mübahisələrə səbəb olacaq, münaqişələr yaradacaqsınız. Ailə üzvlərinizlə, rəyi sizin üçün vacib olan insanlarla ciddi fikir ayrılıqları mümkündür.

Günün ikinci yarısı isə daha yaxşıdır. Ağlınız və məntiqiniz emosiyaları bir küncə sıxışdırır. Bu zaman düzgün qərarlar verir, layiq olduğunuz qələbələri qazanırsınız. Kefiniz də düzəlir.

Dolça - Əhvalınız gözəl olacaq, nikbinliyiniz, istənilən hadisənin xoş sonluqla bitəcəyi fikri gün ərzində sizi tərk etməyəcək. Əlbəttə, bir qədər öz imkanlarınızı şişirdirsiniz: bu səbəbdən axmaq, gülməli, bəzən də xoşagəlməz situasiyalar yaranır.

Şübhəli tədbirlərdə, maliyyə fırıldaqlarında iştirak qəti surətdə məsləhət deyil: itkiləriniz ola bilər, nüfuzunuza xələl gələr. Şayiə və qiybətə rəvac verəcək hərəkətlər etməyin. Yaxın qohumlarınızla aranızda mübahisələr mümkündür. Sülhü bərpa edəcəksiniz, amma uzun müddət hadisələrin naxoş təsiri altına düşəcəksiniz.

Balıqlar - Nəhayət ki, uğur sizin də qapınızı döyür! İstənilən başlanğıc əla olacaq. Fantaziya və yaradıcı münasibət tələb edən işlərin öhdəsindən daha gözəl gəlirsiniz. Risk edə bilərsiniz (əlbəttə ki, ağılla!), bəxtiniz gətirəcək.

Yeni tanışlıqlar üçün yaxşı gündür. İşvəkarlığınız və flirt əhvalınızı yüksəldəcək. Çoxdankı tanışlarınızla görüşlər mümkündür, onlar sizi gördüklərinə çox sevinəcəklər. Bitmiş hesab etdiyiniz eşq macərası yenidən alovlanacaq. Ailədaxili və ya sevgi münasibətlərinizdə yaxşılığa doğru ciddi dəyişikliklər gözlənilir.


Geri dön

C.I

  • 20 mart 2012 13:12
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
Əqrəb - Vacib mövzular, mürəkkəb məsələlər barədə fikirləşə bilərsiniz. Analitik qabiliyyətləriniz güclənir, hətta məlumat çatışmazlığı yaranarsa belə, düzgün mülahizələr yürüdə bilcəksiniz. Çətin ki, kimsə sizinlə mübahisə etmək istəsin. Bütün bildiyiniz üsullardan istifadə edərək öz nöqteyi-nəzərinizi müdafiə edə bilərsiniz.

Qonaq qəbulu üçün əla gündür. Danışıb-dərdləşmək niyyətində olduğunuz insanları evinizə dəvət edə bilərsiniz. Uzaqlardan xəbərlər ala bilərsiniz. Bəzi Əqrəblərin səyahətə getmək üçün səbəbləri ortaya çıxacaq.

--------------------

..:MeleK kiz:..

  • 18 mart 2012 18:00
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Tərəzi - İşgüzar və enerjilisiniz. Bu, çox yaxşıdır, çünki xeyli problemin öhdəsindən gəlməlisiniz. Əvvəlcədən tərtib etdiyiniz plana riayət etməyə çalışın. İmprovizələrdən çəkinin, onlar istədiyiniz kimi uğurlu alınmayacaq. Şəxsi həyatınızda dəyişikliklər baş verir: yaxın hesab etdiyiniz insanla münasibətlər yeni mərhələyə qədəm qoyur. Qəfil sevgi etirafı sizi çaşdıra bilər.

Günorta hadisələrlə doludur, sizdən aktivlik tələb olunacaq. Nəinki özünüz cani-dildən işləyəcək, eyni zamanda başqalarını da ilhamlandıracaq və səylə çalışmağa vadar edəcəksiniz.

enigmatic_girl

  • 18 mart 2012 16:41
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Əkizlər - Düşünülməmiş hərəkətlərdən özünüzü saxlamaq, təhlükəli situasiyalardan qaçmaq çətin olacaq. Özünüqoruma instinktiniz harayasa yox olub, yeni təəssüratlar yanğısı isə ikiqat güclənib. Çox az Əkizlərin bu günü macərasız ötüşəcək. Uğursuz sövdələr etmək riski böyükdür, maliyyə itkisi ola bilər. Əmlakla bağlı məsələləri həll etməyin.

İnsanlar sizə doğru can atırlar və bu axının ucu-bucağı görünmür. Əsəbləşir, tək qalmaq istəyirsiniz. Amma alınmır. Enerjiniz günün sonuna doğru azalır, səhhətiniz pisləşə, xroniki xəstəlikləriniz güclənə bilər.

--------------------

sun_shine98

  • 18 mart 2012 16:01
  • Məqalə: 0
  • Şərh: 409
  • Bal:
{awards}
Oğlaq - cox inanmiram ama yaxshi gelib:)

--------------------
ARKAMDAN KONUSUP BESTE YAPACAĞINA,YÜZÜME KONUŞ DÜET YAPALIM

EnD of TiMe

  • 18 mart 2012 14:58
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
BUGA- Bu gune yaxsi seyler deyilib..gorekde...T.W.K

psiyuxe

  • 18 mart 2012 13:04
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
Qoroskopa inanmasam da bele nikbin xeberler ehvalimi yukseldir..tesekkur

--------------------
HER SEYIN ORTA HEDDI YAXSIDI...SERHEDDI KECDIN SEVGI BELE DEYERINI ITIRIR..(imza geleceyin psixoloqu)

mir_yusif

  • 18 mart 2012 12:56
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
twk..................................

★Miss Love★

  • 18 mart 2012 12:35
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
eqreb burcu oxudum тewekkurler=)

---ANGELA---

  • 18 mart 2012 12:18
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
Qız bürcü üçün pis olacaq recourse
eh səhər - səhər həvəsimi öldürdüye sad

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

Simpaticni Babnik

  • 18 mart 2012 12:13
  • Məqalə: 0
  • Şərh: 86
  • Bal:
{awards}
hemiwki kimi yene de yaxwi sozler ewidirem..tewekkurler..
Oglaq

--------------------
Heyat qisa deymez qiza:xDD

Ku-ku

  • 18 mart 2012 12:08
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Balıqlar - Nəhayət ki, uğur sizin də qapınızı döyür! İstənilən başlanğıc əla olacaq. Fantaziya və yaradıcı münasibət tələb edən işlərin öhdəsindən daha gözəl gəlirsiniz. Risk edə bilərsiniz (əlbəttə ki, ağılla!), bəxtiniz gətirəcək.

Yeni tanışlıqlar üçün yaxşı gündür. İşvəkarlığınız və flirt əhvalınızı yüksəldəcək. Çoxdankı tanışlarınızla görüşlər mümkündür, onlar sizi gördüklərinə çox sevinəcəklər. Bitmiş hesab etdiyiniz eşq macərası yenidən alovlanacaq. Ailədaxili və ya sevgi münasibətlərinizdə yaxşılığa doğru ciddi dəyişikliklər gözlənilir.

--------------------

J ♥ S

  • 18 mart 2012 11:58
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
eeeeeeeee. ne olduye bele ne pissssssssssss((((((((( recourse

--------------------
J & S ∞♥....

Vegas_

  • 18 mart 2012 11:23
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
Tərəzi - İşgüzar və enerjilisiniz. Bu, çox yaxşıdır, çünki xeyli problemin öhdəsindən gəlməlisiniz. Əvvəlcədən tərtib etdiyiniz plana riayət etməyə çalışın. İmprovizələrdən çəkinin, onlar istədiyiniz kimi uğurlu alınmayacaq. Şəxsi həyatınızda dəyişikliklər baş verir: yaxın hesab etdiyiniz insanla münasibətlər yeni mərhələyə qədəm qoyur. Qəfil sevgi etirafı sizi çaşdıra bilər.

Günorta hadisələrlə doludur, sizdən aktivlik tələb olunacaq. Nəinki özünüz cani-dildən işləyəcək, eyni zamanda başqalarını da ilhamlandıracaq və səylə çalışmağa vadar edəcəksiniz.

minnetdaram!!!

DEMET_AKALIN

  • 18 mart 2012 11:18
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
INSALLAH__________QOC

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

nar_18

  • 18 mart 2012 10:59
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
qiz burcu ne pis oldu recourse ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

al yazmalim:))

  • 18 mart 2012 10:54
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
tsk oxudum lazim olanini

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

host96

  • 18 mart 2012 10:32
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
Hmmmm :) Maraqlidi "Oglaq"

✿Victoria✿

  • 18 mart 2012 10:30
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
Tərəzi - İşgüzar və enerjilisiniz. Bu, çox yaxşıdır, çünki xeyli problemin öhdəsindən gəlməlisiniz. Əvvəlcədən tərtib etdiyiniz plana riayət etməyə çalışın. İmprovizələrdən çəkinin, onlar istədiyiniz kimi uğurlu alınmayacaq. Şəxsi həyatınızda dəyişikliklər baş verir: yaxın hesab etdiyiniz insanla münasibətlər yeni mərhələyə qədəm qoyur. Qəfil sevgi etirafı sizi çaşdıra bilər.
Günorta hadisələrlə doludur, sizdən aktivlik tələb olunacaq. Nəinki özünüz cani-dildən işləyəcək, eyni zamanda başqalarını da ilhamlandıracaq və səylə çalışmağa vadar edəcəksiniz.

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}